AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
📸 Sony ilin ən yaxşı fotolarını nümayiş etdirib

Qeyd edək ki, "World Photography Awards 2023" qaliblərinin aprel ayında seçilməsi planlaşdırılır.
2👏1🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🐾🇺🇲 Vaşinqton həbsxanasında yaxşı davranışı ilə seçilən məhbuslara pişik saxlamağa icazə verilib.

🐈Həmin pişiklərin sahibi olmaması səbəbindən onları ölüm gözləyirdi. Həbsxana rəhbərliyi isə onları xilas etmək qərarına gəlib.

Bu təşəbbüs məhbuslara yaxşı təsir bağışlayıb. Onlar daha sakit və mehriban olublar. Məhkumlar kiçik dostları üçün oyuncaq və yemək müqabilində daha çox işləməyə başlayıblar.
5😍1
❗️ "İslami Cihad" qruplaşmasının Suriya qanadının rəhbəri Dəməşqdə öldürülüb. Fələstinlilər bunu "Mossad"ın etdiyini bildirirlər.
👍2😁1
🇺🇸 "The Wall Street" yazır ki, "Silicon Valley Bank"ın müflisləşməsinin ardınca ABŞ-ın daha 186 bankı iflasa uğraya bilər. FES-in faiz dərəcələrini qaldırması nəticəsində bir çox bankların real vəziyyəti üzə çıxıb. Əgər əmanətçilər banklara qoyduqları vəsaiti götürmək istəsələr, çoxunun onu qaytarmaq üçün pulu kifayət etməyəcək.
👍1👏1
🇮🇷🇦🇲 Son 6 ayda İrandan Ermənistana ixracat 51% artıb. Mollalar siğə etdiklərini pis saxlamırlar...
😁3👻1
🇰🇵 Şimali Koreyada ABŞ ilə mübarizə aparmaq üçün 800 min nəfər orduya yazılıb.
👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇪🇨 Ekvadorda 6,9 maqnitudalı zəlzələ olub. Hazırda xilasetmə işləri aparılır 😨
😭1
🇦🇿 İlham Əliyev: "İkinci Qarabağ müharibəsi Ermənistana hələ ki, dərs olmayıb. Biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz".
1👏1
❗️ "Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər" - İlham Əliyev.
🤬1
🇦🇿 İlham Əliyev: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”.
👍21
🇦🇿 İlham Əliyev: “Yeni reallıqları hər kəs qəbul etməlidir. Bizim torpaqlarımızın 30 il ərzində işğal altında olmasını heç kim yaddan çıxarmamalıdır və gələcək sülh müqaviləsi üçün bu önəmli amillər hər kəsin beynində olmalıdır. Çünki biz bəzi hallarda görürük, sanki heç müharibə olmayıb, sanki işğal olmayıb, sanki Ağdamı “Qafqazın Xirosimasına” döndərən olmayıb. Bunu unutmaq və bizə unutdurmaq istəyirlər. Bu, heç vaxt olmayacaq. İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”
👍51💩1
‼️ SEPAH terror təşkilatına bağlı telegram kanalı bu xəritəni paylaşıb yazır: "Sünik canımızın bir parçasıdır".
💩51🖕1
🌱 Novruz Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Bu gün doğma Qarabağda da, Zəngəzurda da qürurla qeyd etdiyimiz Novruz günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək, xalqımızın milli bayramını təbrik edir, hər kəsə bahar əhval-ruhiyyəsi, hər evə, ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq arzu edirik.

🪵🔥 Novruz bayramınız mübarək olsun!
3👏1
🇦🇿 Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib
2💩2👍1
🇦🇿 Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib:

Əziz bacılar və qardaşlar!
Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!

Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”
3💩1
🇸🇦🇵🇰 Səudiyyə Ərəbistanı Pakistana iqtisadi reform və maliyyə islahatlarını həyata keçirməyəcəyi təqdirdə yardım etməyəcəyini bildirib.

Pakistan 3 il 6 ay ərzində 80 milyard dollarlıq xarici borcunu ödəyə bilməzsə, defolt (iflas) elan edə bilər.

Qeyd edək ki, Pakistanın hal-hazırda valyuta ehtiyatları cəmi 3 milyard dollardır.
🤔2
🇷🇺🇦🇲 Mirzoyan bu gün Moskvada Lavrovla görüşəcək

Əsas mövzular arasında İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanması, həmçinin bu məqsədlə Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünün təşkili yer alacaq.
🤮3🖕2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇷🇺 Bir çox yeniliklərə meydan olan Rusiya-Ukrayna müharibəsi:

Tankın palitrası üzərində sörfinq edən ukraynalı hərbçilər
9😁2🤩1💩1
🇷🇺 Krıma səfəri zamanı Putinin simasındakı dəyişikliklər diqqət çəkib.
😁5🤣3🤔1