AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷 Türkiyənin ilk qırıcısı Milli Döyüş Təyyarəsi uçuş-enmə zolağına çıxıb.
👍1👏1🏆1🍓1
🇷🇺🇮🇷🇺🇦 Martın 17-də axşam saatlarında rus qoşunları İranın "Shahed" kamikadze PUA-larını Ukraynaya göndərib. Hava hücumundan müdafiə qüvvələri düşmən hədəflərinin əksəriyyətini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin “Mərkəz”, “Şərq” və “Qərb” hava komandanlıqlarının qüvvə və vasitələri mərkəzi, qərb və şərq bölgələrində müvafiq olaraq 11 hücum PUA-sını məhv edib”, - məlumatda deyilir.

Bildirilir ki, söhbət İran istehsalı olan “Shahed-136/131” tipli kamikadze PUA-larından gedir.
👍1
🇹🇷 Zəlzələlər nəticəsində ölkəyə dəymiş ziyan 105 milyard dollardan artıqdır

Bu rəqəm ölkənin 2023-cü ildə proqnozlaşdırılan milli gəlirinin 9%-ə bərabərdir.
👍1😢1
🏢ABŞ-da təxminən 190 bank müflisləşə bilər” - "The Wall Street Journal"

Nəşr bunun ölkənin ilk iyirmiliyindən olan "Silicon Valley" bankının iflasından sonra mümkün olduğunu qeyd edib.
👍1👏1
✍🏻🇺🇸 Keçmiş ABŞ prezidenti Donald Tramp yazıb ki, onu növbəti həftənin 2-ci günü həbs edəcəklər.

İxtiraçı-biznesmen Elon Musk isə tvitterində, Trampın həbs olunacağı təqdirdə əminliklə 2024 Prezident seçkilərində qalib gələcəyini bildirib.
👍1🤔1
🇺🇸🇺🇦 ABŞ Ukraynaya "MQ-9 Reaper" PUA-ları vermək istəyib, amma qabaqcıl hərbi texnikanın Rusiyanın əlinə düşə biləcəyi ehtimalını nəzərə alaraq, fikrindən daşınıb - "Politico"
👍1😁1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ ABŞ-ın Əfqanıstanda qalan hərbi texnikaları

Əfqanıstandakı "Taliban" hökuməti texnikaları nümayiş etdirib.
👍1👏1
🇹🇷 AFAD: “Türkiyədə 6 fevralda baş verən zəlzələdə ölənlərin sayı 49 589 nəfərə çatıb”
😭2😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Prezident: "Ermənistanın rahat yaşaması üçün bir şərt var".
6👏1
🇷🇺🔥 Moskvada kimya zavodunda yanğın baş verib.

Hadisə nəticəsində bir nəfər yaralanıb.
👎1👏1
🇦🇿 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndinə səfər ediblər.

Prezident və xanımı səfər zamanı kənddə yaşayış binalarında aparılan təmir-bərpa işlərilə,uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısı daha sonra Talış kəndində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
👍21💩1
🇦🇿 Prezident İlham Əliyev:

• Heç kim bizim qabağımızda dura bilmədi. Mən demişdim ki, öldü var, döndü yoxdur, ya Qarabağın azadlığı, ya ölüm! Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək.

• Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.
👏21
🇦🇿🇫🇷 Fransanın “Radio France” radiosu Azərbaycan muğamı və ustad xanəndə Alim Qasımov barədə material hazırlayıb

Materialda Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifaları səslənib.

Qeyd olunub ki, Azərbaycan muğam sənətini və musiqisini bu iki ifa ilə kəşf etmək mümkündür.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Fransa parlamentində baş nazir Elizabet Born pensiya yaşının 62-dən 64-ə qaldırılması haqqında qanunu oxumaq istəyir, amma deputatlar ona imkan vermirlər. Palakatlar qaldırır, "Marselyoza" oxuyurlar...
👍1
🇸🇰🇦🇿Azərbaycandan ilk dəfə olaraq Slovakiyaya xam neft ixrac olunub

Qeyri-Rusiya mənşəli neftin tədarükü, Rusiya neftinə tətbiq edilən embarqodan sonra zavodun kifayət qədər yanacaq istehsal edə bilməsinə töhfə verəcək.
👎2🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyə “HÜRJET” hərbi təyyarəsi sınaq uçuşu həyata keçirib.
👍2🏆1