AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
📝 Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəhbərləri bu gün bir neçə mühüm sənədə imza atıblar.

▪️ Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısının Ankara Bəyannaməsi,

▪️ Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin yaradılması haqqında qərar,

▪️ Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş.

Təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi statusuna malikdir.
👏5🏆1
🚀 Şimali Koreya “Xvasonq-17” qitələrarası ballistik raketini sınaqdan keçirib.
👏1🤔1
🇫🇷 Parisdə etirazlar səngimək bilmir.

Fransa paytaxtında aksiya iştirakçıları gözyaşardıcı qaza cavab olaraq, asayiş keşikçilərinə yumurta və digər əşyalar atıblar.

‼️ Xatırladaq ki, Fransa hökuməti tərəfindən 2030-cu ilə qədər pensiya yaşının 62-dən 64-ə qaldırılması ilə bağlı qərar qəbul edilib.
👏1👀1
🇸🇪⚡️ İsveç Ukraynaya 8 təkərli 155 mm-lik Archer haubitsaları verəcək.

"Onlar ukraynalılara Rusiyanın artilleriya sistemlərini sıradan çıxarmağa icazə verəcəklər" - müdafiə naziri Paul Jonsson
👍1💩1
🇷🇺 Rusiya ilə sərhəddə yerləşən "Xanoba" gömrük postu bu gündən fəaliyyətə başlayacaq.

Açılış mərasimində Azərbaycanın və Rusiyanın baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçuk iştirak edəcəklər.

Yeni gömrük postunun gündə əlavə min yük maşınının keçidinə imkan yaradacağı gözlənilir.
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin sonuncu qrupu ölkəmizə yola düşüb
👍2
💣İmtahan zalına qumbara keçirmək istəyiblər" - Məleykə Abbaszadə
👉https://azvision.az/news/322318
🤨2😁1🤣1🖕1👻1
🇹🇷🌊 Şanlıurfa və Adıyamanda sel nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
😢1
🇸🇾 Suriya prezidenti Bəşər Əsəd Zelenskini "kloun" adlandırıb.
😁1🤬1
🇷🇺 ""Xanoba" keçid məntəqəsi Azərbaycan və Rusiyanın digər sərhəd məntəqələrinin gələcək inkişafı üçün nümunə olacaq

Sərhəd keçid məntəqələrinin işində ən son texnoloji yeniliklərin tətbiqi Şimal-Cənub dəhlizinin inkişafında böyük rol oynayacaq", - Rusiya Baş nazirinin müavini Aleksey Overçuk.
👍1
🇺🇦💥 Slovakiya Ukraynaya 13 ədəd "MiQ-29" qırıcısı göndərir.
👍1💩1
🇨🇳🛩️ Tayvan Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusunun (AXO) 15 təyyarəsi və üç gəmisinin adalara yaxınlaşmasını qeydə alıb.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, beş təyyarə hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub. Onların arasında bir Y-8 radar kəşfiyyat təyyarəsi, iki J-16 döyüş təyyarəsi və iki WZ-7 pilotsuz təyyarəsi var.
👏1🤬1
🇧🇪 Belçika Müdafiə Nazirliyi Ukraynaya 240 hərbi yük maşını verəcək.

“Volvo Cargo”, “Volvo Shelter”, “Volvo Fassi” və “Volvo Manumat” markalı avtomobillərin birinci partiyası artıq gələn həftə Ukraynaya çatdırılacaq.
👍1💩1
🇦🇿📞🇹🇷 Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı olub

Danışıq zamanı regional məsələlər müzakirə edilib.
👍1👏1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🇫🇮 Türkiyə və Finlandiya prezidentləri bu gün İstanbulda Helsinkinin NATO-ya üzvlüyü barədə danışıqlar aparacaqlar

Dövlət başçılarının, həmçinin ikitərəfli münasibətləri də müzakirə edəcəkləri gözlənilir.

Daha öncə Türkiyə Finlandiyanın Alyansa üzvlük müraciətini mayın 14 seçkilərinədək təsdiqləyəcək deyə xəbərlər yayılıb.
👍1💩1
🇮🇷İran ABŞ-ın daha bir məşhur PUA-sının bənzərini hazırlayıb. Artıq "Predator MQ9 Reaper" dronunun bənzəri olan "Kaman 22" PUA-sının seriya istehsalı başlayıb. Dronun uçuş uzaqlığının 3000 km. olduğu bildirilir.
❗️Xatırlayaq ki, "Shahed-191" PUA-ları da ABŞ-ın "RQ-170 Sentinel" dronunun əsasında hazırlanıb. İran həmin dronu 2011-ci ildə ələ keçirəndən sonra üzünü çıxarmışdı.
🤣2👍1😁1🤔1