AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇨🇳 Çinin nüfuzlu ingilisdilli nəşri olan “China Daily” qəzeti AZƏRTAC-ın Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” Azərbaycan-Latviya birgə incəsənət sərgisi haqqında materialını yayıb.

Məqalədə Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Egils Levitsin, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun və digər rəsmi qonaqların iştirak etdikləri sərginin dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə etdiyi vurğulanıb. Qeyd olunub ki, aprelin 3-dək davam edəcək sərgidə Latviyadan İeva Krumina illüstrasiyaları və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərləri nümayiş olunur.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxucularından çoxdur. “
👍1💩1
🇬🇪 Gürcüstanın müxalifət partiyası “Qirçi” Tbilisidə parlament binası yaxınlığında etiraz aksiyası keçirir.

Etirazçılar məcburi hərbi xidmətin ləğv edilməsini tələb edirlər.

Partiya hesab edir ki, ordu motivasiyalı və xidmətdə maraqlı insanlardan ibarət olmalıdır, məcburi hərbi xidmət isə köhnəlmiş, səmərəsiz və ölkənin müdafiəsi və təhlükəsizliyi ilə heç bir əlaqəsi olmayan sistemdir.
👍1
🇹🇷 Türkiyədə zəlzələ nəticəsində 47 975 nəfər həyatını itirib.
😭1
🇷🇺🇺🇦 Ukraynanın müdafiə naziri Rusiyanın müharibənin əvvəlindən kütləvi hücumlar zamanı Ukraynaya nə qədər raket atdığını açıqlayıb.

O bildirib ki, 2023-cü il martın 10-na kimi Rusiya Ukraynaya 15 kütləvi hücum həyata keçirib, habelə 821 qanadlı və ballistik raket buraxıb.
💩2
🇮🇷 Təbrizdə gecə saatlarında yaşayış binasında güclü partlayış olub.

"Mehr" agentliyi xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Partlayışın 100 evə təsir etdiyini, 3 yaşayış evinin isə tamamilə dağıldığı bildirilib.
🤔2😢1
🇺🇦🇷🇺 Rusiya ordusu gün ərzində Zaporojyeyə ondan çox hava və iki raket hücumu həyata keçirib

Gün ərzində Zaporojye şəhərinə 12 hava zərbəsi endirilib. S-300 zenit-raket kompleksindən mülki infrastruktur obyektinə zərbə endirilib, nəticədə bir bina dağılıb.

Mülki əhali arasında ölən və yaralanan yoxdur.
👏2👍1🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Türkiyənin DİN rəhbəri Süleyman Soylu ölkəsinin vətəndaşlarına müraciət edib

O, zəlzələdən zərər çəkmiş bölgələr üçün humanitar yardımın toplanmasının davam etdirilməsini xahiş edib.

"Vəziyyət mürəkkəbdir, ağırdır, əvvəllər göndərilmiş humanitar yardım kifayət etmir", - deyə nazir qeyd deyib.
😢4
🇦🇿🇦🇱 Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
👍2💩1
🇮🇷 Tehranın Azərbaycan Respublikasındakı səfiri həddini aşdı

🇮🇱 İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Barakın “İran Azərbaycana hücum etməzdən əvvəl diqqətlə düşünməldir” açıqlamasına Tehranın Azərbaycan Respublikasındakı səfiri “Keçəl dərman bilsə, öz başına vurar” başlıqlı tvit paylaşımı edib.
🤬2🤔1💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Giləzi qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib

Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı olduğu müəyyən edilib:

▪️ 125 mm-lik 40 ədəd - OF26 tank,
▪️ 120 mm-lik 1 ədəd - minaatan,
▪️ 100 mm-lik 1 ədəd - top mərmisi.

Sursat mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
👍1🤯1
🇹🇷 "F-16" məsələsində Türkiyə ilə ABŞ-nin uzlaşmaya yaxındır.

Bunu ölkənin müdafiə naziri ABŞ-dən "F-16" alımı ilə bağlı məsələni şərh edərkən deyib.

"Müzakirələrdə ABŞ Müdafiə Nazirliyi ilə müsbət nöqtəyə gəlmişik. Ağ Ev tərəfindən dəstəkləndiyini bilirik. Konqresin sağlam düşüncə ilə qərar verəcəyini gözləyirik", - Hulusi Akar vurğulayıb.
👍3👏1🤔1
🇲🇩 Moldovada Rusiya tərəfdarları mitinq keçirir
💩2👍1👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 FHN-in Türkiyəyə humanitar yardım aparmış vasitələrinin növbəti hissəsi Bakıya qayıdır

Tərkibinə 7 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraşdan yola düşüb.
2
🚙 Azərbaycanda ilk dəfə elektrikli avtomobillərinin sərgisi keçirilib.
4😁1
🇦🇿 Hikmət Hacıyev:

- 2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur

- Ermənistanın 5 martdakı təxribatı bir daha göstərdi ki, Laçın yolunda sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür

- Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi davam etdirə biləcəklər

- Qarabağda yaşayan erməni sakinlər son 30 ildə Ermənistanın və qanunsuz rejimin girovu olub

- Ermənistan hansı əsasla başqa ölkənin ərazisinə BMT və ya ATƏT missiyasının göndərilməsinə çağırır?

- Ermənistan Aİ missiyasından sui-istifadə edir

- KTMT üzv ölkələri Ermənistanın ikili oyun oynadığını yaxşı bilirlər
👍21
🇹🇷 Ərdoğan: “Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 48 minə çatıb, yaralıların sayı isə 115 mini ötüb”.
😢2👍1