AzVision
2.75K subscribers
39K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇲🇷🇺 İrəvan Rusiyanın keçmiş hərbi bazasını satışa çıxardı
💱..."Əmlak 715,56 kvadratmetrdən ibarətdir. İctimai bina və onun saxlanılması üçün ayrılmış torpaq sahəsi isə 0,17475 hektardır. Məlum olub ki, satışa çıxarılan əmlak keçmiş Rusiya hərbi birləşməsinə məxsus olub”, - nəşr yazıb.
👉https://azvision.az/news/321609
👍1
🇺🇦🗣️ Zelenski: “Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma hazırlaşır, çünki şəhər mühasirəyə alınmamalıdır. İlk növbədə xalqımız haqqında düşünməliyik, heç kəs mühasirəyə düşməməlidir, çünki bu, çox vacibdir. Ukrayna hərbçilərin həyatı haqqında düşünməli, eyni zamanda əks-hücuma hazırlaşmalıdır”.
2💩1
🇦🇿 Prezident İlham Əliyevin bugünkü çıxışından:

- İndi barışıq üçün tam zamanıdır. Ümid edirik vasitəçi rolu oynayan beynəlxalq iştirakçılar İrəvanı şansını əldən verməyə qoymaz.


- Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik.

- Ermənistandan fərqli olaraq, biz hər hansı hərbi cinayət törətməmişik.

- Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb.

- Ölkələr arasındakı mübahisələr ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır.

- Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq.
1
🇦🇿 Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun 40 mərasimi keçirilir
👉https://azvision.az/news/321623
😭1🫡1
🇦🇿 Müdafiə Nazirliyi: "Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaqla bölgədə süni gərginlik yaratmağa çalışır"

Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.
👍2
📃 Böyük Britaniyanın Baş naziri İlham Əliyevə məktub göndərib:

"Rusiyanın Ukraynaya təcavüzü bizim ümumi dəyərimizə qarşı böyük təhqirdir. Suveren dövlətlər öz müqəddəratlarını həll etməkdə azad, öz potensiallarını reallaşdırmaqda sərbəst olmalıdırlar".
👍4💩1
🇦🇿 Azərbaycan Prezidenti İlham Əliyev: Azərbaycanın nəqliyyat infrastrukturuna həmişəkindən çox tələbat var.

2022-ci ildə Azərbaycan vasitəsilə tranzitin həcmi 75%-dən çox artıb.

İlham Əliyev: "Dəmir yolu, avtomobil yolları, Xəzər dənizinin ən böyük gəmiçilik donanması, regionun ən böyük hava yük donanması sayəsində biz həqiqətən də nəqliyyat təhlükəsizliyinə böyük töhfə vermişik".

Dövlət başçısı əlavə edib ki, hazırda bir çox ölkələrin nəqliyyat təhlükəsizliyinə ehtiyacı olduğu üçün onlar yeni marşrutlar axtarırlar və onlardan biri Azərbaycandan keçir.
2😁1
🇵🇱 Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələrini göndərməyə razılıq verib

Qeyd edək ki, daha əvvəl Polşanın Ukraynaya 10 “Leopard-2” tankını təhvil verdiyi barədə məlumat yayılmışdı.
👍3💩1
🇵🇱 Polşa Ukraynaya 14 “Leopard- 2” tankını təhvil verib

Qeyd edək ki, daha əvvəl Polşanın Ukraynaya 14 “Leopard- 2” tankı verəcəyi bildirilmişdi.
👍3💩1
🇮🇷 İran Silahlı Qüvvələrinin elit bölmələri yeni hərbi gəmi alıb

“Şəhid Məhdəvi” gəmisi “Aşura” və “Tarek” sinifli döyüş katerlərinə, həmçinin 99 raket buraxılış qurğusuna, müxtəlif PUA-ların buraxılmasına, müasir raketdən müdafiə və radar sistemlərinə malikdir.

Qeyd olunub ki, İranda layihələndirilən, inşa və təchiz edilən gəminin uzunluğu 240 metr, eni isə 27 metrdir.
👍1💩1
🇦🇲🇮🇳 Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” (Multi-terrain Artillery Gun) haubitsaları sifariş verib

Keçən il Hindistana səfər edən Ermənistan nümayəndə heyəti “Kalyani Strategic Systems Limited” şirkətinin 155 mm-lik “MArG” haubitsalarının sınağını keçirib.

Ermənistan nümayəndə heyəti Azərbaycanla münaqişə şəraitində yüksək dağlıq ərazidə istifadə üçün haubitsalar axtarıb və şirkət 8 ay ərzində hazırlanan özüyeriyən haubitsaları Ermənistana təklif edib. Sınaqlar 40 gün davam edib və erməni hərbçilərin kriteriyalarına cavab verib.
👍1
"Kanada hökuməti Ukraynaya Kanada istehsalı olan yüzlərlə yüksək texnologiyalı pilotsuz uçan aparatlarının tədarükü üçün danışıqlar aparır" - “National Post”

Nəşrin məlumatına görə, hələ iyul ayında Ukrayna baş nazirinin müavini Yuliya Sviridenko Kanadadan 300 Teledyne Flir R70 Skyranger pilotsuz uçan aparatı istəmişdi.
👍2💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱 İsrail Müdafiə Nazirliyi ötən ay 2 İsrail vətəndaşını öldürən 6 nəfər fələstinlini Cenində keçirilən xüsusi əməliyyat nəticəsində məhv edildiyini açıqlayıb.
4💩1
🛩️🇺🇸 ABŞ nüvə silahı daşıya bilən yeni nəsilB-21 Raiderbombardmançı təyyarənin yeni fotolarını yayıb.
6😍2💩1
🇷🇺🐎 Çeçenistan lideri Kadırov: Çexiyada oğurlanmış atın ən azı 10 milyon dollar dəyəri var

Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çexiyada sanksiyalarla ələ keçirilən və dünən oğurlandığı bildirilən Zazu atının ən azı 10 milyon dollar dəyərində olduğunu bəyan edib .
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪⚡️Gürcüstanda kütləvi etirazlar davam edir
👍1👎1
🇵🇱🇧🇾 Polşa Belarusla sərhəddə maneələr quraşdırır
💩3
🇹🇷 İstanbulda mümkün zəlzələ səbəbindən 1,5 milyon ev köçürüləcək.

Türkiyənin ekologiya və şəhərsalma naziri Murat Kurum: "Türkiyə ərazisinin 70 %-dən çoxu seysmik zonada yerləşir. Belə rayonlardan biri olan İstanbulda beş il ərzində 1,5 milyon ev köçürüləcək".

Həmçinin, o, vurğulayıb ki, söküləcək binaların yerində də bir o qədər yeni bina tikiləcək.
👍2