AzVision
2.75K subscribers
39K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺🇮🇷🇺🇸 İran nüvə silahının bir addımlığında - Qərb İranla Rusiyanın əlbir olmasından ehtiyat edir.

❗️Fox News yazır: "Qərb qorxur ki, ABŞ İranla nüvə sazişindən tamamilə çıxsa, Rusiya JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində öz ərazisində saxladığı zənginləşdirilmiş uran ehtiyatlarını İrana qaytarsın".

Uranın bir hissəsinin Rusiya ərazisində saxlanması nüvə sazişinin şərtlərindəndir. Bu, JCPOA ölkələri üçün İranın nüvə silahı istehsal etməyəcəyinə zəmanət idi.

Bəzi məlumatlara görə, indiyədək Tehran Rusiya Federasiyasına 400 tona yaxın uran ixrac edib. Fox News mənbələri bildirir ki, "nüvə sazişi uzadılmayacağı təqdirdə, İran göndərdiyi uranı geri qaytaracaq. Bununla bağlı Rusiya ilə gizli sövdələşmələr bağlayıb".
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Gürcüstan Parlamentində xarici agentlər haqqında qanun layihəsinə baxış zamanı dava düşüb.
👉https://azvision.az/news/321332
👍2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇩 Banqladeşin Koks-Bazar şəhərində yerləşən qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 12 mindən çox insan evsiz qalıb.
🤯3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib.
👉https://azvision.az/news/321355
😢5
🇮🇱🇱🇧🇺🇳 İsrail ordusu ilə Livan ordusu arasında gərginlik yaşanıb. BMT sülhməramlıları isə vəziyyəti sakitləşdirməyə çalışıb.

Sərhəddə vəziyyət gərgin olaraq qalır.
👏2🤯2
AzVision
🇦🇿 Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlunun nəşi doğulduğu Tovuz rayon Hunanlar kəndinə gətirilib. 👉https://azvision.az/news/321355
🇦🇿 Şəhid Eşqin Hüseynovun cənazəsi bu dəqiqələrdə Hunanlar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, nümayəndələri və kənd sakinləri iştirak ediblər.
😢5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇮🇱 SEPAH terror təşkilatına bağlı telegram kanalı yeni animasiya hazırlayıb. Videoda guya İsrailin aviabazalarının yerləşdiyi ölkələr qeyd olunur.
😁2🤔2👍1🤬1
🇮🇷🇷🇺 Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

İki ölkə liderləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
💩4👎3👍1
🇮🇱 İsrail "Dəmir Şüa" döyüş lazerini istifadəyə verir
💥..."Biz istehlakçı ilə razılığa gəldik ki, reaktiv təyyarələri uzaq məsafədən vura bilən lazer istehsal etməyə çalışmayacağıq..."
👉https://azvision.az/news/321361
💩32
💥 “IDEX/NAVDEX-2023” sərgisində Birləşmiş Ərəb Əmirlikləri ordusunun istifadə etdiyi “OTOKAR Rabdan” 8×8 zirehli maşının təcili yardım modeli təqdim edilib.

Avtomobildə mülki təcili yardım maşınlarında hər cür alət və tibbi avadanlıq var. Bu çərçivədə avtomobil “Rabdan” 8×8 zirehli döyüş maşını ilə eyni texniki xüsusiyyətlərə malikdir.
👍3👏2
🇷🇺 Rusiya XİN: “Qarabağda gərginliyin artmasından ciddi narahatıq. Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları qeydə alınıb. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən itkilərlə nəticələnən silahlı insident baş verib. Biz tam atəşkəsə əməl olunmasının və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarına ciddi əməl etməyin zəruriliyini bir daha təsdiq edirik. Qarabağdakı insident Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının müddəalarının icrası çərçivəsində Bakı və İrəvanın mümkün qədər tez danışıqlara qayıtmasının vacibliyini bir daha təsdiqləyir".
👍1