AzVision
2.75K subscribers
39K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çində gözəgörünməz parçanın istehsalına başlanılıb. Ən qısa zamanda bu parçadan hərbçilər üçün paltarların tikiləcəyi gözlənilir.
😁4🤡2🤩1🤣1
🇺🇸 Ağ Evin keçmiş həkimi Ronni Cekson bildirib ki, Co Baydenin prezidentliyi #ABŞ üçün böyük təhlükə yaradır. Onun sözlərinə görə, Bayden kimi şəxsin ali baş komandan olması dəhşətlidir: "O, vaxtın çox hissəsini harada olduğunu qarışdırır. Belə bir ali baş komandan bizi sürətlə Rusiya və Çinlə hərbi toqquşmaya yaxınlaşdırır. Onun koqnitiv funksiyalarının zəifliyi üzündən nəhəng sayda insan həlak ola bilər". 🤔
👍4🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🐴 Türkiyədə 21 gün dağıntıların altında qalan at sağ-salamat çıxarılıb.
👍9
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
8🤯1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇺🇿 Şavkat Mirziyoyev: “Mütəmadi görüşlərimiz Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığına tamamilə yeni məzmun gətirib".
👍4🤯1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇺🇿 Şavkat Mirziyoyev : "Tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq.

Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək"
👍3🤯1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇺🇿 Şavkat Mirziyoyev : "Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb. Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var”.
👍3
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇦🇿 İlham Əliyev : "Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var.

Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta, düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir. Çünki elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir. Mən Sizə bu münasibətə görə çox təşəkkür edirəm" - Azərbaycan Prezidenti deyib.
👍3💩1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇦🇿 İlham Əliyev : "Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik. Bir daha xoş gəlmisiniz".
👍5💩1
❗️🇺🇸 #ABŞ Konqresinin Xarici İşlər Komitəsi ölkə ərazisində TikTok sosial şəbəkəsinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
👍4👏1🤔1🏆1🗿1
🔳 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - sosial şəbəkə səhifəsində qeyd olunub.
😭8👍1👎1
AzVision
🔳 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. Bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib. "Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı…
▪️Hacı Şahinin ölüm səbəbi məlum olub

48 yaşlı ilahiyyatçı bu gün səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib.

Dəfn mərasimi bu gün saat 14:00-da keçiriləcək. O, “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq
😭2
▪️ Hacı Şahinin ölümündən öncəki son paylaşımı:
😭3👎1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🕌 İlahiyyatçı Hacı Şahin Həsənli ilə Məşədi Dadaş məscidində vida mərasimi keçirilir
👎1😭1
🇦🇿 Qoşulmama Hərəkatının Zirvə görüşü başlayıb, Prezident tədbirdə iştirak edir - CANLI
👍1👎1
🇦🇿 İlham Əliyev: “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”
👏4
🇦🇿 Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi Azərbaycana gəlib.
👍1💩1
🇦🇿🇹🇲 Prezident İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb
👍3💩1
🇦🇿 Azərbaycan Liderindən dağılmaqda olan dünya nizamına dair dərslər:

- Azərbaycanın Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etməsi yəqin ki, dünyada ilk dəfə baş verirdi

- Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir

- BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil

- BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir

- BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir

- İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bu yana baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir

- Fransanı qanlı müstəmləkə cinayətlərinə, soyqırımı aktlarına görə üzr istəməyə çağırırıq
👍42🔥1💩1
🇮🇷🇬🇧Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə gətirilən İran silahlarını müsadirə edib - Reuters

Silah daşıyan gəmi əvvəlcə İranın ərazi sularına keçməyə cəhd edib, lakin bir qrup dəniz piyadası tərəfindən dayandırılıb.

İlkin yoxlamalar zamanı yüklər arasında İranın tank əleyhinə idarə olunan raketləri və orta mənzilli ballistik raketlərin komponentləri aşkar edilib.
👍3😁1
🇮🇷💥MAQATE mütəxəssisləri İranın nüvə obyektlərinin birində praktik olaraq silah üçün tələb edilən həddə qədər saflaşdırılmış uran aşkarlayıblar. Tehran bunun "bilərəkdən edilmədiyini" deyib.
👍1🤩1