AzVision
2.75K subscribers
39K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿🇫🇮 Finlandiyada yerli aviaşirkətə məxsus laynerinin kapitanı uçuş zamanı sərnişinlər Qütb parıltısını seyr edə bilsinlər deyə marşrutu dəyişərək səmada dövrə vurub.

“Kapitana sərnişinlər bu gözəlliyi görə bilsinlər deyə təyyarə ilə 360° dövrə vurduğuna görə çox təşəkkür edirəm”, - deyə sonradan sərnişinlərdən biri sosial şəbəkələrdə paylaşım edib.
👍2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🚒 Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən 238 nəfəri Bakıya yola salınıb.
👍1
🛩️ İraq Respublikasının Prezidenti Əbdül Lətif Camal Rəşid Azərbaycana səfərə gəlib.
👍1🤮1
🇦🇿 Səadət Yusifova Mədəniyyət nazirinin müavini təyin edilib
👉 https://azvision.az/news/320952
👍1🥰1
🇦🇿 Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytardı
👉
https://azvision.az/news/320965
👍1💩1
🇦🇿🇦🇲 Ermənistan Azərbaycana delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini verib
👉
https://azvision.az/news/320966
👍2💩1
🇦🇿🇮🇷 Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
1👍1💩1
🇮🇶 Kürdüstan Muxtariyyətinin müraciəti əsasında İraq hökuməti Kərkükdəki dövlət idarələrində türkmən dilini qadağan edib. Qərara əsasən, vilayətdə rəsmi olaraq yalnızca ərəbkürd dillərindən istifadə edilməlidir.

🇹🇷 Türkiyə XİN məsələ ilə bağlı İraq hökumətinə konstitusiyanın 4-cü maddəsini pozduğu üçün etiraz notası verib və qərarı yenidən gözdən keçirməyə çağırıb.
👍6👏3💩2🤔1
AzVision
🇬🇷🚆 Yunanıstanda sərnişin qatarı ilə yük qatarı toqquşub. Qəza nəticəsində 29 nəfər ölüb, 85 nəfər yaralanıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇷 36 nəfərin həlak olduğu qatar qəzasından sonra Yunanıstan nəqliyyat naziri Kostas Karamanlis bütün günahı öz üzərinə götürərək istefa verib.

Nazir hadisə yerində göz yaşlarını saxlaya bilməyib.
👏4😢3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çində gözəgörünməz parçanın istehsalına başlanılıb. Ən qısa zamanda bu parçadan hərbçilər üçün paltarların tikiləcəyi gözlənilir.
😁4🤡2🤩1🤣1
🇺🇸 Ağ Evin keçmiş həkimi Ronni Cekson bildirib ki, Co Baydenin prezidentliyi #ABŞ üçün böyük təhlükə yaradır. Onun sözlərinə görə, Bayden kimi şəxsin ali baş komandan olması dəhşətlidir: "O, vaxtın çox hissəsini harada olduğunu qarışdırır. Belə bir ali baş komandan bizi sürətlə Rusiya və Çinlə hərbi toqquşmaya yaxınlaşdırır. Onun koqnitiv funksiyalarının zəifliyi üzündən nəhəng sayda insan həlak ola bilər". 🤔
👍4🤩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🐴 Türkiyədə 21 gün dağıntıların altında qalan at sağ-salamat çıxarılıb.
👍9
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
8🤯1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇺🇿 Şavkat Mirziyoyev: “Mütəmadi görüşlərimiz Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığına tamamilə yeni məzmun gətirib".
👍4🤯1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇺🇿 Şavkat Mirziyoyev : "Tezliklə avtomobil istehsalı üzrə ciddi nəticələr olacaq. Bu, martda istehsalına başlanılacaq 3 min və sentyabrda buraxılacaq 7 min yeni marka avtomobillərdir. Bu, tamamilə başqa markadır, ayrı keyfiyyətdir. İkincisi, biz pambıq klasteri haqqında razılığa gəlmişik. Bizim hər iki komandamız artıq razılaşıb. Bunun üçün torpaq sahələri ayrılıb. Düşünürəm ki, biz burada danışdığımız nəticələri əldə edə bilərik. Bizdə ipəkçilikdə çoxlu problemlər var idi, lakin fikirləşirəm ki, onlar çox yaxşı həll olunur. Bizim ipəkçilik müəssisələrinin rəhbərləri mənə məruzə edirlər ki, onlar öz evlərində işləyirlər, deyirlər bizim üçün evdə bütün şərait yaradılıb. Biz məruzə etmişik ki, maşınqayırmada, həmçinin bütün məsələlər, preferensiyalar, parlament səviyyəsində həll olunur. Bu artıq onu göstərir ki, perspektivdə bizim bu sahələrdə də çoxlu birgə layihələrimiz olacaq.

Neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayırıq. Artıq layihənin texniki-iqtisadi əsaslandırması hazırlanır və düşünürəm ki, bu proses tədricən inkişaf etdiriləcək"
👍3🤯1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇺🇿 Şavkat Mirziyoyev : "Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb. Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var”.
👍3
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇦🇿 İlham Əliyev : "Zənnimcə, ötən il münasibətlərimizin inkişafında rekord il olub. Mən üç dəfə Özbəkistana səfər etmişəm. Bu il Sizin səfərinizlə başlayır. Əminəm ki, bu il bir neçə görüş keçirəcəyik. Çünki müzakirə olunası çox məsələ, çoxlu mövzular var.

Ən başlıcası, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və hətta, düşünürəm ki, planlaşdırdığımızdan da böyük həcmdə yerinə yetirilir. Çünki elə bu yaxınlarda Daşkənddə tədbirdə yeni ideyalar, yeni layihələr müzakirə olunub. Həm sənaye kooperasiyası, həm kənd təsərrüfatı, həm şəhərsalma – bütün istiqamətlər üzrə proses qardaşlar arasında getməli olduğu kimi davam edir. Mən Sizə bu münasibətə görə çox təşəkkür edirəm" - Azərbaycan Prezidenti deyib.
👍3💩1
AzVision
🇦🇿🇺🇿 Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb
🇦🇿 İlham Əliyev : "Mən Özbəkistana səfərlərimi böyük səmimiyyətlə xatırlayıram. Göstərilən qonaqpərvərliyi xoş duyğularla xatırlayıram. Həmçinin Qarabağin bərpasında iştiraka görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk xarici layihədir. Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik. Bir daha xoş gəlmisiniz".
👍5💩1
❗️🇺🇸 #ABŞ Konqresinin Xarici İşlər Komitəsi ölkə ərazisində TikTok sosial şəbəkəsinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
👍4👏1🤔1🏆1🗿1
🔳 Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.
Bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.
"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - sosial şəbəkə səhifəsində qeyd olunub.
😭8👍1👎1