AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿 Kolumbiya və Perunun paytaxt şəhərləri Boqota və Limanın mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı əks olunan lövlələr yerləşdirilib.
👍2👏1
🇷🇸 Serbiya Prezidenti Aleksandar Vuçiç martın əvvəlində Bakıya səfər edəcək.

Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasında iştirakı planlaşdırılır.
👍2👏1
🇺🇦🇮🇷 Rusiya ordusu ötən gecə İran istehsalı olan “Shahed” tipli 14 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücumu edib. Onların 11-i Ukrayna ordusu tərəfindən səmada zərərsizləşdirilib.
👍2🔥1🤬1
🇪🇪 Estoniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Qeyd edək ki, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Estoniya Kiyevə təxminən 400 milyon avro hərbi yardım göstərib.
🤯2
🇮🇷 İranda məktəbli qızların zəhərlənməsi son dövrlər ciddi bir ictimai səhiyyə probleminə çevrilib.

İran səhiyyə nazirinin müavini Yunis Pənahi: "Qum şəhərində məktəbli qızları təhsildən yayındırmaq üçün qəsdən zəhərləyirlər. Qumdakı məktəblərdə kimyəvi maddələrlə kütləvi zəhərlənmə törədilir. Səbəbi isə odur ki, bəzi insanlar məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyirlər".
😱3🤔1
🇷🇺🇺🇦 Uzun illər Rusiya Prezidenti Vladimir Putinin yaxın silahdaşı və ideoloqu olan, hazırda isə Moskvanın Ukraynada apardığı müharibənin əleyhinə çıxış edən yəhudiəsilli Rusiya jurnalisti və politoloqu Qleb Pavlovski vəfat edib.

Onun ölümü ilə bağlı rəsmi qurumlar heç bir açıqlama verməyib. Vəfatının müəmmalı olub-olmaması da məlum deyil.

Xatırladaq ki, o, Rusiyanın müharibədə qalib gələ bilməyəcəyinə dair bəyanatla çıxış etmişdi.
👍3🤔1
🇦🇿🚔 Xalq arasında "Aşıq Muşqulat" kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb
👉 https://azvision.az/news/320691
😐3👍1🤔1🙈1
🇩🇪 Almaniya Ukraynaya 6 “Biber” tank körpüquran və “Zetros” (“Mercedes-Benz Zetros”) ağır yük maşını daxil olmaqla, yeni hərbi avadanlıqlar göndərib.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti Ukraynaya 3 ədəd “Biber” və 20 “Zetros” göndərib.
👍3👏1
🇹🇷 Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun sözlərinə görə, Finlandiya, İsveç və Türkiyə təmsilçiləri martın 9-da NATO mənzil-qərargahında görüşəcək.
👍2👏1
🇹🇷🛩 Macarıstan Prezidenti Katalin Novak martın 29-da Tükiyəyə səfər edəcək.
3
🇦🇿 Qutlu Musa türbəsi: İşğala dözmüş unikal abidə - FOTOLAR
🕌
2022-ci ilin mart ayının sonunda keçirilən xüsusi əməliyyat nəticəsində Xocalı rayonunun Fərrux yaşayış məntəqəsi və ətrafdakı bir sıra strateji yüksəkliklərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülməsi ilə Xaçın su anbarının önündəki düzəngahda yerləşən Qutlu Musa türbəsi ilə şərti "təmas xətti" zonası arasındakı məsafə bir qədər artmış oldu. Bununla da 700 ildən çox yaşı olan tarixi abidəyə təhlükəsiz şəraitdə yaxınlaşmaq imkanı yarandı...
👉 https://azvision.az/news/320698
👍1
🇮🇷🇦🇲 Cenevrədə BMT İnsan Hüquqları Şurasının iclası çərçivəsində Ermənistan və İran xarici işlər nazirləri görüşüb.
😁4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Malatyada baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər isə yaralanıb.
😭3😢1
⚡️⚡️ Sensasion müsahibə: “Azərbaycanda da süni zəlzələ törədilib” – SSRİ-nin məxfi layihəsinə başçılıq etmiş alim
❗️İkram Kerimov vaxtilə SSRİ-də tektonik silahın yaradılması istiqamətində fəaliyyət göstərən “Merkuri-18” məxfi layihəsinə rəhbərlik edib. Son vaxtlar isə mifik bir şəxsiyyətə çevrilmişdi. Onu tapmaq çox çətin idi. AzVision.az-ın bu maraqlı insanı tapmaq üçün göstərdiyi ilk cəhdlər uğursuzluqla yekunlaşmışdı. Amma nəhayət, biz onu tapıb, görüşüb, söhbətləşə bildik!.. Olduqca maraqlı bir müsahibə alınıb.
👉 https://azvision.az/news/320713
👍2🤯21