AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿🇹🇷 İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb.
2
🇪🇪 Estoniyada parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı qətliamının 31-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş, çoxlu sayda qadın, uşaq və qoca da daxil olmaqla 600-dən çox dinc sakinin qətlə yetirildiyi Xocalı qətliamını pisləyir və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Biz hesab edirik ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz regionun yenidən qurulması səylərinə görə Azərbaycan Respublikasına ehtiramımızı bildirir, müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”.
👍1👏1
🌍📊 Hər il orta hesabla 20 min insan zəlzələnin qurbanı olur
...Dünyada ən çox ölçülə bilən zəlzələlər Yaponiyada olur. Yaponiya aktiv tektonik sınma xəttində olduğu üçün bəzən aşkar edilməyən təkanlar da yaşana bilər. Ən çox hiss edilən zəlzələlər isə İndoneziyadadır.
👉https://azvision.az/news/320581
😱1😢1
🇹🇷 Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib ki, sözügedən məsələ ilə bağlı:

▪️ 612 nəfər - şübhəli barəsində araşdırma aparılıb,
▪️ 184 nəfər -saxlanılıb,
▪️ 55 nəfər - həbs edilib.

Həmçinin nazir, zəlzələ səbəbiylə dağılan 7 598 binadan nümunələr götürülərək ekspertiza aparıldığını bildirib.
👍1🤬1
🇮🇱 İsrailin STMEGI informasiya portalında Xocalı soyqırımı haqqında material dərc olunub.

“Hər il dünya ölkələri Birinci Qarabağ müharibəsi dövründə 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş Xocalı faciəsini yada salır. Həmin gecə erməni silahlı qüvvələri Xocalı şəhərinə basqın edərək yüzlərlə dinc sakinə amansız divan tutdular. Beynəxalq hüquq təşkilatları, o cümlədən “Human Rights Watch” öz nəşrlərində Xocalı qətliamının ətraflı təsvirini veriblər. Bu il Xocalı faciəsinin 31-ci ildönümüdür. Azərbaycan və dünyanın bir çox digər ölkələri bunu çox aydın şəkildə xatırlayır və həlak olanların xatirəsini ehtiramla yad edir”, – materialda deyilir.
👍5👏1
🇦🇿 Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xətai rayonunda yerləşən Xocalı soyqırımı abidəsinin yerləşdiyi parkda abadlıq işləri yekunlaşıb.
👍4🕊1
🇺🇦 Ukraynanın Gazeta.ua onlayn qəzetində dərc olunmuş məqalədə deyilir:

Ermənistan Xocalıda dinc Azərbaycan əhalisinin soyqırımına görə hələ də cəzalandırılmayıb. Bəşəriyyətə qarşı bu cinayət 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verdi. Erməni silahlı birləşmələri rus ordusunun iştirakı ilə Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırımı törətdi. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi. İnsanların başları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarınları süngü ilə yarıldı. 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 487 nəfər şikəst oldu..."
👍3👏1
🇺🇸 ABŞ-ın Mayami-Deyd dairəsində 26 fevral 2023-cü il tarixi Xocalının Anım Günü kimi elan edilib.

Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarları Şurasının sədri III Oliver G.Gilbert Bəyannamə imzalayıb.

Bəyannamədə deyilir: "1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Azərbaycanın Xocalı şəhər əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib". Hətta insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.
👍4👏1😢1
🇵🇱 Polşada Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
👍5👏1
🇦🇿 Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
2👍1
👳🏻‍♂️ Ramzan Kadırov özünə "Çeçenistan Qəhrəmanı" adı verib.
🤡9
🥀 Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
👍2
🇦🇿 Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan xalqı heç zaman erməni faşistlərinin xalqımıza qarşı törətdikləri vəhşilikləri, cinayətləri və soyqırımıları unutmayacaq və unutdurmayacaq.

🥀 Xocalı soyqırımından 31 il ötür!
😭2😢1
🇦🇿 …Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib: onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i ahıl yaşlıdır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Müxtəlif yaşlarda olan 1000 nəfər mülki şəxs aldığı güllə yaraları nəticəsində əlil olub. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
👉https://azvision.az/news/320605
😢3💔1
🎞📽 Rusiya paytaxtı Moskvada yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş və azərbaycanlı rejissor Vahid Mustafayevin işi olan “Xoca” döyüş filmininözəl nümayişi keçirilib.
👉https://azvision.az/news/320593
👍3😢1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 Tarixin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımı
😭2😢1
🇦🇿 Bu gün aprel döyüşlərində şəhid olan kapitan Nəcməddin Savalanovun doğum günüdür.

Şəhidimizin ad günü Xocalı faciəsinin ildönümünə təsadüf edir. Nəcməddin Savalanov 26 fevral 1985-ci ildə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Nəcməddin 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra təhsilini davam etdirmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 4 il oxuyub. Daha sonra zabit kimi ordu sıralarında xidmətə başlayıb.

2016-cı ilin aprelin 2-də təmas xəttində gedən döyüşlərdə ayağından və çiynindən ağır güllə yarası alan kapitan Nəcməddin Savalanov mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Şəhid kapitan Göbəktala kənd məzarlığında dəfn edilib. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

🥀Allah rəhmət etsin!
😭51👍1🫡1