AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🩺 Türkiyənin səhiyyə naziri zəlzələ bölgəsindəki azərbaycanlı həkimlərlə görüşüb

Fahrettin Koca: “Kahramanmaraşdakı səhra xəstəxanalarından biri Azərbaycan tərəfindən quruldu. Həkimlərimiz, səhiyyə işçilərimiz qədər can yandıran heyətlərinə ayrıca təşəkkür edirik”.
🤝31
🇸🇦 Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələdə Səudiyyə Ərəbistanından gələn axtarış-xilasetmə qrupu işlərini yekunlaşdıraraq öz ölkələrinə qayıdıb.
🙏4
💀 Arxeoloqlar 3 min il əvvəl yaşamış insan üzərində aparılan beyin əməliyyatına dair dəlillər aşkar ediblər.

🧠 “Plos One” elmi jurnalında dərc edilən araşdırmada əməliyyat olunan şəxsin 20-40 yaş arasında olduğu və eramızdan əvvəl 15-ci əsrdə yaşadığı qeyd olunub.

🕵‍♂️ ABŞ-ın Brown Universitetinin arxeoloqu Rachel Kalişerin rəhbərlik etdiyi araşdırma qrupu xəstənin baş dərisinin kəsildiyini, daha sonra isə iti alətlə kvadrat formada olan ön sümük parçasının çıxarıldığını müəyyən edib.
👍2🤯1😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Zelenski müharibə başlayandan bəri yaşadığı Ukrayna Prezidentinin Aparatının binasındakı otağı göstərib.
5😢1👌1
🇦🇿🇬🇪 Tbilisinin mərkəzi küçələri ilə gürcü və ingilis dillərində "Xocalıya ədalət" yazısı olan 4 avtomobil hərəkət edəcək
👍11👏2
🇸🇪 İsveçrənin Soloturn şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzində Səfirliyin dəstəyi ilə Xocalı Soyqırımının 31-ci ildönümünə və Türkiyə Respublikasında fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dünyalarını dəyişmiş insanların əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
👍5👏1
🇺🇦🇷🇺 Müharibə necə dayana bilər? Ancaq bir yol var... Vladimir Bekişin şərhi
💥...Rusiya özünü tarixi, ənənəvi və şəksiz lider, dominant ölkə hesab etdiyi regiona aydın siqnal verir: “Burada kimin necə yaşayacağına, kimin kiminlə dost ola biləcəyinə, kiminlə ola bilməyəcəyinə biz qərar veririk. Rusiyaya tabe olsanız da, olmasanız da taleyiniz bizdən asılı olacaq”...
👉https://azvision.az/news/320536
👍2🤔1
🇦🇿 Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi ekoaksiya 76 gündür davam edir
2👍2
🇺🇦🇷🇺 Rusiya məğlub olacaq – Ukraynalı politoloqun yazısı
⚡️…Bir il əvvəl Ukrayna ordusunun müqavimət göstərə biləcəyinə inanmayanlar bu gün ona döyüş təyyarələri, tanklar və uzaqmənzilli raketlərin tədarükü perspektivlərini müzakirə edirlər. Bəli, bu, sabah olmayacaq. Amma düşünürəm ki, mütləq baş verəcək.
👉 https://azvision.az/news/320541
1👏1🤔1
🚍🚇 Bir müddət öncə ictimai nəqliyyatda gediş haqqı artırılıb. Yanacaq və ehtiyat hissələrin qiymətləri artsa da, xeyli vaxt idi nəqliyyatda gediş haqqı sabit saxlanılıb. Bu da ictimai nəqliyyatda xidmət göstərən şirkətləri çətin duruma salıb. İctimai nəqliyyatda aydın görünə bilən problemlər yaranıb. Bu baxımdan gediş haqlarının artırılması bu problemlərin həlli üçün bir imkan olaraq qiymətləndirilib. Bəs 10 qəpiklik artım ictimai nəqliyyatdakı problemləri həll edə biləcəkmi?
👉 https://azvision.az/news/320559
👍1
🇹🇷💔 Türkiyənin Hatay şəhərində baş vermiş zəlzələdən sağ çıxan gənc oğlan intihar edib.

Belə ki, zəlzələdə evi dağılan və çox sayda yaxınlarını və dostlarını itirən 20 yaşlı Berke Kutay Şahin Sakarya şəhərindəki babasının evində özünü asaraq intihar edib.
😢3💔1
🇦🇿🇹🇷 İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıb.
1👍1
🇵🇰 Pakistan qəzeti: "31 il əvvəl Xocalıda soyqırımı törədən ermənilər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir. Bu dəhşətli faciə nəticəsində erməni silahlı qruplaşmaları tərəfindən 613 günahsız dinc sakin, o cümlədən uşaqlar və qadınlar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan əsir götürüldü, 7 mindən çox insan evlərindən zorla çıxarıldı"

Müəllif İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən bir il sonra işğaldan azad edilmiş torpaqlara səfər etdiyini və ermənilərin buraları nə hala saldığını öz gözləri ilə gördüyünü qeyd edir.

"Onlar bütün bölgəni dağıtmışdılar. Təkcə milyonlarla insanı evlərindən qovmayıb, həm də infrastrukturu tamamilə dağıdaraq talan ediblər, ətraf mühitə geri dönülməz zərər veriblər. Dünyanın ən gözəl turizm bölgəsi adlandırıla biləcək bu gözəl yer bu barbarların əməlləri ucbatından xarabalığa çevrilib. Evlər və məscidlər dağıdılıb, muzeylər və tarixi məkanlar yer üzündən silinib”, – məqalədə deyilir.
6👏2🙏1
🇹🇷 Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Kahramanmaraşda yaradılan Səyyar Səhra Xəstəxanasında Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin hərbi həkimləri zəlzələdən zərər çəkənlərə sağlamlıq xidməti göstərirlər.

Bu barədə “TRT Haber”də dərc edilən məqalədə qeyd edilib.

Bildirilib ki, 19 konteyner və 21 çadırdan ibarət səyyar səhra xəstəxanasında Azərbaycandan 12-si hərbi həkim, 8-i tibb bacısı olmaqla 20 nəfər Türkiyə Silahlı Qüvvələrinin səhiyyə işçiləri ilə birgə çalışır. Xəstəxanada 2 minə yaxın xəstə müayinə olunub, 85 cərrahi müdaxilə edilib.
👍21
🇪🇬 Cənubi Qafqaz üzrə misirli ekspert Əsma Əhməd Əlcəzairin “Əl Hərir” portalında “Ermənilərin törətdiyi Xocalı soyqırımı yaddaşlardan silinməyəcək” sərlövhəli geniş məqalə ilə çıxış edib.

Ekspert yazıb ki, strateji əhəmiyyəti olan Xocalı şəhərini ələ keçirməyə can atan ermənilər bu şəhərdə törədilən ağır cinayətlərin cəzasını 30 il sonra – Azərbaycan Ordusunun 44 günlük müharibədə Qələbəsi zamanı aldılar. Ə.Əhməd qeyd edib. “Lakin azərbaycanlılar onlardan fərqli olaraq, mülki əhalini hədəf almayıb, düşmən yalnız döyüş meydanında məhv ediblər. Azərbaycan əsgəri həmişə humanizm prinsiplərinə əməl edib, dinc və günahsız insanlara silah qaldırmayıb. Otuz ildir davam edən Qarabağ münaqişəsinin tarixinə nəzər saldıqda, bunu açıq-aşkar görmək mümkündür”.
1👍1👏1
🇦🇿🇹🇷 İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb.
2
🇪🇪 Estoniyada parlamentinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı qətliamının 31-cü ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Bəyanatda deyilir:
"1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş, çoxlu sayda qadın, uşaq və qoca da daxil olmaqla 600-dən çox dinc sakinin qətlə yetirildiyi Xocalı qətliamını pisləyir və Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

Bu kütləvi qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar. Biz hesab edirik ki, regiondakı bütün dövlətlərin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz regionun yenidən qurulması səylərinə görə Azərbaycan Respublikasına ehtiramımızı bildirir, müxtəlif icmaları davamlı sülh və inteqrasiyaya nail olmaq üçün sıx əməkdaşlıq etməyə çağırırıq”.
👍1👏1