AzVision
2.74K subscribers
38.8K photos
17.5K videos
10 files
24.4K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷🚧 Türkiyənin bu şəhərlərində zəlzələdən sonra axtarış-xilasetmə işləri başa çatıb.

AFAD sədri Yunus Sezer bildirib ki, Hatay və Kahramanmaraşdan başqa digər şəhərlərdə işlər yekunlaşıb.

"Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk", - o qeyd edib.
😢1😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🛩️ ABŞ dövlət katibi Blinken ilk dəfə Türkiyəyə səfərə gəlib.

O, Mövlud Çavuşoğlu ilə birlikdə helikopterdən zəlzələnin törətdiyi dağıntıları müşahidə edib.
👍1👏1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Osmaniyedə 112 Təcili Zəng Mərkəzində zəlzələ zamanı yaşadıqları panikaya baxmayaraq işinə davam edən personalın həmin anı təhlükəsizlik kamerasına düşüb.
👏41
🇹🇷 Hatayda həkim olduğunu iddia edərək saxtakarlıq etdi: "Bu mənim xəstəliyimdir. Bu gün məni sərbəst buraxsanız, sabah yenə edəcəyəm"

Özünü "beyin cərrahı" kimi təqdim edib, axtarış-xilasetmə qrupuna qoşulan şəxs tutularaq həbsxanaya göndərilib. Məlum olub ki, həmin şəxs İzmir zəlzələsi zamanı da özünü saxta həkim kimi təqdim edib.
😐2👍1🤯1
🇺🇦 "Ukrayna Ordusu Baxmut şəhərindən çıxmaq niyyətində deyil" - Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak

Qeyd edək ki, Rusiya Ordusu 10 aydan çoxdur ki, Baxmut şəhərini ələ keçirməyə çalışır. Son bir ayda Rusiya Ordusu şəhərə gələn 3 əsas yoldan ikisinə nəzarəti təmin edib. Buna baxmayaraq, Ukrayna Ordusunun müqavimətini qırmaq və Baxmut şəhərinə nəzarəti təmin etmək mümkün olmayıb.
3👏1
🇷🇺 Rusiyanın “Proqres MS-21” yük gəmisi Sakit okeanda batırılıb

Gəmi orbitdən çıxarılıb, bundan sonra atmosferə daxil olub və dağılıb. Strukturun yanmayan elementləri Sakit okeanın cənub hissəsinin gəmi yolları keçməyən ərazisinə düşüb.

Qeyd edək ki, “Proqres MS-21” kosmik gəmisi ötən il oktyabrın 26-da buraxılıb və iki gün sonra BKS-ə 2,5 tondan çox yük çatdırıb. Fevralın 11-də gəminin istilikdaşıyanında sızma qeydə alınıb. Daha sonra “Energiya” Raket-kosmik Korporasiyası (RKK) “Proqres MS-21” yük gəmisini orbitdən çıxarmaq qərarına gəlib.
👍3👏1
🇺🇦🇯🇵 Yaponiya hökuməti Ukrayna Prezidenti Vladimir Zelenskini G7-nin 49-cu sammitinə dəvət etməyi düşünür.

Sammit mayın 19-21-də Xirosimada keçiriləcək.

Qeyd olunur ki, Dördtərəfli Təhlükəsizlik Dialoqu üzrə danışıqlar aparmaq üçün qarşıdakı sammitə Hindistanın baş naziri Narendra Modi və Avstraliyanın baş naziri Entoni Albaneze də dəvət oluna bilər.
👍1👏1
⚡️ Blinken: “Türkiyədə hərbçi ailələrin zəlzələdən zərər çəkmələrini eşitmək məni dərindən təsirləndirdi və onların dözümlülük və gücləri ilhamlandırdı. Türkiyəni NATO üzvü hesab etməyimlə fəxr duyuram”
👍5👏1
🇺🇸🇹🇷 ABŞ Türkiyə və Suriyada zəlzələyə görə əlavə 100 milyon dollar yardım ayırır.

Bu vəsait yataq ləvazimatı, qida paketləri, isti geyimlər və çadırların satın alınmasına xərclənəcək.

Bununla da ABŞ-ın ayırdığı humanitar yardım 185 milyon dollara çatacaq.
👍3👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Təbriz şəhərində qaz partlayışı nətisində dörd bina dağılıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb, ən azı 2 nəfərin həlak olduğu bildirilir.

Əraziyə xilasedicilər və tibb işçiləri cəlb olunub.
🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Adıyamanda zəlzələ nəticəsində dağılan “Huzur” binasının podratçısı Yıldıray Varki İsveçrəyə qaçmaq istəyərkən İstanbul hava limanında saxlanılıb.
👏4🤬1
Media is too big
VIEW IN TELEGRAM
🇹🇷 Hatay Bələdiyyə Başçısı Lütfü Savaş: “Zəlzələ nəticəsində Hatayı tərk edən dəyərli həmvətənlərimə səslənirəm: “yenə görüşəcəyik!”.
👍3👏1
🥀 Türkiyədə zəlzələdə həyatını itirənlərin sayı 41 020 nəfərə çatıb.

Bu barədə AFAD məlumat yayıb.

Həmçinin ölkənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyətin olmadığını bildirib.

"Kəskin bağırsaq infeksiyalarına yoluxma hallarında artım var. Bununla yanaşı, xəstəxanaya yerləşdirilən xəstələr azdır", - nazir qeyd edib.
😭2😢1
🇹🇷 Bina çökdü, əlavəsi "ayaqda qaldı".

Hatayda dördmərtəbəli binanın sonradan tikilən əlavə strukturu zəlzələdə dağılmayıb.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Azərbaycan xilasediciləri Türkiyədə fəlakət bölgəsində fəaliyyətini davam etdirir.

Xilasetmə heyəti indiyədək 53 nəfər sağ, 780 nəfərin isə cəsədini çıxara bilib.
👍1
📱 Malatyada zəlzələ gecəsi eyvandan yerə düşən mobil telefon 4 insanın xilas olmasına səbəb olub. 

Ekin ailəsinə zəng vuran qohumları telefonu açan şəxslərin cavabından sonra hadisə yerinə gediblər. Onlar dağıntılar altında qalan 4 insanı xilas edə biliblər. Xanımı, iki qızı və oğlu ilə dağıntılar altında qaldığını söyləyən İlhami Ekin oğlu Muhammedin həlak olduğunu açıqlayıb.
🙏2👍1
🇺🇦 Zelenski: "Baxmut o qədər də böyük şəhər deyil. Onu müdafiə etmək bizim üçün vacibdir, lakin hamının ölməsi bahasına yox. Nə qədər ki, ağlabatandır, biz döyüşəcəyik. Rusiya bundan sonra Kramatorsk və Slavyanska daha da irəliləmək istəyirlər. Donbas və Dnepr sərhədlərinə çıxmaq istəyirlər. Əgər bacararlarsa... Biz müqavimət göstəririk və növbəti əks-hücuma hazırlaşırıq”
👍51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇦🇲 Rusiya sülhməramlı hərbi kontingenti Qarabağa 35 tondan çox humanitar yardım aparıb.
🤬4🤮1
Laçında SOCAR yanacaqdoldurma məntəqəsi açılıb.

Qeyd edək ki, ötən ilin payızında Hadrutda SOCAR-ın modul tipli yanacaqdoldurma məntəqəsi açılıb. SOCAR yanacaqdoldurma məntəqələrinin Qarabağda sayı 5 çatdırılıb.
👏2