AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷Dağıntılar altından çıxarılarkən ağzında siqaret olan Soner Tuğtekin hadisə ilə bağlı danışıb
…"Bina bir anda üzərimizə çökdü. Sütun qızımın üstünə düşdü. Yoldaşımı özümə tərəf çəkməyə çalışdım, ancaq qolu çarpayının bazasına ilişmişdi. Oğlum divanın altında idi, ancaq onu çəkə bildi...Yanımda yalnız tütün və 1,5 litr su vardı. Çox çəkdiyim üçün alışqanımın qazı bitdi. Siqaretimi yandıra bilmirdim. Batareyaları parçaladım və naqillərini bir-birinə vuraraq problemimi həll etdim”…
👉 https://azvision.az/news/319713
😢2😭1
🇹🇷 Türkiyədə zəlzələ nəticəsində həlak olan tələbələrdən biri Samir Quliyev bundan əvvəl Türkiyənin Elazığ vilayətindəki universitetlərdən birində təhsil alırmış.

Ailəsi 2020-ci ildə orada baş verən zəlzələdən sonra universitetini Malatya şəhərindəki təhsil ocağına dəyişib.
😭2😢1
🇹🇷 Zonquldak vilayətindən gətirilən mədən işçilərinin zəlzələdə dağıntılar altında qalanları xilas etmək üçün istifadə etdiyi metod
👏6🤯1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Ərdoğan müxalifətçilərdən ancaq Məhərrəm İncə ilə görüşdü
👉https://azvision.az/news/319705
👍2🤔1
🇮🇱 Türkiyədə zəlzələ bölgəsində çalışan israilli səhiyyə işçiləri ölkələrinə qayıtmağa hazırlaşır.
5👏1
🇦🇿🇹🇷 Zəlzələdən sonra Azərbaycandan Türkiyəyə edilən yardımların statistikası
👍3👏1
🧠 Sənin Allahın hansındandır? – Vüsal Məmmədovun yazısı
❗️...Əgər sizin Allahınız teizmin hər şeyə görə məsuliyyət daşıyan, özünə dost-düşmən seçən, birinə mükafat, o birinə cəza verən Allahıdırsa, onda zəlzələ ilə bağlı suallardan cırnamaq lazım deyil. Yox, əgər ilahiyyat təfəkkürünüz (“dini təfəkkürünüz” yox, bunlar ayrı-ayrı şeylərdirlər!) 17-ci əsrdən bu yana keçibsə və deizm haqqında nə zamansa ciddi düşünmüsünüzsə, onda bu tip sualların sizin üçün ümumiyyətlə, mənası yoxdur...
👉 https://azvision.az/news/319731
4👍2👎2🤬1
🇹🇷🇸🇾 Dünən gecə Çempionlar Liqası oyunları öncəsi "yanındayız" və eyni söz ərəbcə yazılaraq, Türkiyə və Suriyaya dəstək mesajları verilib.
👍1👏1🕊1
🇹🇷 Türkiyədə baş verən zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak həlak olub

Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub. 2021-ci ildə universitetin Əczaçılıq fakültəsindən məzun olub.
😢2😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌋 Amerika Birləşmiş Ştatlarının Havay adalarında yerləşən ''Kilauea'' vulkanı yenidən püskürüb. Partlayışın baş verdiyi bölgdədə yaşayış məntəqələri yoxdur.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 2021-ci ilin sentyabrından bu yana 17 dəfə püskürüb.

Qeyd edk ki, ''Kilauea'' vulkanı ilk dəfə 1983-cü ildə püskürüb.
👍1🤯1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚕❗️Artıq Kaliforniyanın yollarında "Amazon" şirkətinin sürücüsüz taksiləri hərəkətə başlayıb. Robotaksilər hələlik ancaq həftəsonları gündüzlər hərəkət edir və şirkətin işçilərini iki ofisin arasında daşıyırlar. Yayda onlar tam hüquqlu taksi kimi fəaliyyətə başlayacaqlar.
👍6
🇹🇷 Türkiyənin Adıyaman şəhərində Roma imperiyası dövründə inşa edilən Cendere Körpüsü ölkədə "əsrin fəlakəti" adlandırılan dəhşətli zəlzələyə dözümlü çıxıb və heç bir zərər görməyib.

Tarixi körpü Roma İmperatoru Septimus Severius (192-212) zamanında XVI Lejvon tərəfindən Cendere çayı üzərində inşa edilib.

92 böyük blok kəsilmiş daşdan hazırlanan, 120 m uzunluğu, 30 m hündürlüyü və 7 m eni olan körpünün maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onun tikilişində sementdən istifadə olunmayıb.
🤯2👏1
🇹🇷 Beşir Dərnəyinin Kocaeli axtarış-xilasetmə mütəxəssisi Metin Doruklu axtarışlar zamanı keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.
😢6🕊1
🇹🇷🇦🇿 Azərbaycan və Tükiyə kanallarının zəlzələ bölgəsinə yardım üçün ortaq proqramına start verilib
👉 https://azvision.az/news/319744
👍41
🇦🇿 🇷🇺Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın sonuna kimi Azərbaycana rəsmi səfəri gözlənilir.
👍3
🇦🇿🇩🇪🇦🇲 “Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq. Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq” - Almaniya Nazirlər Kabineti.
👍2
🇦🇫🇹🇷 Taliban rejimi zəlzələyə dəstək məqsədilə Türkiyəyə 50 min dollar yardım edib.

Taliban Qızıl Aypara Cəmiyyətinin rəhbəri Matiul Haq Halis yığılan məbləği polietilen torbada Türkiyənin Əfqanıstandakı səfiri Cihad Ərginaya təqdim edib.
😁2👍1
🇦🇿🇹🇷 Türkiyə mediası Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakətlə əlaqədar göstərilən yardımlara, dəstəyə dair informasiyalar yaymaqda davam edir.
👍1👏1