AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷 Türkiyədə zəlzələdə ölənlərin sayı 35 418 nəfərə çatıb.
😢3😭2👍1🕊1
🇦🇿🥀 Zəlzələ nəticəsində dağıntılar altında qalan digər üç azərbaycanlı tələbənin də cəsədi tapılıb.
Allah rəhmət eləsin!
👉
https://azvision.az/news/319648
😭5👍1😢1
🇹🇷 Qaziantepdə dağıntılardan xilas edilən 'Enkaz' adlı pişik Mardin xilasetmə qrupunun ən yaxın dostu oldu:

“Buradan heç vaxt ayrılmır. Gözlərində bir kədər var. Ola bilsin ki, sahibi gəlsin deyə gözləyir...”
👍3🥰1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇳 Çin səmasında qəribə aktivlik qeydə alınıb. Hələ ki heç bir rəsmi açıqlama yoxdur.
👍1
🇺🇸🇺🇦 ABŞ-ın Ukrayna göndərdiyi "Bradley" PDM-ləri və digər hərbi texnika Almaniyanın Bremerhafen limanına çatıb.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 10 gün sonra həcc ziyarətinə getmək istəyən Mehmet bəy son anda fikrini dəyişib və 1350 dollarını (təxminən 2295 AZN) zəlzələdən zərər çəkənələrə ianə edib.
😍4😢3🙏2
💔 Müşayiətsiz qalan 1396 uşaq, müalicə altında olan 721 uşaq var

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi:
"167 uşaq müalicə olunduqdan sonra müəssisə qayğısına götürülüb. 508 övladımız şəxsiyyəti yoxlanıldıqdan sonra ailələrinə təhvil verilib. 1114 uşağın şəxsiyyəti müəyyən edilib. 282 uşağın isə şəxsiyyətini müəyyən etmək mümkün olmayıb".
1😢1
🇹🇷 Kahramanmaraşda yaşayış binasının birinci mərtəbəsində yerləşən qab-qacaq mağazasının zəlzələdən təsirlənməməsi görənləri heyrətə gətirir.
👍4👏1
🛢🔌 Tarixi qərar: Avropada benzin və dizel dövrü bitir
🇪🇺 Avropa Parlamenti 2035-ci ildən daxiliyanma mühərrikli avtomobillərin istehsalının qadağan olunması barədə qərar qəbul edib.
👉 https://azvision.az/news/319657
🤯2
❗️“Qafqaz kişisi” anlayışı ermənilərə yaddır – Ədalət Verdiyevin yazısı
⚡️ ...Qafqaz kişisi düşmənçiliyi də kişi kimi etməyə borcludur; uşağa, qadına, qocaya əl qaldırmaz, qarşısında olanın köməksiz vəziyyətindən sui-istifadə etməz, silahsız düşmənə qarşı silah və güc işlətməz. Amma ermənilər bunları dəfələrlə edib, sonra da utanmaq əvəzinə fəxr etdiklərini bildiriblər. Odur ki, ermənilərin Qafqaz ilə yaxından-uzaqdan heç bir əlaqələrinin olmadığına şübhəm yoxdur.
👉https://azvision.az/news/319655
👍1
🇮🇷 Tehranın “ikili zəlzələ standartı”
// “Xoylular göyə baxsalar, Suriyaya yardım aparan İran təyyarəsini görə bilərdilər”
❗️ Yanvarın 18-də İranın Qərbi Azərbaycan əyalətində baş verən zəlzələdən zərər çəkənlərə ləng və qeyri-kafi reaksiya verən Tehranın fevralın 6-da Suriyaya dərhal yardım göstərməsi vətəndaşların hiddətinə səbəb olub.
👉 https://azvision.az/news/319664
👍1👏1
🇦🇿 Şəhid Orxan Əsgərovun atasının Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşü olub.
4👏1
🇸🇦 Səudiyyə Ərəbistanı Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə 10 min konteyner evi göndərəcək.
👏5🙏1
AzVision
🇦🇿🥀 Zəlzələ nəticəsində dağıntılar altında qalan digər üç azərbaycanlı tələbənin də cəsədi tapılıb. Allah rəhmət eləsin! 👉 https://azvision.az/news/319648
🇦🇿 Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.

Bu barədə Ayxan Hacızadə açıqlama yayıb: "Cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub. Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün meyitlər əvvəlcə Malatyadan İstanbula aparılacaq. İstanbuldan Ankaraya, daha sonra Azərbaycana gətiriləcək".
😭2🕊1
🇰🇷 Türkiyədəki işlərini bitirən Cənubi Koreyalı həkimin ölkədən qayıdarkən çadırın üzərinə yazdığı yazı:

“Ailələrini itirən Türkiyə xalqına: Daha bir insanı xilas edə bilmədiyim üçün kədərliyəm. 14 Fevral 2023 - Cərrah”.
👍3😢1
🇦🇲 Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdədir.

Onun Türkiyə XİN başçısı Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.
👍1👎1
🇹🇷 Hazırda Türkiyənin zəlzələ bölgələrində 76 ölkədən 7606 nəfərlik heyət axtarış-xilasetmə işləri görür.

"Artıq 12 ölkədən heyət ölkələrinə geri qayıdıb. Bəzi bölgələrdə axtarış-xilasetmə işi bitib. Hazırda əsas olaraq sığınacaq işləri ilə məşğul oluruq", - deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
👍2😢1
🇹🇷 Kamal Sunalın həyat yoldaşı Gül Sunal: “Kamala Antalyada bir inşaat firmasının reklam üzü olması, bunun qarşılığında orada tikiləcək evlərdən birinin ona hədiyyə olunması təklifi gəldi. O qəti şəkildə gələn təklifi rədd etdi. Mən nə üçün belə etdiyini soruşanda əlində oxuduğu tarixi kitabını göstərdi və dedi: “Hammurapi qanunlarında belə ev tikilərkən saxtakarlığa yol verənlərin öldürülməli olduğu deyilir. Haqq verirəm. Mən həmin evləri reklam etsəm, insanlar mənə inanıb o evləri alacaqlar. Bir gün hansısa səbəblə o evlər dağılarsa, mən vicdanıma necə hesab verərəm?””.
😢15🕊2😭1