AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷 Nobel Sülh Mükafatlı yəmənli fəal Təvəkkül Karman Kahramanmaraşda zəlzələ qurbanları üçün 50 ev inşa etdirəcək.
👏3👍1😢1
🇹🇷 Ailə və Sosial Xidmətlər Nazirliyi, Milli Təhsil Nazirliyi və AFAD zəlzələdən zərər çəkmiş uşaqlar üçün sosial fəaliyyət çadırları və oyun meydançaları quraşdırır.
😍31
🇹🇷 Kahramanmaraşda 13 illik TOKİ evləri zəlzələyə davamlı çıxdı

Zəlzələ nəticəsində şəhərin mərkəzində 10 illik tikililər belə uçub, lakin 13 il əvvəl TOKİ-nin tikdiyi evlərdə çatlaq belə yoxdur. Kahramanmaraş, Hatay və Adıyaman da daxil olmaqla 10 vilayətdə Türkiyənin dövlət tikinti şirkəti olan TOKİ 133 min 759 ev inşa edib. Zəlzələyə davamlı radial bünövrə üzərində tikilmiş evlərin heç birinin yararsız hala düşmədiyi müəyyən edilib.
4🙏2👍1👏1
🇹🇷 Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 31 643 nəfərə çatıb.
😭2👍1😢1
🇹🇷 Kahramanmaraşda zəlzələ nəticəsində dağılan "Hasan Alpargün" yaşayış binasının podratçısı Şimali Kipr Türk Respublikasına qaçmaq istəyərkən saxlanılıb.

Qeyd edək ki, Adananın mərkəzi Çukurova rayonunda yerləşən və 92 nəfərin yaşadığı binadan indiyədək 70 nəfərin cəsədi tapılıb. Dağıntılar altında daha 15 nəfərin olduğu bildirilir.
🤬1💔1
🇹🇷 Hər iki foto Hatayda çəkilib. Atatürkün "mənim namusum" dediyi şəhərdə.

Türk ordusu Atatürkün ölümündən bir neçə ay öncə Hataya daxil olmuş, Atatürkün ölümündən bir neçə ay sonra isə şəhər rəsmən Türkiyə Cümhuriyyətinin ərazisinə qatılmışdı.

Hatay torpağı Atatürkü heç vaxt unutmadı...
2👏2
🇺🇸🛸ABŞ əlindən gələni boş qaba çəkir. "Uçan boşqab"a
// Çinin şarından UNO-ya doğru gedən qəribə yol
‼️...ABŞ hərbçilərinin Kanada sərhədi yaxınlığında, Huron gölü ətrafında uçan naməlum obyekt (UNO) vurduqlarını iddia etmələri dünyanın media məkanında bomba kimi partlayıb. İddialara görə, obyekt səkkizbucaqlı formada olub və 20.000 fut (6 km-dən bir qədər çox) hündürlükdə müşahidə edilib. Bu səbəbdən də kommersiya təyinatlı təyyarələr üçün təhlükə yaradıb.
👉https://azvision.az/news/319498
👍2
💔 Hataydan ayrılan zəlzələ qurbanlarının divara yazdığı mesaj...
😢3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇪🇸 Onlarla insanın həyatını xilas edən ispaniyalı axtarış-xilasetmə qrupu ölkələrinə qayıdır.
🙏5👍3👏1
Media is too big
VIEW IN TELEGRAM
🇩🇪 Almaniyanın axtarış-xilasetmə qrupu işlərini yekunlaşdırıb öz ölkələrinə qayıdır.
👍4🙏2👏1
🇸🇦 Səudiyyə Ərəbistanının 6-cı yardım təyyarəsi də Türkiyəyə çatıb. 98 ton humanitar yardıma çadır, ədyal, qida və tibbi ləvazimatlar daxildir.
5👏2👍1
🇮🇳 Hindistanda yaşayan 67 yaşlı Rohinca Əminə Hatun Türkiyəyə kömək etmək üçün qızıl bilərziyini satıb.

Əldə etdiyi pula isə quru yemək, ədyal, uşaq qidası və paltar alaraq Türkiyənin Yeni Dehli konsulluğuna göndərib..
👏5👍1
🇹🇷 Axtarışlar davam edir
😢2
🇹🇷 Türkiyədə geoloji çatların yenilənmiş xəritəsi nəşr edilib

Sayı 485-ə çatan çatlar 5,5 və daha yuxarı maqnitudalı zəlzələlərin yaranmasına səbəb ola bilərlər.

Bu çatlar üzərində Türkiyənin 45 bölgəsi üzrə 110 rayon yerləşib.
🤯2
🇰🇷 Tobaek, Haetae ve Tori…

Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb edilən Koreyanın xüsusi təlimatlı itləri, yaralansa da işlərini davam etdirir.
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 “Əsrin fəlakəti” Malatyanın Büyük Məhəllə kəndini məhv etdi: 130 evdən yalnız 10-u zərər görməyib.
👍2🤯1
🇨🇺🇹🇷 Türkiyənin Kahramanmaraş şəhərindəki Necip Fazıl Şəhər Xəstəxanasında 32 kubalı həkim işə başlayıb.
👍4
🇹🇷 Hatayın Tepehan bölgəsində zəlzələdən sonra zeytun bağı iki yerə bölünüb.

Nəticədə uzunluğu 300 metr, dərinliyi 40 metr və eni 50 metr olan vadi yaranıb.
😢4👍1