🇦🇿İlham Əliyev: “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”.
❤5👍1
🇦🇿Prezident: “Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”.
👍5❤3
🇦🇿Dövlət başçısı: “Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.
Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”.

👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷 Fransa Milli Assambleyasının sessiyası başlamazdan əvvəl Türkiyədə zəlzələdə həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilib.
😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷 Ərdoğan: “İndiyə qədər belə fəlakətlərdə göstərdiyi səbri millətim bu fəlakətdə də göstərəcək. Biz bütün imkanlarımızı səfərbər etmişik”.
👍3
🇦🇿🇹🇷Türkiyədə zəlzələdən sonra 25 Azərbaycan vətəndaşının axtarışları aparılır.
“Bu demək deyil ki, onlarla nə isə baş verib. Telefonlarını itirə bilərlər və yaxud o enerjisi bitdiyindən söndürülmüş ola bilər”, - deyə ölkənin Ankaradakı səfiri Rəşad Məmmədov açıqlama verib.
“Bu demək deyil ki, onlarla nə isə baş verib. Telefonlarını itirə bilərlər və yaxud o enerjisi bitdiyindən söndürülmüş ola bilər”, - deyə ölkənin Ankaradakı səfiri Rəşad Məmmədov açıqlama verib.
👍1👏1
AzVision
🇦🇿🇹🇷Türkiyə üçün yardım göndərən Azərbaycan vətəndaşı…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿👏🏻“VAZ-2107” markalı avtomobilin sahibi kənd sakinləri ilə birlikdə Türkiyə üçün yardım toplayan Laçın rayonunun Minkənd kənd sakinidir!
👍7👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇮🇱Qaziantep hava limanında İran və İsrail xilasedicilərinin təyyarələri yan-yana…
👍1
🇺🇸🇹🇷ABŞ-ın 161 nəfərlik axtarış-xilasetmə qrupu, 12 it və 85 tondan çox xüsusi texnikasını Türkiyəyə göndərib.
❤8👏1
🇦🇿Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək.
Təyyarədə 36 ton yardım - müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və çadırlar zəlzələ qurbanlarına çatdırılacaq.

👍4❤1
🇹🇷Malatyada baş verən zəlzələdə yaralanan 31 nəfər Türkiyə Silahlı Qüvvələrinə məxsus yük təyyarəsi ilə Atatürk Hava Limanına aparılıb.
👍3👏1