AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
‼️Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar.

🗣️Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina:“Aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Dekabrın 12-dən bəri ekofəallar və Azərbaycan QHT-lərinin təmsilçiləri ölkənin Qarabağ bölgəsində yerləşən Laçın-Xankəndi yolunda dinc aksiya keçirir, bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox”.
👍3
🇹🇷"Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik. Bunu da belə bilin" - Ərdoğan
👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺“AzVision”un çərşənbə axşamı buraxılışında toxunulacaq mövzular:
▪️Göyündən xəbəri olmayan ölkə. İrana endirilən zərbələrin maraqlı və qəribə tərəfləri nələr idi?
▪️Avro aftafalar. İranı təbliğ edənlər niyə heç vaxt səmimi ola bilməzlər?
▪️Terrorçunun dostu. Avropa Ermənistanın İranın qucağına girməsinə nə vaxta qədər sakit yanaşacaq?
Saat 21:30’da Real TV-də
👀Baxmamaq məsləhət deyil!…
2
🇦🇲🍊Erməni saytı İrəvanı ifşa etdi: "Xankəndidə naringi də satılır, yerkökü də"
‼️...Bildirilir ki, bu mövsümi kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem yaşanmır. Meyvələr Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan regionlarında yayılması istiqamətində işlər aparılır. Yuxarıda göstərilən məhsulların maksimum satış qiymətləri və bir istehlakçıya düşən alışın miqdarı isə cədvəllə təqdim olunub.
👉https://azvision.az/news/318558
👍1
🇮🇷Faşist fars-molla rejimini ifşa edən karikatura.
🤬7
🇮🇷‼️Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib. İran mediası xəbər verir ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Y.Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.

Cinayətkar azı bir ay müddətinə Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək. Bu faktın özü artıq Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.
🤬7💩4
🇷🇴Rumıniyanın nüfuzlu kütləvi informasiya vasitələri İlham Əliyevin Macarıstana rəsmi səfərinə və keçirdiyi görüşlərə geniş yer ayırıb.

“AGERPRES” milli xəbər agentliyi, “Profi24tv” televiziya kanalı, “StiriPeSurse”, “ZiareLive”, “Capital” xəbər portalları və jurnalları, “Radio Romania” radiosu və digər KİV-lərdə dərc edilən məqalələrdə Azərbaycan və Macarıstan arasında imzalanan sənədlər, birgə bəyanatda səsləndirilən fikirlər işıqlandırılıb.
2👍2
🇮🇱İsrail Ukraynaya "Dəmir günbəz" hava hücumundan müdafiə komplekslərini vermək imkanlarını nəzərdən keçirir". - İsrailin Baş naziri Benyamin Netanyahu.
👍3🕊1
🇮🇹🏢Bakıda İtaliyan universiteti tikilir.

Prezident İlham Əliyev 2022-ci il oktyabrın 21-də universitet layihəsi haqqında sərəncam imzalayıb.
👍2
ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Agentliyi uşaqlıq dövründə yaranan astma xəstəliyi ilə əlaqəli olduğu müəyyən edilən qaz sobalarını qadağan etməyi düşünür.
👍2
🇦🇿💥DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanılıb
🇮🇷⚡️ Özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
👉 https://azvision.az/news/318530/
👍2
❗️“Ya intihar et, ya da istefa ver” – Qarabağ ermənilərindən Araikə açıq məktub
⚡️ “İnsanlar sizi itirdikləri uşaqların və evlərin, bədbəxtliklərinin və faciələrinin əsas günahkarı kimi görürlər. Siz böyük ərazi və insan itkilərilə yanaşı, 1994-cü ildə onminlərlə insanın həyatı bahasına qazanılan Qələbənin itirilməsinin əsas məsuliyyətini daşıyırsınız”.
👉 https://azvision.az/news/318586
👍3
🇺🇦🇧🇬Bolqarıstan Parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb

🗣Zelenski:"Mən Bolqarıstan Parlamentinə 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıdığı üçün minnətdaram. Bu addım milyonlarla Qolodomor qurbanının xatirəsini yad edir və tarixi ədaləti bərpa edir. Bolqarıstanın həmrəylik jesti Ukraynada həmişə xatırlanacaq".
4👍4
🇬🇪🇺🇦Volodimir Zelenski: "Bu insan Postsovet məkanına demokratiya, insan azadlığı, rifah ümidi gətirən insandır. Bu insan öz reformları ilə kriminal dairələrin idarə etdiyi bir ölkəni sivil bir ölkəyə çevirən insandır. Bu insan Ukraynanı özündən çox sevən, burada korrupsiyaya qarşı sonuna qədər mübarizə aparan insandır. Bu gün isə o, Putinin cinayətkar rejimi tərəfindən ölümə tərk edilir. Saakaşvili bütün azadlıq sevənlər üçün bir dəyərdir, onu qorumalıyıq, nə qədər gec deyil, biz dərhal hərəkətə keçməliyik. Biz onun etdiklərinə görə yox, onun bir insan olduğu üçün, günahsız olduğu üçün azad edilməsinə nail olmalıyıq. Saakaşvili öz reformları ilə sübut edib ki, postsovet insanı azad yaşamağa, demokratik şəraitdə yaşamağa layiqdir və o bunu bacara bilər. O hər yanda Putinin terrorçu rejiminə qarşı mübarizə apardığı üçün indi bu haldadır!"
14
🇺🇦🇯🇵Yaponiya hökuməti Ukraynanın bərpası üçün 170 milyon ABŞ dolları ayırıb.
👍4
🇮🇷💥İranı başqa hansı “sürpriz”lər gözləyir Ədalət Verdiyevin şərhi
...Hazırda cəmiyyəti düşündürən suallardan biri də İranın ənənəvi düşmənlərindən hər hansı birinin onunla müharibəyə başlaması ehtimalının nə yerdə olmasıdır. Reallıqda İrana qarşı müharibə ehtimalı yüksək deyil. Ən azından ilk mərhələdə hansısa ölkənin birbaşa quru qoşunları ilə İrana hərbi müdaxilə edəcəyini düşünmürəm...
👉https://azvision.az/news/318592
🇦🇿🇮🇱İsrail Moskvanı Bakı ilə əvəzlədiSeymur Məmmədovun şərhi (Video)
...Azərbaycan və İsrail arasında sabit və etibarlı ikitərəfli əlaqələr mövcuddur. Üstəlik, illər keçdikcə əməkdaşlıq çoxşaxəli xarakter alır. Əgər əvvəllər qarşılıqlı dövriyyədə yalnız energetika və hərbi sənaye kompleksi var idisə, bu gün turizm, texnologiya, mədəniyyət sahələrində də ciddi inkişaf gedir. İki ölkənin investorlarının bir-birinə qarşılıqlı marağı artır.
👉https://azvision.az/news/318589
👍3