AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🚜Zimbabvedə rəsmi səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə Prezidenti Emmerson Mnanqaqvaya şəxsi təsərrüfatında istifadəsi üçün traktor hədiyyə edib.

🦁Mnanqaqva isə öz növbəsində Lukaşenkoya heyvanların kralı və Afrikanın ən güclü heyvanlarından biri sayılan şir müqəvvası hədiyyə edib.
🤣5
🇦🇿🇮🇱Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

Danışıq zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
👍3
🇺🇸🇺🇦ABŞ Ukraynaya 150 km mənzilli "GLSDB" (Ground Launched Small Diameter Bomb) raketləri verə bilər.

✔️Bu barədə "Reuters" agentliyi ABŞ rəhbərliyindəki məlumatlı mənbələrə istinadən xəbər verib.

"HİMARS" reaktiv yaylım atəşi sistemindən də atıla bilən raketin ən böyük üstünlüklərindən biri hərəkətdə olan hədəfləri də yüksək dəqiqliklə vura bilməsidir.
👍4
🚨🇮🇷İranın Azərbaycandakı "şeytan"ı Hacı Mətləb həbs edildi

O, Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyat zamanı tutulub.

‼️Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəridir.
👍2
🇮🇷🇦🇲İrəvandan rəsmi etiraf: "İran döyüşlərdə bizə kömək etdi"
‼️...Tehranın sentyabr döyüşlərində İrəvanın tərəfində durduğunu gizlətməyən diplomat İranın bu gün də Ermənistanın mühüm tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, İran və Gürcüstanla olan sərhəd ölkəsi üçün xarici dünyaya açılan nəfəslik sayılır və mühüm əhəmiyyət kəsb edir.
👉https://azvision.az/news/318536
👍2
🇮🇷🇹🇷🇮🇶 İran dəstəkli "Əhrar əl İraq" qruplaşması Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazasını artilleriya qurğuları ilə atəşə tutub.
🤬2
🇦🇿İlham Əliyev: "Azərbaycanın İrandakı səfirliyinin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumun qarşısı alınıb".

Prezident İlham Əliyev vurğuladı ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib".
👍51
📰🇺🇦"ABŞ Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paketi ayıracaq" - "Reuters"

Paketə “Ground Launched Small Diameter Bomb” (Yerdən Atılan Kiçik Diametrli Bomba - GLSDB) yüksəkdəqiqlikli idarə olunan raketlər daxildir. ABŞ-İsveç istehsalı olan bu raketlər HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) raket sistemlərindən buraxılır və onlarla kilometr uzaqlıqdakı hərəkətli hədəfləri vura bilir.

‼️Qeyd edək ki, Rusiya-Ukrayana müharibəsi başlayandan ABŞ Ukraynaya 27,2 milyard dollar yaradım ayırıb.
👍3
🇺🇦🇬🇷Yunanıstan hökuməti Ukraynaya “Leopard 2” tankları verməyəcəyini açıqlayıb

🗣️Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis: “Ukraynaya əhəmiyyətli hərbi dəstək vermişik. Bu dəstək xüsusilə zirehli piyada maşınlarında özünü göstərib. Ancaq “Leopard 2” tanklarını müdafiəmiz üçün tamamilə vacib hesab etdiyimizə görə verməyəcəyik. Biz açıq şəkildə bildirdik ki, Ukraynaya dəstək verməyə hazırıq, lakin bu müdafiə imkanlarımızın zərərinə baş verməməlidir”.
👍1👎1
🛰️“SpaceX” “Starlink” şəbəkəsinin 49 mikropeykini tərkibinə alan “Falcon 9” raket daşıyıcısını uğurla orbitə buraxıb.

Fevralın 2-də daha 53 mikropeykin orbitə çıxarılması planlaşdırılır.

‼️Qeyd edək ki, “Starlink” şəbəkəsi 260 kq ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə internetə çıxış təmin etmək üçün nəzərdə tutulub. “SpaceX”in hesablamalarına görə, ümumilikdə 11 min peykin orbitə çıxarılması və istismara verilməsi 10 milyard dollara başa gələcək.
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪😳Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin son görüntüləri.
😢3
🇹🇷‼️"Türkiyənin İraqdakı Zlikan hərbi bazası raket atəşinə tutulub" - "KİV"

Fevralın 1-i səhər saatlarında hərbi bazaya təxminən 8 raket atılıb. Hazırda İraq təhlükəsizlik qüvvələri raketin buraxıldığı ərazinin axtarışına başlayıb.
🤬3
🇺🇦🚁Ukraynanın erməni əsilli sabiq DİN başçısı Brovarıdakı helikopter qəzası ilə bağlı axtarışa verilib.
👍5
‼️Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar.

🗣️Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina:“Aksiyanın ilk günündən Azərbaycanın Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Dekabrın 12-dən bəri ekofəallar və Azərbaycan QHT-lərinin təmsilçiləri ölkənin Qarabağ bölgəsində yerləşən Laçın-Xankəndi yolunda dinc aksiya keçirir, bu regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismarı və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox”.
👍3
🇹🇷"Finlandiyanın NATO-ya üzvlüyü məsələsində mövqeyimiz müsbətdir, amma İsveç məsələsində mövqeyimiz qətidir. İsveçin NATO-ya üzvlüyünə "hə" deməyəcəyik. Bunu da belə bilin" - Ərdoğan
👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺“AzVision”un çərşənbə axşamı buraxılışında toxunulacaq mövzular:
▪️Göyündən xəbəri olmayan ölkə. İrana endirilən zərbələrin maraqlı və qəribə tərəfləri nələr idi?
▪️Avro aftafalar. İranı təbliğ edənlər niyə heç vaxt səmimi ola bilməzlər?
▪️Terrorçunun dostu. Avropa Ermənistanın İranın qucağına girməsinə nə vaxta qədər sakit yanaşacaq?
Saat 21:30’da Real TV-də
👀Baxmamaq məsləhət deyil!…
2