AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
Qarabağ futbol klubu 3 furbolçunun (Adama Diakabi, Redon Cica və Yassin Benzia) transferinin ardından qapıçı axtarışını davam etdirir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

👉"Üç transferi tamamladıq, amma qapıçı axtarışlarımız davam edir. Müxtəlif variantlar var. Əsas məqsədimiz ən azı mövsümün sonuna kimi qolkiper icarəyə götürməkdir. Hazırda danışıqlar davam edən qapıçılar var, amma hələ ki heç kimlə anlaşmaq mümkün olmayıb. Çalışırıq ki, qapıçı transferini mümkün qədər tez reallaşdıraq. Təklif göndərdiyimiz oyunçular var. Sadəcə olaraq, indidən ad çəkmək düzgün olmaz. Hər hansı qapıçı ilə anlaşacağımız təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

✔️Qapıçı ilə yanaşı bütün mövqelərə axtarışlarımız davam edir. Baş məşqçimiz Qurban Qurbanovun da dəfələrlə açıqladığı kimi hər mövqedə rəqabət bizim üçün önəmlidir. Amma indiki məqamda Konfrans Liqası matçlarını nəzərdə aldıqda qapıçı transferi vacibdir". - Gündüz Abbaszadə bildirib.
👍1
🇦🇿Azərbaycan XİN: “Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq. Təxliyə Bakıdan yola düşəcək təyyarə ilə həyata keçiriləcək".
👍2😢1
🌪️🌊Marmarisdə və İzmirdə leysan yağışlar nəticəsində yolları su basıb, güclü külək isə ağacları aşırır.
👍2
🇦🇿🇹🇷Qars şəhərində Türkiyə, Azərbaycan, Almaniya, İtaliya, Qazaxıstan və İngiltərə hərbçilərinin iştirakı ilə "Qış təlimləri-2023" davam edir.
👍7
🗣️Macarıstan Prezidenti Katalin Novak: “Diplomatik missiyalara və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm. Azərbaycana və bu ölkənin İrandakı səfirliyinə dəhşətli hücum zamanı həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verirəm”.
👍2
🇧🇬Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə dünənki hücumu pisləyir, hər hansı belə hücumu qəbuledilməz hesab edir və dərin narahatlığa səbəb olduğunu düşünür.

Bu barədə özünün “Twitter” səhifəsində Bolqarıstan Prezidenti Rumen Radev yazıb: “Biz Prezident İlham Əliyevin hərtərəfli araşdırmaya çağırışını dəstəkləyirik və həlak olan şəxsin ailəsinə başsağlığı veririk”.
👍1👏1
🇦🇿‼️NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb:

“NATO dünən Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”.
👍2
🇮🇱💥İsraildə daha bir terror aktı

Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb.
👍1
🇦🇿🇮🇱İsrail Prezidenti İsxak Hersoq İlham Əliyevə zəng edib.

O, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib.
👍2
🇦🇿İlham Əliyev: "Səfirliyimizin digər mühafizə əməkdaşı əliyalın şəkildə terrorçunun üzərinə atılıb, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib. Avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşları və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvləri də hədəf alınacaqdı".
👍6💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿❤️İlham Əliyev: "İndi isə azad edilmiş torpaqlarda qurub yaradırıq".
👍4💩1
🇦🇿🇮🇷İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Rəisi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı hadisənin hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Prezident İlham Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.
👍3