AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇮🇹‼️İtaliyanın Barselonadakı Baş konsulluğuna və Berlindəki səfirliyinə qarşı hücumlar olub.

⚡️İtaliyanın Xarici İşlər ötən gecə Barselonadakı Baş konsulluğun binasının naməlum şəxslər tərəfindən hücuma məruz qaldığını, konsulluğun yerləşdiyi binanın pəncərəsinin sındırıldığını bildirib. Həmçinin dünən gecə saatlarında İtaliyanın Berlindəki səfirliyinin əməkdaşının diplomatik nömrə nişanlı avtomobili yandırılıb. Yerli polis qüvvələri tərəfindən lazımi tədbirlər görülüb, hər iki hadisədə xəsarət alan olmayıb.
👍2
📰“The Guardian” nəşrində Azərbaycanının Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddia ilə bağlı məqalə dərc edilib.

📝Məqalədə Azərbaycanın Ermənistanı 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə ətraf mühitə və biomüxtəlifliyə ciddi zərbə vurmasına görə məhkəməyə verdiyi, eyni zamanda, münaqişə dövründə meşələrin qırılması və çirkləndirilməsi də daxil olmaqla ətraf mühitin geniş şəkildə məhv edilməsinə dair sübutları nəzərdən keçirəcək beynəlxalq tribunaldan Ermənistanın təzminat ödəməsi tələb ediləcəyi qeyd olunub.
👍5
🇷🇺🗞️Rusiyanın kütləvi informasiya vasitələri Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı xəbərlərə yer ayırıb

📰47channel.ru”, “Russian.rt.com”, “Вестник кавказа”, “Известия”, “Rambler News”, “Аргументы ифакть”, “RTVI”, “Mосква24” və digər mətbu orqanlarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin hadisə ilə bağlı tviterdəki paylaşımı yer alıb. Hadisə ilə bağlı səfirliyin müşahidə kameralarının videogörüntüləri paylaşılıb. Silahlı hücum nəticəsində səfirliyin mühafizə əməkdaşlarından birinin həlak olduğu, iki nəfərin isə yaralandığı bildirilib.
👍2👏1
🇮🇷Səfirliyimizdə törədilən terrorun sifarişçisi İran rejimidir – Ədalət Verdiyev
...Qətli törədən Yasin Hüseynzadənin İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH ilə əlaqəli olduğu şübhə doğurmur. Y.Hüseynzadənin əsl məqsədi səfirlikdəki bütün əməkdaşları güllələmək olub. Səfirliyin mühafizəsi hücumun qarşısını almaq üçün fəaliyyətə keçməsəydi, yəqin ki, terrorçu bütün səfirlik əməkdaşlarının qətlə yetirəcəkdi.
👉https://azvision.az/news/318126
👍1
🇦🇿İlham Əliyev: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. Hələ ki, sülh əldə edilməyib. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq".
👍2
Mövlud Çavuşoğlu: "İran Azərbaycan səfirliyinə qarşı törədilmiş qanlı terror hadisəsini Azərbaycan tərəfinin iştirakı ilə aydınlaşdırmalıdır. Hadisənin arxasında kim var, kimlər tərəfindən təşkil edilibsə, aydınlaşdırılaraq, məsuliyyətə cəlb edilməlidirlər. Hər zaman dediyimiz kimi, can Azərbaycan heç bir zaman, heç bir yerdə yalnız deyil".
👍2
🇦🇿🇹🇷Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Tehrandakı səfirliyimizə terror hücumu nəticəsində həlak olan Orxan Əsgərovun yas mərasimində iştirak edib.

🗣️Cahit Bağcı: “Hərbi attaşemiz, müşavirlərimiz və diplomatlarımızla birlikdə şəhid qardaşımız Orxan Əsgərov üçün qurulmuş yas çadırında olduq, atası Rızvan Əsgərova, əmisi və yaxınlarına başsağlığı verdik. Türkiyə hər zaman Azərbaycanla bir yerdədir və onun yanındadır”.
👍5
Qarabağ futbol klubu 3 furbolçunun (Adama Diakabi, Redon Cica və Yassin Benzia) transferinin ardından qapıçı axtarışını davam etdirir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

👉"Üç transferi tamamladıq, amma qapıçı axtarışlarımız davam edir. Müxtəlif variantlar var. Əsas məqsədimiz ən azı mövsümün sonuna kimi qolkiper icarəyə götürməkdir. Hazırda danışıqlar davam edən qapıçılar var, amma hələ ki heç kimlə anlaşmaq mümkün olmayıb. Çalışırıq ki, qapıçı transferini mümkün qədər tez reallaşdıraq. Təklif göndərdiyimiz oyunçular var. Sadəcə olaraq, indidən ad çəkmək düzgün olmaz. Hər hansı qapıçı ilə anlaşacağımız təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

✔️Qapıçı ilə yanaşı bütün mövqelərə axtarışlarımız davam edir. Baş məşqçimiz Qurban Qurbanovun da dəfələrlə açıqladığı kimi hər mövqedə rəqabət bizim üçün önəmlidir. Amma indiki məqamda Konfrans Liqası matçlarını nəzərdə aldıqda qapıçı transferi vacibdir". - Gündüz Abbaszadə bildirib.
👍1
🇦🇿Azərbaycan XİN: “Səfirlik əməkdaşları, onların ailə üzvləri və şəhid Orxan Əsgərovun cənazəsinin Azərbaycana gətirilməsi bir yerdə olacaq. Təxliyə Bakıdan yola düşəcək təyyarə ilə həyata keçiriləcək".
👍2😢1
🌪️🌊Marmarisdə və İzmirdə leysan yağışlar nəticəsində yolları su basıb, güclü külək isə ağacları aşırır.
👍2