AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷🗞️Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına Türkiyə ictimaiyyətinin genişmiqyaslı etirazları davam etməkdədir.

📰Milliyet.tv, TrtHaber.com, Haber7.com, Cnnturk.com, Sabah.com, Ntv.com, Ensonhaber.com, Haberglobal.com, Takvim.com, AHaber.com, AA.com, Posta.com, Hürriyet.com, Cümhuriyet.com, Yenisafak.com kimi bir çox informasiya portallarında, televiziya kanallarında hadisə isə bağlı çoxsaylı məlumatlar yer alıb. Azərbaycana qarşı törədilən ağır və qanlı terror aktının baş verməsinə şərait yaradanlar, təşkil edənlər və törədənlər lənətlənib.
👍3
🇦🇿🥀Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Yeni Yasamal qəsəbəsində yas mərasimi keçirilir.

Qeyd edək ki, mərhumun ata evi Gəncədə olsa da, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda - Orxan Əsgərovun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.
😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇳 Hindistanda hərbi təlimlər zamanı 2 ədəd "Su-30" və "Mirage 2000" döyüş təyyarələri toqquşaraq, havada partlayıb.
😁5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Baxmut istiqamətində gedən döyüşlərdən görüntülər.
🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️🛩️Şimşək reys zamanı Türkiyənin "Anadolujet" aviaşirkətinin təyyarəsinə vurub.

Hadisəyə baxmayaraq layner uçuşu uğurla başa çatdıraraq eniş edib.
🤯3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiyanın "Rossiya-1" telekananılda yayımlanan "Vladimir Solovyovla axşam" verilişində keçmiş israilli diplomat, siyasi ekspert Yakov Kedmi ilə verilişin aparıcısı Vladimir Solovyov arasında maraqlı dialoq baş verib.
👍5
AzVision
Rusiyanın "Rossiya-1" telekananılda yayımlanan "Vladimir Solovyovla axşam" verilişində keçmiş israilli diplomat, siyasi ekspert Yakov Kedmi ilə verilişin aparıcısı Vladimir Solovyov arasında maraqlı dialoq baş verib.
Solovyov: Qərb bizə müharibə elan edib...

Kedmi: Heç kəs sizə müharibə elan etməyib!

Solovyov: Bəs tankları elə-belə göndərirlər?!

Kedmi: Sən tanklar barədə danışmaq istəyirsən? Silah çatdırılması barədə danışmaq istəyirsən?
Mən sənə deyim. İsrail-Ərəb müharibələrində Sovet İttifaqı ərəb ölkələrinə - Misirə və Suriyaya nə qədər silah çatdırırdı? Hər batalyonda sizin zabitlər xidmət edirdilər. Onların əməliyyatlarını SSRİ-nin Baş Qərargahı planlayırdı. Biz məgər bunu sizinlə müharibə adlandırırdıq?! Heç vaxt! Çünki bu müharibə Misirlə, Suriya ilə idi. Sovet İttifaqı isə onlara silah verirdi.

Solovyov: Bu sizin mövqeyiniz idi…

Kedmi: Xeyr, bu hamının mövqeyi idi. Həm ABŞ-ın, həm SSRİ-nin, həm də İsrailin. Heç kəs bu müharibədə Sovet İttifaqını görmürdü. Silah çatdırılması müharibədə tərəf olmaq deyil. Bir çox ölkələr digər ölkələrə silah göndərirlər. Bu, müharibədə iştirak demək deyil. Hətta bir ölkədə hərbi məsləhətçilərin olması da müharibədə iştirak sayılmır. Mən müharibədə iştirak edəndə, Misir ordusunun hər batalyonunda Sovet ordusunun zabitləri var idi, amma bu, Sovet ittifaqı ilə müharibə deyildi.

Solovyov: Çünki siz onu elan etməmişdiniz.

Kedmi: Xeyr, çünki heç kəs bu müharibəyə elə baxmırdı. Dünyada heç kəs o müharibəyə İsrail-Sovet müharibəsi kimi baxmırdı. Hətta İsrail pilotları birbaşa Sovet pilotlarına qarşı vuruşanda da, Sovet Hava Hücumundan Müdafiə Qoşunları İsrail pilotlarına qarşı mübarizə aparanda da bu müharibəyə Sovet-İsrail müharibəsi kimi baxılmırdı...
👏12👍2
Media is too big
VIEW IN TELEGRAM
📺"Azvision"da bu axşam:

📃Həftəyə möhürünü vuran faciəyə müxtəlif tərəflərdən yanaşmağa çalışacağıq:
🔹Səfirliyin kameralarına düşən görüntülərin diqqətlə təhlili nəyi göstərir?
🔹İran polisinin verdiyi açıqlama niyə o qədər absurd idi?
🔹Terrorçudan az qala zərərçəkmiş şəxs qismində müsahibə alan İran mediası bunu hansı məqsədlə edirdi?
🔹Azərbaycan səfirliyinə hücum edilən gün Tehranda Qarabağdakı separatçılara dəstək aksiyasının keçirilməsi nə demək idi?
🔹Bu hadisədən sonra İrana və onun ölkəmizdəki nüfuz agentlərinə necə yanaşmalıyıq?

Saat 21:30-da Real TV-də
👀Baxmamaq məsləhət deyil!…
👍1
🇮🇹‼️İtaliyanın Barselonadakı Baş konsulluğuna və Berlindəki səfirliyinə qarşı hücumlar olub.

⚡️İtaliyanın Xarici İşlər ötən gecə Barselonadakı Baş konsulluğun binasının naməlum şəxslər tərəfindən hücuma məruz qaldığını, konsulluğun yerləşdiyi binanın pəncərəsinin sındırıldığını bildirib. Həmçinin dünən gecə saatlarında İtaliyanın Berlindəki səfirliyinin əməkdaşının diplomatik nömrə nişanlı avtomobili yandırılıb. Yerli polis qüvvələri tərəfindən lazımi tədbirlər görülüb, hər iki hadisədə xəsarət alan olmayıb.
👍2