AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿🇮🇷Qoşulmama Hərəkatının Gənclər Təşkilatı səfirliyimizə hücumu pisləyib:

📃“27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub. Hadisə nəticəsində səfirliyin əməkdaşlarından biri həlak olub və iki nəfər yaralanıb.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı silahlı hücumu qətiyyətlə pisləyir, mərhumun ailə üzvlərinə və yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır, hadisənin qərəzsiz və hərtərəfli araşdırılmasına və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırır”.
👍2👏1
🇹🇷🗞️Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktına Türkiyə ictimaiyyətinin genişmiqyaslı etirazları davam etməkdədir.

📰Milliyet.tv, TrtHaber.com, Haber7.com, Cnnturk.com, Sabah.com, Ntv.com, Ensonhaber.com, Haberglobal.com, Takvim.com, AHaber.com, AA.com, Posta.com, Hürriyet.com, Cümhuriyet.com, Yenisafak.com kimi bir çox informasiya portallarında, televiziya kanallarında hadisə isə bağlı çoxsaylı məlumatlar yer alıb. Azərbaycana qarşı törədilən ağır və qanlı terror aktının baş verməsinə şərait yaradanlar, təşkil edənlər və törədənlər lənətlənib.
👍3
🇦🇿🥀Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Yeni Yasamal qəsəbəsində yas mərasimi keçirilir.

Qeyd edək ki, mərhumun ata evi Gəncədə olsa da, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda - Orxan Əsgərovun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.
😢2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇳 Hindistanda hərbi təlimlər zamanı 2 ədəd "Su-30" və "Mirage 2000" döyüş təyyarələri toqquşaraq, havada partlayıb.
😁5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Baxmut istiqamətində gedən döyüşlərdən görüntülər.
🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️🛩️Şimşək reys zamanı Türkiyənin "Anadolujet" aviaşirkətinin təyyarəsinə vurub.

Hadisəyə baxmayaraq layner uçuşu uğurla başa çatdıraraq eniş edib.
🤯3👍1