AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇮🇷🎤İranın "Sahar" telekanalı səfirliyimizə qarşı terror aktı törədən şəxsdən müsahibə alıb.
🤬2
🇮🇷...“Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu. Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi, bəlkə də...”
👉https://azvision.az/news/318171
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın TV kanalları bir-bir rahatlıqla hadisəni törədən şəxsdən müsahibə alırlar
🖕3💩2🤬1
🇦🇿🇬🇧Hikmət Hacıyev Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb.
👍6
🇦🇿🇮🇷Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub.

İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına baş sağlığı diləklərini çatdırıb. İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

Saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.
👍2
🇱🇻Latviya XİN: “Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı veririk”.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İran höküməti şoulara davam edir. Onlar terroristi və ailəsini televiziyaya çıxardıb, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini dedirdirlər.
👉https://azvision.az/news/318176
🤬3
🇲🇽Meksikanın Azərbaycandakı səfirliyi: “Bu gün səhər saatlarında diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olan Azərbaycanın İrandakı səfirliyinin əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.
👍5
🇮🇷🇩🇪Uzun illər İranda fəaliyyət göstərən almaniyalı jurnalist Nataliya Amiri Azərbaycanın Tehrandakı səfirliyinə hücum barədə ilk xəbər verənlərdən biri olub.

📱O, özünün tviter hesabında hadisənin baş verdiyi yerdən videokadrlar yerləşdirib.
👍2
🇺🇸🗣️Amerikalı ekspert Ceyson Brodski özünün tviter səhifəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum barədə məlumat və müşahidə kameralarından videokadrlar yerləşdirib.

✍🏻Şərhlərdə gedən qızğın diskussiyalarda o, guya terrorçunun cinayətin baş verdiyi yerə uşaqlarla birgə gəlməsi barədə əvvəlki məlumatların videokadrlarla ziddiyyət təşkil etməsinə diqqəti çəkib. Digər şərhçilər qatilin İslam İnqilabı Keşikçiləri Korpusuna mənsub olması ehtimalından yazaraq, bu təşkilatı terrorçu təşkilatlar siyahısına daxil etməyə çağırıblar.
👍3
🇦🇿🇵🇱Polşanın Azərbaycandakı Səfirliyi: “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirik. Həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Hücum zamanı yaralananların tezliklə sağalmasını arzulayırıq”.
👍3
🇦🇿🇱🇺Niderland XİN: Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Şəhid olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”
👍3
🇫🇷🇦🇿Fransa Senatının üzvü Natali Qule: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyirəm. Nəticədə bir nəfər həlak olub, bir neçə təhlükəsizlik əməkdaşı yaralanıb. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını diləyirəm”.
👍3
🇮🇶🇦🇿İraq səfirliyi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı başsağlığı verib.
👍3
🇦🇿🇦🇪Birləşmiş Ərəb Əmirliyi XİN: “BƏƏ Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı səfirliyinə qarşı səfirlik əməkdaşlarının ölümü və yaralanması ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir”.

Nazirlik Azərbaycan Respublikası hökumətinə və onun dost xalqına, həmçinin bu ağır cinayətin qurbanının ailəsinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb. Eyni zamanda diplomatik nümayəndəliklərin mühafizəsi ilə bağlı hökumətin üzərinə düşən öhdəliyi də xatırladılıb.
👍3
🇭🇷Xorvatiyanın Azərbaycandakı səfirliyi: “Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”.
👍21
🇦🇷Argentinanın Azərbaycandakı səfirliyi: "Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”
👍32
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇪Radikal siyasətçi Rasmus Paludan Quranı yenidən yandırıb və deyib ki, o, İsveç NATO-ya qəbul olunana qədər təxribat xarakterli hərəkətləri təkrarlamaq niyyətindədir.

Paludan Kopenhagen məscidi qarşısında aksiya keçirib, onu polis qoruyub.
🤬2
🇦🇿📃Türk Dövlətləri Təşkilatının Baş Katibliyi Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:


“Türk Dövlətləri Təşkilatının Baş Katibliyi olaraq 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İrandakı səfirliyinə zorakı silahlı hücumu və bunun nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsini və iki təhlükəsizlik işçisinin yaralanmasını qətiyyətlə pisləyirik. Biz İran hakimiyyətini bu zorakı hücumla bağlı hərtərəfli araşdırma aparmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Bu gün həyatını itirən zabitin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
👍4
📃Bir sıra ölkələrin rəsmi nümayəndələri İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı ölkəmizə başsağlığı veriblər:

🇹🇷Türkiyə prezidenti
🇹🇷Türkiyənin xarici işlər naziri
🇹🇷Türkiyənin vitse-prezidenti
🇹🇷Türkiyənin Azərbaycandakı səfiri
🇹🇷Türkiyə Böyük Millət Məclisinin sədri
🇮🇱 İsrail Xarici İşlər Nazirliyi
🇦🇪BƏƏ Xarici İşlər Nazirliyi
🇰🇬Qırğızıstan Xarici İşlər Nazirliyi
🇬🇪Gürcüstan Xarici İşlər Nazirliyi
🇸🇰Slovakiya Xarici İşlər Nazirliyi
🇱🇺Niderland Xarici İşlər Nazirliyi
🇲🇩Moldova Xarici İşlər Nazirliyi
🇧🇾Belarus Xarici İşlər Nazirliyi
🇱🇻Latviya Xarici İşlər Nazirliyi
🇪🇪Estoniya Xarici İşlər Nazirliyi
🇪🇬Misir Xarici İşlər Nazirliyi
🇰🇿Qazaxıstan Xarici İşlər Nazirliyi
🇯🇵Yaponiyanın Azərbaycandakı səfirliyi
🇸🇦Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi
🇺🇦Ukrayna Xarici İşlər Nazirliyi
👏9
AzVision
📃Bir sıra ölkələrin rəsmi nümayəndələri İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı ölkəmizə başsağlığı veriblər: 🇹🇷Türkiyə prezidenti 🇹🇷Türkiyənin xarici işlər naziri 🇹🇷Türkiyənin vitse-prezidenti 🇹🇷Türkiyənin Azərbaycandakı səfiri 🇹🇷Türkiyə Böyük…
🇺🇦Ukraynanın Azərbaycandakı səfirliyi
🇷🇺Rusiya Federasiyası Xarici İşlər Nazirliyi
🇦🇷Argentinanın Azərbaycandakı səfirliyi
🇮🇶İraqın Azərbaycandakı səfirliyi
🇸🇪İsveçin Azərbaycandakı səfirliyi
🇮🇹İtaliyanın Azərbaycandakı səfirliyi
🇲🇽Meksikanın Azərbaycandakı səfirliyi
🇭🇷Xorvatiyanın Azərbaycandakı səfirliyi
🇱🇹Litvanın Azərbaycandakı səfirliyi
🇫🇷Fransanın Azərbaycandakı səfirliyi
🇵🇱Polşanın Azərbaycandakı səfirliyi
🇺🇸ABŞ-ın Azərbaycandakı səfirliyi
🇦🇫Əfqanıstanın Azərbaycandakı səfirliyi
🇬🇧Böyük Britaniyanın Azərbaycandakı səfirliyi
Türk Dövlətləri Təşkilatının Baş Katibliyi
🇩🇪Almaniyanın Azərbaycandakı səfiriliyi
BMT-nin Azərbaycandakı nümayəndəsi
🇪🇺Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Naziri
👍6