AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇧🇾Belarusun ölkəmizdəki səfirliyi: “Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının həlak olması ilə bağlı başsağlığı veririk, həmçinin xəsarət almış əməkdaşlarının tezliklə sağalmasını arzulayırıq".
👍1
🇦🇿Tehrandakı səfirliyimizdə yalın əllə silahlı terrorçunun qarşısını alan Vasif Tağıyev.
8👏6
🇹🇷Ərdoğan: “Mən Azərbaycan səfirliyinə iyrənc hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm”.
👍7
🗣️Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç: “Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və qurbanlara başsağlığımı bildirirəm”.
👍4
📰"Washingtonpost" polisin "yatması", Brodski isə İranın uşaq yalanından yazdı
...Azərbaycanın İranla həmsərhəd olmasını da xatırladıb. Həmçinin Bakının Tehranla ciddi problemləri yaranıb ki, bu da Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsinin baş verməsinə görədir.
👉https://azvision.az/news/318161
👍1
Səfirliyə hücum edən şəxsin fotosu yayılıb
🤬2👍1
🇱🇹Litvanın Azərbaycandakı səfirliyi: ““Azərbaycanın Tehrandakı səfirliyinə insanların ölümü və yaralanması ilə nəticələnən silahlı hücum xəbərindən sarsıldıq. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı veririk”.
👍2
🇺🇸🇮🇷🇦🇿Amerikalı politoloq: “Əsas qayda budur. İranda səfirliklərə hücumlar rejimin icazəsi olmadan həyata keçirilmir!"
👍2
🇮🇷🎤İranın "Sahar" telekanalı səfirliyimizə qarşı terror aktı törədən şəxsdən müsahibə alıb.
🤬2
🇮🇷...“Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü həyəcan keçirmişəm. Vasifin oradakı yoldaşı güllə yarasından vəfat etdi, buna görə pis olduq. Həm də övladımın o vəziyyətdə olması məni qorxutdu. Səfirliyin binasında işçilərin ailələri də yaşayır, Vasif bu hərəkəti etməsəydi, əlində avtomat olan şəxs onların hamısına zərər verəcəkdi, bəlkə də...”
👉https://azvision.az/news/318171
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın TV kanalları bir-bir rahatlıqla hadisəni törədən şəxsdən müsahibə alırlar
🖕3💩2🤬1
🇦🇿🇬🇧Hikmət Hacıyev Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb.
👍6
🇦🇿🇮🇷Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub.

İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına baş sağlığı diləklərini çatdırıb. İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

Saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.
👍2
🇱🇻Latviya XİN: “Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı veririk”.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İran höküməti şoulara davam edir. Onlar terroristi və ailəsini televiziyaya çıxardıb, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini dedirdirlər.
👉https://azvision.az/news/318176
🤬3
🇲🇽Meksikanın Azərbaycandakı səfirliyi: “Bu gün səhər saatlarında diplomatik nümayəndəliyə hücum nəticəsində həlak olan Azərbaycanın İrandakı səfirliyinin əməkdaşının yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq”.
👍5
🇮🇷🇩🇪Uzun illər İranda fəaliyyət göstərən almaniyalı jurnalist Nataliya Amiri Azərbaycanın Tehrandakı səfirliyinə hücum barədə ilk xəbər verənlərdən biri olub.

📱O, özünün tviter hesabında hadisənin baş verdiyi yerdən videokadrlar yerləşdirib.
👍2
🇺🇸🗣️Amerikalı ekspert Ceyson Brodski özünün tviter səhifəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum barədə məlumat və müşahidə kameralarından videokadrlar yerləşdirib.

✍🏻Şərhlərdə gedən qızğın diskussiyalarda o, guya terrorçunun cinayətin baş verdiyi yerə uşaqlarla birgə gəlməsi barədə əvvəlki məlumatların videokadrlarla ziddiyyət təşkil etməsinə diqqəti çəkib. Digər şərhçilər qatilin İslam İnqilabı Keşikçiləri Korpusuna mənsub olması ehtimalından yazaraq, bu təşkilatı terrorçu təşkilatlar siyahısına daxil etməyə çağırıblar.
👍3
🇦🇿🇵🇱Polşanın Azərbaycandakı Səfirliyi: “Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyirik. Həlak olan mühafizə rəisinin ailəsinə başsağlığı veririk. Hücum zamanı yaralananların tezliklə sağalmasını arzulayırıq”.
👍3
🇦🇿🇱🇺Niderland XİN: Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu pisləyirik. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Şəhid olanın ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik”
👍3
🇫🇷🇦🇿Fransa Senatının üzvü Natali Qule: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumu kəskin şəkildə pisləyirəm. Nəticədə bir nəfər həlak olub, bir neçə təhlükəsizlik əməkdaşı yaralanıb. Mərhum Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını diləyirəm”.
👍3