AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿Mehriban Əliyeva səfirliyə hücumla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!"
6
📸🇦🇿Səfirliyə hücumda şəhid olan Orxanın FOTOLARI
👉https://azvision.az/news/318132
😢4👍2
🇦🇿🇫🇷Fransa səfiri Ann Buayon Azərbaycana başsağlığı verib.
👍4
🏴 Rusiya, Türkiyə, İsrail hökumətləri və ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi olaraq Azərbaycana başsağlığı verib və terror aktını qınayıb.
👍7
🇮🇷 Göz qabağında şeytan | TƏHLİL
// İran əlini birbaşa və açıq şəkildə azərbaycalı qanına batırdı
✔️İranın xəstə diplomatik təfəkküründə səfirliklərə hücumu başqa dövlətlərə siyasi təzyiqin elementi kimi başa düşürlər. Halbuki bu, birmənalı olaraq, açıq-aşkar terrordur.
✔️ Səfirliyə qarşı terror aktını ailə-münaqişə mövzusu ilə əlaqələndirmək bütün dünya ictimaiyyətini ələ salmaqdır. Nəinki diplomatiya, hətta bütövlükdə kriminalın tarixində hələ belə hal olmayıb ki, arvadını qısqanan kişi səfirliyə hücum etsin.
✔️ Əgər Vətən Müharibəsində şəhid olmuş oğullarımızın qanında İranın dolayısı ilə əli vardısa, indi birbaşa əllərini Azərbaycan vətəndaşının qanına buladılar...
👉 https://azvision.az/news/318146
👍7🤬1
🇦🇿🇮🇷 İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
👍1
AzVision pinned a photo
🇦🇿✍🏻🇮🇷Azərbaycanın İrandakı səfiri paylaşım edib
👍5🕊1
📃🇦🇿"Hadisəni İranın xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı sayırıq" - BƏYANAT
"...Dünya azərbaycanlıları baş vermis hadisəni İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı hesab edir, hər bir soydaşımız bu xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyir, diqqəti yayındırmaq üçün yayılan yalan məlumatlara inanmadığını bəyan edir. Baş vermis qanlı olay məntiqə və insanlığa sığmır".
👉https://azvision.az/news/318151
👍4
🇦🇿💬"Bu gün Orxanın ölən xalasının ad günü idi. Xalalarını götürüb qəbir üstünə getmişdik. Oğlum zəng edib, dedi ki, səfirliyə hücum olub, deyəsən Orxan yaralanıb. Sonra televizorda öldüyünü bildik" - terror hücumunda şəhid olan Orxan Əsgərovun dayısı
👉https://azvision.az/news/318153
😢6👍1
‼️GUAM Azərbaycanın İrandakı səfirliyində terror törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edir.
👍1
🇬🇪💬Gürcüstan XİN: “Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”.
👍1
🇸🇰Slovakiya XİN: “Azərbaycanın Tehrandakı səfirliyinə bugünkü silahlı hücumu kəskin şəkildə qınayırıq. Həlak olan əməkdaşın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.
🙏3
🇹🇷🗣️Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayıram. Şəhid qardaşımıza Allah rəhmət eləsin, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Başın sağ olsun, Azərbaycan!”.
👍2
Media is too big
VIEW IN TELEGRAM
🇦🇲İranda "Artsax blokadadan çıxarılmalıdır" şüarı altında qondarma quruma dəstək aksiyası keçirilib.

👉https://azvision.az/mobile/news.php?id=318167&lang=az
🤬7
🇮🇷Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən kənarlaşdırılıb.
🇮🇹İtaliyanın Azərbaycandakı səfirliyi:
“Azərbaycanın İrandakı səfirliyinə bu namərd hücum bizi çox qəzəbləndirib. Həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verir. Yaralıların tezliklə sağalmasını arzulayaraq, təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk”.
👍5
🇮🇷🇦🇿Bu gün Azərbaycanın İrandakı səfirliyinə "Kalaşnikov"la basqın edən terrorçuya hansı cəzanın veriləcəyi maraq doğurur. Həmin terrorçu hansı halda Azərbaycana gətirilə bilər?
👉https://azvision.az/news/318160
👍1
🇦🇿🇪🇬Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanda rəsmi səfərərdədir.
👍3
🇹🇷Binəli Yıldırım Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyib.

“Azərbaycanın Tehran səfirliyinə edilən hücumu qınayıram. Hücumda şəhid olan qardaşımıza Allahdan rəhmət, Can Azərbaycana başsağlığı və yaralılara təcili şəfalar diləyirəm”, – deyə tvitter hesabında yazıb.
👍2
🇦🇿‼️Azərbaycan Səfirliyinə hücum zamanı terrorçu nəzarətçiyə yaxın şərqdə, o cümlədən SEPAH döyüşçüləri tərəfindən tez-tez istifadə olunan "V" işarəsini göstərir.

Beləliklə, hücum edən şəxs iranlı mühafizəçiyə “özününkü” olduğunu göstərib. Sonra isə mühafizəçinin hadisəyə müdaxilə etməsi və ya yardımın dərhal hadisə yerinə çağırılması ilə bağlı heç bir hərəkət etmədiyini müşahidə edirik.
👏7👍1