AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇨🇴Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “AlPress” xəbər portalında Ümummilli Lider Heydər Əliyevdən bəhs edən yazı dərc olunub.

📃Məqalədə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən, habelə 20 Yanvar faciəsindən bəhs edilir.
👍4
🇪🇺Xammal əvəzinə texnologiya
// Avropa öz istehsalını Mərkəzi Asiyaya köçürür
...Avropa İttifaqı sənaye obyektlərinin köçürülməsi və logistika baxımından Mərkəzi Asiyanı özünün ən yaxın gələcək tərəfdaşı kimi görür. Blokada, sanksiyalar, iqtisadiyyatın Asiyaya transferi üçün qlobal tendensiyaların dəyişməsi səbəbindən tədarük zəncirlərinin yenidən qurulması prosesi gedir. Əsas diqqət Çinin “Bir kəmər – bir yol” layihəsinə yönəlib...
👉https://azvision.az/news/318091
👍1
🇦🇿🇮🇷Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücüm olub. Səfirliyin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb.
🤬4
🇮🇷🇦🇿 Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehran Polis İdarəsinin rəisi ilkin məlumatları açıqlayıb:

"Hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. İlkin istintaqda təcavüzkar hücum motivlərini şəxsi və ailə problemləri kimi göstərib."
🤬3💩2
🇷🇺🇦🇿Mariya Zaxarova: “Azərbaycan səfirliyinə növbəti hücum zamanı təhlükəsizlik əməkdaşının həlak olması bizi çox sarsıtdı”
👍1
🇦🇿🇫🇷Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva: “Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırırıq. Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayırıq".
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿😡Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumun görüntüləri
🤬4
💥🇮🇷Səfirliyə hücum edən İran vətəndaşıdır - YENİ DETALLAR
👉https://azvision.az/news/318117
🤬2
Media is too big
VIEW IN TELEGRAM
🗣Səfirlik əməkdaşları İran polisinə hadisənin necə baş verdiyini danışır
👍1
🗣🇺🇸ABŞ Milli Təhlükəsizlik komitəsinin keçmiş üzvü, Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran: "Əsas qayda: İrandakı səfirliklərə hücumlar, rejim istəmədikcə baş vermir".
👏5👍3
🇦🇿🇨🇳Çin və Azərbaycan: Yolumuz birdirŞƏRH (VİDEO)
🗣...Azərbaycan son on ildə cavabdeh ölkə olaraq Çinin təşəbbüsünün həyata keçirilməsini dəstəkləmək üçün çox şey edib. Birincisi, müasir dəmir yolu şəbəkəsi modernləşdirilib və genişlənməkdə davam edir. İkincisi, Xəzər dənizində 15 milyon ton tutumu və 25 milyon ton yükdaşıma perspektivi olan ən böyük ticarət limanı tikilib. Üçüncüsü, Azərbaycan hazırda gəmiqayırma zavodu tikir ki, Xəzərdən yüklərin daşınması üçün gəmilər istehsal edə bilsin. Böyük vəsaitlərin yatırıldığı bütün bu infrastruktur hazırda xüsusilə aktualdır...
👉https://azvision.az/news/318085
👍2
🇷🇺🇦🇿Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk! Daha sonra bu məsələ ilə bağlı ətraflı şərh verəcəyik”, - o deyib.
👍1
🇦🇿🇹🇷Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Azərbaycana başsağlığı verib.
👍1
🇦🇿Prezident İlham Əliyev Tehrandakı Səfirliyimizə edilən hücumu terror hadisəsi adlandırıb.
👍1
Media is too big
VIEW IN TELEGRAM
❗️Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı RƏSMİ AÇIQLAMA
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Tehrandakı Azərbaycan Səfirliyinə edilən silahlı basqından başqa bir video.
👍2😱2
Forwarded from Elçin Əfəndi🇦🇿 (Elçin Əfəndi)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Buyurun. Hadisənin baş vermə anı.
100% planlanmış terrordur.
Deməli, ilkin olaraq terrorçu (SEPAH üzvüdür əminəm, ya da onlara tabe) gəlib səfirliyin avtomobilini vurur. Ardınca da silahla enərək qapıda olan polisə yaxınlaşır. Görünür ki, o polis İran vətəndaşıdır və terrorçu ona atəş açmır. Əcəba niyə? Deməli hədəf azərbaycanlılardır. Ondan sonra terrorçu içəri daxil olur.
Niyə avtomobil vulur? Çünki qapı bağlıdır. Görünür ki, kənardan müşahidə edirmiş və səfirlik əməkdaşları içəri girən kimi avtomobillə gəlir. Avtomobil vurulduğu üçün səfirilik əməkdaşları qapıya gəlir və qapını açarkən əlində silah terrorçu ilə rastlaşırlar. Qalanı da sizə məlumdur.
Hadisənin məsuliyyəti İran siyasi-molla rejiminin üzərindədir!
👍5🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❗️Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə DTX məlumat yayıb.
👉https://azvision.az/news.php?id=318136&lang=az
👍1
🇦🇿🇮🇱 İsrail XİN: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik. Azərbaycan səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib.

Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik".
9
❗️🇦🇿Azərbaycan XİN: "İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik".
👍3
"Traktor" FK Tehrandakı terroru pisləyib: “Qardaş ağrısını qardaş çəkər"
15