AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🚗Arvad ərin maşınını etibarnaməsiz sürə bilərmi?- RƏSMİ CAVAB
👉https://azvision.az/news.php?id=317491&lang=az
👍1
💡💰ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) enerji sektorunun bərpası üçün Ukraynaya 125 milyon dollar əlavə yardım göndərəcək.
👍4
🇺🇦💰Vaşinqtonun Kiyevə verməyi planlaşdırdığı yeni hərbi dəstək paketinin həcmi 2,6 milyard dollar ola bilər.
👍6
🇺🇦🇬🇪Ukrayna Gürcüstan rəhbərliyindən yerli istehsal olan "Didqori" seriyalı zirehli texnikaları istəyir.
👍6
🇫🇷🇺🇦Fransa Ukraynaya “Leclerc” tankları verə bilər

🗣️"Məsələ mürəkkəbdir və hələ də Parisdə qərar qəbul edilməyib. Amma biz bu barədə düşünürük. Görək, Fransa və Almaniya nazirlər kabinetlərinin birgə iclasında nə qərar veriləcək", - Fransa rəsmisi deyib.
👍3
✈️Elektrikli “X-57” buraxılış qurğusu ilə eksperimental təyyarənin ilk uçuşunun 2023-cü ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır

🗣️NASA-nın başçısı Bill Nelson: “Biz təyyarənin üzərində işləyirik. Bu il “X-57”ni havalandıracağıq. O, müasir təyyarələrdən daha səssiz, səmərəli və ekoloji cəhətdən təmiz olacaq”.

‼️Qeyd edək ki, NASA hələ 2016-cı ildə elektrikli təyyarə layihəsi üzərində iş gördüyünü açıqlamışdı. Artıq 2017-ci ildə sınaq uçuşu planlaşdırılıb, ancaq dəfələrlə ertələnib.
👍3
🇺🇦💥ABŞ administrasiyası Ukraynaya cümə günü elan ediləcək növbəti hərbi yardım paketinə bir neçə “Stryker” zirehli döyüş maşını, artilleriya, sursat daxil etmək niyyətindədir. Lakin bu yardıma “Abrams” tanklarını daxil etməyəcək.
👍5
🇷🇺Rusiya rəsmiləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransına dəvət olunmayıb

🗣️“Biz beynəlxalq hüququ pozanlara çıxış üçün platforma vermək istəmirik”, - Münhen təşkilatının sədri bildirib.

‼️Qeyd edək ki, bundan öncə Rusiya tərəfi daha bir mötəbər tədbirə - Davos Dünya İqtisadi Forumuna dəvət olunmamışdı.
👍3
🇺🇦🛩️Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevdədir.

✍️Mişel öz şəxsi "twitter" hesabında yazıb: "Bütün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Kiyevdəyəm. Qoy 2023-cü il qələbə və sülh ili olsun".
👍5
🇪🇪🇺🇦Estoniya Ukraynaya indiyə qədərki ən böyük yardım paketini elan edib

Hökumətin müdafiə naziri Hanno Pevkurun Ukraynaya uzaqdan atəş və tank əleyhinə silahlar, eləcə də ümumilikdə 113 milyon avro dəyərində sursat daxil olmaqla hərbi yardım paketi təqdim etmək təklifini dəstəkləyib.
👍7
4 gün sonra açılan "Səhər" - ARXİV
// Qanlı faciədən sonra nəşr edilən ilk reportaj
🗞...Azərbaycan bütün dünyadan təcrid olunmuş vəziyyətdə idi. Bakıda baş verənlər heç bir mediada yayımlanmırdı. İnsanlar məlumatsız, çaşqınlıq içində idilər. Həmin dövrün məşhur nəşri olan “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükəyə ataraq, 20 Yanvar faciəsindən, şəhidlərin dəfnindən, yürüşdən materiallar hazırlayıb, qəzetin çapına nail olurlar. 25 yanvar, 1990-ci ildə “Səhər" qəzeti 2 milyonluq tiraj ilə çap olunur. Əldən-ələ gəzən qəzet hər kəsin ağrısını-acısını dilə gətirir.
👉https://azvision.az/news/317363
👍7
🚑BQXK-yə məxsus 4 avtomobil Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇶🇴🇲 Bu gün İraqın “Palm Trunk” stadionunda Körfəz Kuboku - 2023 finalında İraqOman arasında keçiriləcək oyundan əvvəl güclü izdiham yaşanıb.

Oyundan əvvəl yaşanan izdihamda 2 nəfərin öldüyü, 80 nəfərdən çox insanın yaralandığı bildirilib.
👍1
🇸🇪🇺🇦İsveç hökuməti Ukraynaya müasir artilleriya qurğuları və zirehli texnika tədarük etməyə hazırlaşır

Baş naziri Ulaf Kristersson deyib ki, Ukraynaya 419 milyon dollarlıq hərbi yardım edəcəklər. Bura 50 piyadaların döyüş maşını “SV90”, 12 özüyeriyən 155 mm çaplı “Archer” haubitsa və tank əleyhinə “NLAW” da daxildir.
👍5💩1
🗣️Türklər dünyaya nə təklif edir – Müsahibə (VİDEO)
- Türk dövlətləri təşkilatının qlobal rolu nədən ibarətdir?
- Gələcəkdə türk dünyası bəşəri inkişafa hansı töhfəni verə bilər?
- Gələcək inkişaf baxımından türk dünyası hansı potensiala malikdir?
- Türk sivilizasiyasının gələcək inkişafı İslam dünyasının tərəqqisinə hansı təkanı verə bilər?
- İndi əksər ekspertlər sivilizasiyaların rəqabəti haqqında danışırlar. Türk dünyasının potensialı bu rəqabətə sinə gərməyə imkan verirmi?
👉https://azvision.az/news/317495
👍4
🇦🇿😢 “Allah eləsin, bu gün ölməyim, ad günümdür...” | 20 yanvar hekayələri
...Çörəyi qoyub dedi:
- Mən kazarmanın yanına gedirəm.
- Nə olub axı?
- Orada yoldaşlarım var.
- Ay bala, ad günündü, əyləş çörəyini ye.
- Yox, getməliyəm.
- Habil, getmə.
- Bu çörək haqqı qayıdacağam,- deyib yeyə bilmədiyi çörəyi bir də əlinə götürüb and içdi...
👉 https://azvision.az/news/317549
😢5
🇦🇿📃Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Sudan, Livan və İraqın qəzet və portallarında 20 Yanvar faciəsi haqqında geniş məqalələr dərc edilib.
👍5
🇦🇿İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib:

Azərbaycanda zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Qərbdə Gürcüstan və Türkiyə, Şərqdə isə Mərkəzi Asiya ilə gözəl münasibətlərimiz var. Qərblə Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq”.
2👍1