AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇫Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra öz qaydalarını tətbiq edən “Taliban” ittiham edilən 9 kişini stadionda yüzlərlə insanın qarşısında cəzalandırıb. Onlar hər birinə 40 yaxın qamçı zərbəsi vurulub.

🗣Deyilənlərə görə, “Taliban” cəzanın tətbiq olunması ilə bağlı stadiona gəlmələri üçün sakinlərə dəvət də göndərib.
🤬3
🇮🇳📃Hindistanın populyar xəbər portallarından olan www.abplive.com-da “Atəşgah” məbədi haqqında geniş məqalə yerləşdirilib

🗞Məqalədə Hindistandan minlərlə kilometr aralıda yerləşən Azərbaycanda əsrlərdir yanan atəşin olduğu məbəddən söz açılıb. Xəzər dənizinin qərb tərəfində müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda hindu ziyarətçilərin maraq göstərdiyi məbədin olması təəccüblüdür. Məbəd o qədər unikaldır ki, ona Atəşgah adı verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə memarlıq qoruğu elan edilən “Atəşgah”ı hər il minlərlə əcnəbi turist və zəvvar, o cümlədən hindistanlılar ziyarət edir. “Atəşgah” məbədi UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilib.
👍1
🇮🇳🇦🇲Hindistanın Ermənistana göndərdiyi səfirlə bağlı maraqlı detal – FOTOLAR
❗️Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş Nilakşi Saha Sinha ilə bağlı maraqlı detal üzə çıxıb. Məlum olub ki, o, əvvəllər rəsmi görüşlərdə fransız dili tərcüməçisi kimi çıxış edib və... Emmanuel Makronu şəxsən tanıyır.
👉 https://azvision.az/news/317490
🤬1
🇲🇾Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzetində Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan və bu istiqamətdə qazandığı beynəlxalq təcrübədən bəhs edən geniş məqalə dərc olunub

📝Müəllif Azərbaycanda idmanın tarixi inkişafına nəzər salaraq, qədim dövrlərə aid mənbələri sadalayıb. Bədən Tərbiyəsi və İdman Akademiyasından söz açıb, bu təhsil müəssisəsinin tarixi inkişafı və beynəlxalq dərəcəli Azərbaycan idmançılarının ərsəyə gəlməsinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Azərbaycanın müstəqil dövlət kimi 1992-ci ildən Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğunu, həmçinin 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını da vurğulayıb.
👍2
AzVision
Photo
🇦🇿🇺🇦Azərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib

"Hörmətli cənab Prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
🥰2
🇺🇦🇩🇪Avropa Parlamentinin üzvləri Almaniya kansleri Olaf Şoltsu Ukraynaya dərhal “Leopard 2” tankları və hava hücumundan müdafiə sistemləri verməyə çağırıb
👍2
🇦🇿Dövlət başçısı: "Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”
👍7
🇦🇿🪧Laçın-Xankəndi yolunda keçirilən aksiya 39 gündür fasiləsiz davam edir.
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😱Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzanın görüntüləri.
😨5
🔥🇦🇲Ermənistanda hərbi hissədə yanğın olub. Hadisə nəticəsində 15 hərbçi ölüb, 7 hərbçi yaralanıb. Onlardan altısı çağırışçı, biri zabitdir. Üçünün vəziyyəti ağırdır.
👏6
📝Azərbaycanda jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək.
👍3
❗️Kredit götürmək istəyənlərin nəzərinə! - Yeni tələblər qoyulacaq
👉https://azvision.az/news.php?id=317505&lang=az
👍1
😱Kəlbəcərdə radon qazının yüksək səviyyəsi aşkarlanıb
📌Radon rəngsiz, iysiz radioaktiv qazdır, əsasən, uranla zəngin olan mədənlərdə, mağaralarda daha çox yayılır, qranit və vulkanik süxurlarda yüksək miqdarda olur və insan səhhəti üçün ciddi təhlükə törədir.
❗️Orqanizmin bu maddə ilə zəhərlənməsi heç bir əlamətlə hiss olunmur, lakin illər sonra...
👉https://azvision.az/news/317518
👍2
🇮🇱🇦🇿İsrail səfiri Şəhidlər xiyabanını ziyarət edib.
👍10
🇦🇿Ombudsman 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
▪️...20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.
👉https://azvision.az/news/317502
👍2
🇷🇺🚛🚙Bu gün Rusiya sülhməramlılarına məxsus 31 avtomobil Laçın yolundan maneəsiz hərəkət edib.
👍3👎2