AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🇺🇦💥Ukraynada helikopter qəzası zamanı 16 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
🇺🇦 Ukraynada baş verən helikopter qəzasında həyatını itirənlər:
• Daxili işlər naziri Denis Monastirski
• DİN birinci müavini Yevgeni Yenin
• Daxili İşlər Nazirliyinin katibi Yura Lubkoviç
👍1😢1
🎞📽Məşhur fotojurnalist Reza Deqati rəsmi instaqram səhifəsində 20 Yanvarla bağlı paylaşım edib.

🎬Paylaşımda fotoqraf və ATV telekanalının birgə hazırladığı “Diqqəti çəkən həqiqət” filmi haqqında məlumat verilib.

Bildirilib ki, tezliklə yayımlanacaq filmdə Reza Deqati Qanlı Yanvar xatirələrini, yaşadığı ağlasığmaz çətinlikləri ilk dəfə olaraq ətraflı şəkildə izləyicilərə çatdıracaq.
👍6
🇺🇦🇱🇻Latviya Ukraynaya “Stinger” zenit-raket kompleksləri, helikopterlər, pulemyotlar və pilotsuz uçuş aparatları (PUA) göndərəcək

Xatırladaq ki, Latviyanın Ukraynaya ayırdığı maliyyə yardımı 314 milyon avrodan çoxdur. Bu, ölkənin ÜDM-nin 0,93%-ni təşkil edir. Bunun təxminən 300 milyon avrosu hərbi təchizat üçün nəzərdə tutulub.
👍2
🇦🇿Prezident İlham Əliyev: "Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım".
👍53💩1
🇷🇺Rusiya 5 ildir məxfi şəkildə hazırladığı silahı istifadəyə verir

“Poseidon doom” torpedası kimi tanınan silah sistemi hələ ilk dəfə 2018-ci ildə ərsəyə gətirilməyə başlanılıb. Məlumata görə, bu raket nüvə başlığı daşıya bilir. Bildirilir ki, KİV-lərdə “Putinin gizli qiyamət silahı” adlandırılan “Poseidon raketləri “Belqorod” nüvə enerjili sualtı qayıqda istifadə olunacaq. Raketlər radioaktiv sunami yarada bilir.
😱2
🇷🇺🇺🇦Kiyevdə rəsmilərin olduğu helikopterin qəzaya uğraması ilə bağlı bəzi iddialar ortaya atılıb.

🗣Bəzi ekspertlər helikopterin Rusiyanın təxribatı nəticəsində qəzaya uğradığını bildirir. Türkiyəli ekspert Abdullah Ağar isə bildirib ki, bu hadisənin arxasında Rusiyanın olması ehtimalı var. Digər ehtimala görə isə helikopter qəzası Ukrayna hakimiyyətindəki parçalanmadan irəli gələ bilir. Ağar qeyd edib ki, Ukrayna hakimiyyətində bəzi fikir ayrılıqları var. Onun sözlərinə görə, ola bilər ki, daxili işlər nazirinə bu fikir ayrılıqları səbəbilə sui-qəsd edilib.
🤔2
🇦🇫Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra öz qaydalarını tətbiq edən “Taliban” ittiham edilən 9 kişini stadionda yüzlərlə insanın qarşısında cəzalandırıb. Onlar hər birinə 40 yaxın qamçı zərbəsi vurulub.

🗣Deyilənlərə görə, “Taliban” cəzanın tətbiq olunması ilə bağlı stadiona gəlmələri üçün sakinlərə dəvət də göndərib.
🤬3
🇮🇳📃Hindistanın populyar xəbər portallarından olan www.abplive.com-da “Atəşgah” məbədi haqqında geniş məqalə yerləşdirilib

🗞Məqalədə Hindistandan minlərlə kilometr aralıda yerləşən Azərbaycanda əsrlərdir yanan atəşin olduğu məbəddən söz açılıb. Xəzər dənizinin qərb tərəfində müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda hindu ziyarətçilərin maraq göstərdiyi məbədin olması təəccüblüdür. Məbəd o qədər unikaldır ki, ona Atəşgah adı verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə memarlıq qoruğu elan edilən “Atəşgah”ı hər il minlərlə əcnəbi turist və zəvvar, o cümlədən hindistanlılar ziyarət edir. “Atəşgah” məbədi UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilib.
👍1
🇮🇳🇦🇲Hindistanın Ermənistana göndərdiyi səfirlə bağlı maraqlı detal – FOTOLAR
❗️Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş Nilakşi Saha Sinha ilə bağlı maraqlı detal üzə çıxıb. Məlum olub ki, o, əvvəllər rəsmi görüşlərdə fransız dili tərcüməçisi kimi çıxış edib və... Emmanuel Makronu şəxsən tanıyır.
👉 https://azvision.az/news/317490
🤬1
🇲🇾Malayziyanın nüfuzlu nəşrlərindən olan “Utusan Malaysia” qəzetində Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlardan və bu istiqamətdə qazandığı beynəlxalq təcrübədən bəhs edən geniş məqalə dərc olunub

📝Müəllif Azərbaycanda idmanın tarixi inkişafına nəzər salaraq, qədim dövrlərə aid mənbələri sadalayıb. Bədən Tərbiyəsi və İdman Akademiyasından söz açıb, bu təhsil müəssisəsinin tarixi inkişafı və beynəlxalq dərəcəli Azərbaycan idmançılarının ərsəyə gəlməsinə verdiyi əvəzsiz töhfələrdən bəhs edib. Azərbaycanın müstəqil dövlət kimi 1992-ci ildən Beynəlxalq Olimpiya Hərəkatına qoşulduğunu, həmçinin 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını da vurğulayıb.
👍2
AzVision
Photo
🇦🇿🇺🇦Azərbaycan Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib

"Hörmətli cənab Prezident.

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
🥰2
🇺🇦🇩🇪Avropa Parlamentinin üzvləri Almaniya kansleri Olaf Şoltsu Ukraynaya dərhal “Leopard 2” tankları və hava hücumundan müdafiə sistemləri verməyə çağırıb
👍2
🇦🇿Dövlət başçısı: "Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Biz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən etdik. Biz, sadəcə, hesab etdik ki, bizim belə imkanımız varsa, bunu etməliyik 1990-cı illərin əvvəllərində elə dönəm var idi ki, ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Yəni, biz kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdıq. Bu ideologiya üstünlük təşkil etsə, dünya daha təhlükəsiz olar”
👍7
🇦🇿🪧Laçın-Xankəndi yolunda keçirilən aksiya 39 gündür fasiləsiz davam edir.
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
😱Bakı-Sumqayıt yolunda baş vermiş dəhşətli qəzanın görüntüləri.
😨5