AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.
😢2
🚑Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 4 minik və bir yük avtomobil geri qayıdıb.

🇦🇿Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿 Heydər Əliyev mərkəzində sərgilənən qeyri-adi Azərbaycan xəritəsi.
👍4
🇨🇦🇺🇦Kanada Ukraynaya 200 "Senator" zirehli maşını göndərəcəyini açıqlayıb.
👍2
🇵🇱🇺🇦Polşa Baş naziri Ukraynaya 14 “Leopard” tankının ayrıldığını təsdiqləyib.
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🤖ABŞ-da xəstəxanada işçi sırasına robotlar da qoşulub.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⛳️PSJ Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının birgə komandası ilə qarşılaşacaq.

🥅Bu matç daha çox Lionel Messi və Kristiano Ronaldonun yenidən üz-üzə gəlməsi baxımından bütün dünyada maraq doğurur.

‼️Qeyd edək ki, qarşılaşma sabah saat 21:00-da baş tutacaq.
👍1🗿1
🇷🇺🚛Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
👍1
‼️🏛️Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkə parlamentində sualları cavablandırarkən rəsmi İrəvanın bir aydır Bakıdan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözləməsinə, Azərbaycan tərəfinin guya danışıqları dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib.
👉https://azvision.az/news/317466
👍1
🇰🇼🇹🇷"Baykar" və Küveyt Müdafiə Nazirliyi arasında "Bayraktar TB2"nin ixracı üçün müqavilə imzalanıb.

"2019-cu ilin iyul ayından davam edən prosesdə Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı müsabiqənin qalibi Türkiyənin "Baykar" şirkəti olub. Beynəlxalq aləmdə özünü doğrultmuş "Bayraktar TB2" üçün Küveyt Müdafiə Nazirliyi ilə 370 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, "Bayraktar TB2" üçün ixrac müqaviləsi imzalanan ölkələrin sayı 28-ə çatıb", - deyə, "Baykar" şirkətindən bildirilib.
👍1
🇦🇲Separatçıların Fransa sevdası - Xankədidən fotoreportaj - FOTOLAR
....Dəhliz böhranı yaranandan Qarabağ erməniləri dünyaya haray-həşir salaraq guya blokadaya düşdüklərini bəyan edirlər.
👉https://azvision.az/news/317448
🤣1
🇺🇦🇷🇺BMT-nin baş katibi Ukraynada müharibənin bitmə vaxtını açıqlayıb
..."Bu müharibə bitəcək. Hamısı bitir. Amma təəssüf ki, yaxın gələcək üçün bu müharibənin sonunu görmürəm. Hazırda iki tərəf arasında sülh danışıqlarının baş tutması şansı görmürəm"...
👉https://azvision.az/news/317449
👍1
🇦🇿🇨🇳Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
👍2
🇦🇿İlham Əliyev: "Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur".
5
🇨🇳🇦🇿Dövlət başçısı: "Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Biz bu səyləri birləşdirməliyik".
👍21
📃🇮🇹İtaliyanın “İl Giorgnale” qəzeti azərbaycanlı ekofəalların etiraz aksiyasından yazıb.

🗞Məqalədə vurğulanır ki, aksiyanın kökündə Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarı, eləcə də 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatdan sonra Ermənistanın bu yoldan piyada əleyhinə minaların, silah-sursatın qanunsuz dövriyyəsini həyata keçirməsi dayanır.
4
🇦🇿Prezident: “Biz yalan vədlərə əsaslanan çox sayda siyasi və ya seçki kampaniyaları görmüşük. Lakin bu, uğura gətirib çıxarmayıb, uğur yalnız müvəqqəti olub. Çünki insanlar hər şeyi çox yaxşı başa düşürlər. Onlar yadda saxlayırlar. Əgər siz vəd verib yerinə yetirməmisinizsə onlar sizi dəstəkləməyəcəklər. Mən hər zaman görülmüş işi nümayiş etdirməyi üstün tuturam və hər zaman planlarımızla bağlı insanlarla məsləhətləşirəm. Mənim Azərbaycan cəmiyyəti ilə çox açıq kommunikasiya kanalım var”.
2
🇦🇿🇰🇬Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarov iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti bir birini təbrik edib.

“Biz dərin tarixi, mədəni və mənəvi köklərlə bağlı olduğumuz qardaş Qırğızıstan ilə dostluq və əməkdaşlıq əlaqələrinə xüsusi əhəmiyyət veririk”, - deyə Azərbaycan başçısı təbrikində qeyd edib.
4