AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺🚛Rusiya sülhməramlılarına məxsus bir minik və 8 yük maşınından ibarət avtomobil karvanı Laçın-Xankəndi yolundan maneəsiz keçib.
👎5👍2
🇹🇷Türkiyənin Qars əyalətində 8 ölkə hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir. Təlim fevralın 2-dək davam edəcək.
10
🇺🇦💥Ukraynada helikopter qəzası zamanı 16 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
😢8
🇺🇦Bu gün bir qrup ukraynalı jurnalist işğaldan azad edilmiş Füzuli şəhərinə səfər edib

Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNİAN informasiya agentliyinin, “Ukraina seyças” və “Tretya sila” internet nəşrlərinin əməkdaşları Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
4👍1
🇦🇿İndoneziyada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan poçt markası buraxılıb
5👍1
🔪🫑Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dünya şöhrətli aşpaz Tomas Quqler Qarabağ hotelində "master-klass" keçib və milli yemək bişirib

👨‍🍳Aşpaz yeni bişirdiyi yeməyə "Şuşalı" adını verib.
“Mən əsasən, Azərbaycan xalqından ilham alıram. Məndən soruşanda ki, “Ustad dərsi necə olsun?” mən dedim stola sadəcə olaraq Azərbaycan biomüxtəlifliyi olan inqredientlərdən qoyarsınız. Mən gəlib burdakı təbiətdən ilham alıb özüm bir resept hazırlayacam. “Gördüyünüz balıq, toyuğun xırçıldayan hissəsi və Azərbaycan meyvələri - ərik, üzüm, bibər və tərəvəzlərdən ibarət "Şuşalı" adında kreativ yemək hazırladıq. Bu mənim üçün sadəcə bir prosesdir. Bu sadəcə bişirmə texnikasından ibarətdir. Modern bir texnikadır və bu normaldır. Mən boşqablarda bir incəsənət əsəri yaradıram. Yeməyin görünüşü və bişirmə texnikası məhsulları qədər vacibdir”, - deyə, Tomas Quqler vurğulayıb.
👍1
🇨🇦🇬🇪Kanadalı jurnalist və gürcüstanlı bloger Xankəndi-Laçın yolundakı aksiyanı işıqlandırmaq üçün toplanış yerinə gedib.
👍1