AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺🚛Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobil Xankəndidən Laçına maneəsiz keçib.
👍2👎2
🌐🗾Davosda keçirilən Dünya İqtisadi Forumunda aparıcı iqtisadçılar 2023-cü ildə qlobal tənəzzül gözlədiklərini bildiriblər.
👍4
🇨🇳Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma qeydə alınıb

📊1961-ci ildə əhalinin sayında azalma Çində kütləvi aclığa görə baş vermişdi. 2022-ci il ərzində bu ölkədə 9,56 milyon insan doğulub, 10,41 milyon dünyasını dəyişib. Beləliklə Çinin əhalisinin sayı 850 min nəfər azalaraq 1 milyard 411 milyona düşüb.
👉https://azvision.az/news/317305
👍3
🇬🇧Böyük Britaniya Ukraynaya “Bulldog” zirehli transportyorları göndərəcək.
👍5
🇦🇿🇮🇱 Hikmət Hacıyev İsrail XİN-in yüksək səviyyəli rəsmilərini qəbul edib
👍5
🇺🇦Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib

İstefa məktubunu “Facebook” səhifəsində paylaşaraq yazıb: “Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv varsa, istefaya getməlisən”.
👍5
📰“Ruslar Ukraynada on minlərlə sənət əsərini, tarixi eksponatları oğurlayır” - “The New York Times"

🖼️“...Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki muzeylərdən on minlərlə eksponat - qədim skif qızılından tutmuş müasir əsərlər mənimsənilib. Məlumata görə, işğalçılar Mariupol, Melitopol və Xersonda, eləcə də digər şəhərlərdə 30-dan çox muzeyi qarət edib və ya tamamilə dağıdıblar. Burada söhbət yalnız rəsmən sənədləşdirilmiş əsərlərdən gedir. Qeyri-rəsmi miqyasda oğurluqlar daha çoxdur. Bu, İkinci Dünya Müharibəsindən sonra ən böyük “sənət oğurluğu” hesab edilir”-, deyə, nəşr yazır.
👉https://azvision.az/news/317354
👍3🤬2
🇵🇱🇺🇦Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 ədəd "T-72" tankı təhvil verib.
👍5
🇷🇺🛍️Rusiya sülhməramlıları Qarabağda 237 ailəyə ərzaq yardımı ediblər.
🖕4👍1
🚀Qırğızıstan Türkiyədən yeni "Anka" PUA-ları alıb

“Anka” zərbə PUA-sının uçuş məsafəsi 250 km-ə qədərdir, 30 saat havada qala və 350 kq-a qədər yük daşıya bilir.
👍7
🇦🇿❗️Minalardan ələnən azad torpaq – FOTOLAR
💥2022-ci ildə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) azad olunmuş torpaqlarda 12313 mina zərərsizləşdirib. Tapılan minaların əksər hissəsi - 8780 ədədi piyada, qalan 4133-ü isə tank əleyhinədir. Bununla bərabər, "təmas xətti" kimi bilinən nəhəng relyefli zonada və ələxüsus, döyüşlərin getdiyi ərazilərdə 14950 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.
👉 https://azvision.az/news/317362
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷📺Fransa mətbuatının sərsəmləmələrinin artıq adət halını aldığı göz önündədir. Bu ölkənin KİV-ləri öz absurd iddiaları ilə hər dəfə bizi daha çox güldürməyi bacarır. Bu dəfə isə estafeti Fransanın ən məşhur dərgilərindən olan “Le Figaro”nun jurnalisti, direktor müavini Jan Kristof Buisson alıb.

🗣️Buisson deyir ki, “Artsax” qədim zamanlardan böyük imperiyaların kəsişməsində yerləşən erməni bölgəsidir və bu bölgə Stalin tərəfindən Azərbaycana verilib.

🥴Görünür, fransızlar da ermənilərlə oturub-duraraq onlarla həmxasiyyət olublar.
🤣7🤬2
🇫🇷🤣 Makronun makaron feyki
// “Euronews”un “Xankəndi dramı” komediya alındı
🥨 Azərbaycan eko-aktivistlərinin Laçın dəhlizindəki fəaliyyətini az qala “total blokada” və “humanitar fəlakət” kimi göstərməyə çalışan separatçı tör-töküntüləri növbəti vizual feyk paylaşıblar. Amma yalan xəbər o dərəcədə tələsik hazırlanıb ki, çəkiliş üçün ikitərəfli rəfin yalnız ön qismi yığışdırılıb, arxa hissəsi isə dolu qalıb...
👉 https://azvision.az/news/317373
😁4👍2