AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿🪧Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 37 gündür ki, davam edir.
9
🇳🇱 2024-cü ildən Hollandiyanın Harlem şəhəri ictimai yerlərdə ətin reklamını qadağan edəcək. Bu, dünyada ilk belə təşəbbüsdür. Belə ki, ət istehsalçıları avtobuslarda, dayancaqlarda və digər ictimai yerlərdə məhsullarını reklam edə bilməyəcəklər.

🥩Layihənin hazırlanmasına cavabdeh olan “GroenLinks” idarə heyətinin üzvü Ziqqi Klazes bildirib ki, biz iqlim böhranının mövcudluğunu qəbul etməyə və insanları onu daha da gücləndirən məhsullar almağa təşviq edə bilmərik.
👍4👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌊❄️Xəzərin Türkmənistan sahili donub
👍5🥰2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷Parisdə Eyfel qülləsi İrandakı etirazçılara dəstək məqsədilə "Qadın, həyat, azadlıq" və "Edamları dayandırın!" yazısı ilə işıqlandırılıb.
👍2
🔍🕵🏻‍♂️ Gələcəkdə törədiləcək cinayətləri bir həftə öncədən proqnozlaşdıran süni intellekt hazırlanıb

🦾Çikaqo Universitetinin mütəxəssisləri zorakılıq və mülkiyyət cinayətləri ilə bağlı ictimai məlumatlardan zaman və coğrafi yer nümunələrini öyrənməklə cinayəti 90 faiz dəqiqliklə proqnozlaşdıran yeni alqoritm hazırlayıblar.
👍3
Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiyanın iki aylıq deyil, azı iki illik müddətə göndərilməsi nəzərdə tutulur.
👍4
🇷🇺🚛Rusiya sülhməramlılarına məxsus daha 8 avtomobil Xankəndidən Laçına maneəsiz keçib.
👍2👎2
🌐🗾Davosda keçirilən Dünya İqtisadi Forumunda aparıcı iqtisadçılar 2023-cü ildə qlobal tənəzzül gözlədiklərini bildiriblər.
👍4
🇨🇳Çində 1961-ci ildən bu yana ilk dəfə əhalinin sayında azalma qeydə alınıb

📊1961-ci ildə əhalinin sayında azalma Çində kütləvi aclığa görə baş vermişdi. 2022-ci il ərzində bu ölkədə 9,56 milyon insan doğulub, 10,41 milyon dünyasını dəyişib. Beləliklə Çinin əhalisinin sayı 850 min nəfər azalaraq 1 milyard 411 milyona düşüb.
👉https://azvision.az/news/317305
👍3
🇬🇧Böyük Britaniya Ukraynaya “Bulldog” zirehli transportyorları göndərəcək.
👍5
🇦🇿🇮🇱 Hikmət Hacıyev İsrail XİN-in yüksək səviyyəli rəsmilərini qəbul edib
👍5
🇺🇦Ukrayna prezident ofisinin müşaviri Aleksey Arestoviç istefa verib

İstefa məktubunu “Facebook” səhifəsində paylaşaraq yazıb: “Sivil davranış nümunəsi göstərmək istəyirəm: prinsipial səhv varsa, istefaya getməlisən”.
👍5
📰“Ruslar Ukraynada on minlərlə sənət əsərini, tarixi eksponatları oğurlayır” - “The New York Times"

🖼️“...Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki muzeylərdən on minlərlə eksponat - qədim skif qızılından tutmuş müasir əsərlər mənimsənilib. Məlumata görə, işğalçılar Mariupol, Melitopol və Xersonda, eləcə də digər şəhərlərdə 30-dan çox muzeyi qarət edib və ya tamamilə dağıdıblar. Burada söhbət yalnız rəsmən sənədləşdirilmiş əsərlərdən gedir. Qeyri-rəsmi miqyasda oğurluqlar daha çoxdur. Bu, İkinci Dünya Müharibəsindən sonra ən böyük “sənət oğurluğu” hesab edilir”-, deyə, nəşr yazır.
👉https://azvision.az/news/317354
👍3🤬2