AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇹İtaliyada “Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri olan Matteo Messina Denaro 30 illik axtarışdan sonra həbs edilib

📰“Forbes” jurnalının məlumatına görə, mafiya lideri dünyanın ən çox axtarılan cinayətkarları siyahısında altıncı yerdə idi.
👍1😁1
🎛️🎚️"Amazon" şirkətinin süni intellekt dəstəkli səsli assistenti "Alexa" artıq ölmüş birinin səsi ilə də danışa biləcək. Bunun üçün lazım olan tək şey isə ölmüş şəxsin 1 dəqiqəlik səsyazmasıdır.
👍21🤯1🤨1
🇯🇵🇮🇳Yaponiya və Hindistan bu gün Tokio yaxınlığında tarixdə ilk dəfə olaraq birgə hərbi təlimlərə başlayıb

Keçirilən təlimlərdə Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd "Su-30MKI" qırıcısı, iki "C-17" nəqliyyat təyyarəsi və bir "İl-78" yanacaq dolduran təyyarə, Yaponiya HHQ-dən isə dörd "F-2" qırıcısı və dörd "F-15" qırıcısı iştirak edir.
👍4
🇸🇪🗣İsveçin Baş naziri Ulf Kristersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib:

İsveçin nə zaman NATO-ya üzv olacağını təxmin etmək doğru olmaz. Amma inanıram ki, tez və ya gec biz NATO-nun üzvü olacağıq. Biz iyunda Madriddə imzaladığımız memoranduma sadiqik və öhdəliklərimizi yerinə yetiririk. Əlbəttə, bu prosesin tez bir zamanda tamamlanmasını istərdik. Ancaq bildiyiniz kimi, alyansa bütün üzvlər bu barədə qərar verməli, ratifikasiya etməlidir. Bu, müttəfiq kimi Türkiyənin də parlamentində müzakirə olunmalıdır və biz Türkiyənin bu hüququna hörmət edirik”.
👍1
🇧🇬Bolqarıstan Ukraynaya "Su-25" qırıcıları verəcəyi barədə xəbəri təkzib edib

Qeyd edək ki, Bloomberg agentliyi Bolqarıstanın 14 ədəd "Su-25" qırıcı təyyarəsini Ukraynaya göndərmək planları barədə yazmışdı.
👍1
🇫🇷🇮🇳Hindistan və Fransa Ərəbistan dənizində birgə hərbi dəniz təlimlərinə başlayıb

Fransanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “Charles De Gaulle”, “Forbin” və “Provence” freqatları və Atlantik sinifli patrul təyyarəsi “Varuna” kod adlı beşgünlük təlimdə iştirak edir. Hindistan manevrlərdə ən son “Çennai” raket esminesi, “Teg” raket freqatı, dəstək gəmisi, "P-8I" sualtı qayıq əleyhinə təyyarə və "MiQ-29" qırıcılarından istifadə edir.
👍5
🇯🇵Kamboca Yaponiyanın texniki dəstəyi ilə ukraynalı minaaxtaranların təlimlərinə başlayıb

“Khmer Times” nəşri yazır: "Kamboca Milli Minatəmizləmə Agentliyinin (CMAC) mütəxəssisləri ölkəyə gələn ukraynalılara ərazilərin minalardan təmizlənməsi, həmçinin partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün ən son texnologiya avadanlıq və alətlərdən istifadə qaydalarını öyrədəcəklər.Kamboca Yaponiyanın texniki dəstəyi ilə ukraynalı minaaxtaranların təlimlərinə başlayıb".
👍3
🇪🇪🏷Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇺🇦Ukrayna hərbçiləri "Patriot" hava hücumundan müdafiə sistemləri üzrə təlimlərdə iştirak etmək məqsədilə ABŞ-a gedib.
👍4
🇺🇦💥Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri Ukraynada 455 uşaq ölüb, 897-si yaralanıb.
😢5😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤖 "AI Stable Diffusion" süni intellekti tərəfindən hazırlanan insan təkamülü videosu:
🤯6
Avropada qazın 1 kubmetri 600 dollardan aşağı düşüb. Lakin Medvedev öncədən iddia edirdi ki, qışda qazın 1 kubmetri 10000 dollaradək bahalaşacaq.

Görünən odur ki, evdəki hesab bazara uymadı.
🤣5👍2
📱🎞️YouTube” öz daxilində serial və filmlərin yayımı üçün media şirkətləri ilə danışıqlara başlayıb.

📽️Kanalda qısa müddətdə seriallardan filmlərə, hətta televiziya proqramlarına qədər bir çox verilişlərin hazırlanması gözlənilir.
👍4
🇦🇿🪧Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 37 gündür ki, davam edir.
9
🇳🇱 2024-cü ildən Hollandiyanın Harlem şəhəri ictimai yerlərdə ətin reklamını qadağan edəcək. Bu, dünyada ilk belə təşəbbüsdür. Belə ki, ət istehsalçıları avtobuslarda, dayancaqlarda və digər ictimai yerlərdə məhsullarını reklam edə bilməyəcəklər.

🥩Layihənin hazırlanmasına cavabdeh olan “GroenLinks” idarə heyətinin üzvü Ziqqi Klazes bildirib ki, biz iqlim böhranının mövcudluğunu qəbul etməyə və insanları onu daha da gücləndirən məhsullar almağa təşviq edə bilmərik.
👍4👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌊❄️Xəzərin Türkmənistan sahili donub
👍5🥰2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷Parisdə Eyfel qülləsi İrandakı etirazçılara dəstək məqsədilə "Qadın, həyat, azadlıq" və "Edamları dayandırın!" yazısı ilə işıqlandırılıb.
👍2
🔍🕵🏻‍♂️ Gələcəkdə törədiləcək cinayətləri bir həftə öncədən proqnozlaşdıran süni intellekt hazırlanıb

🦾Çikaqo Universitetinin mütəxəssisləri zorakılıq və mülkiyyət cinayətləri ilə bağlı ictimai məlumatlardan zaman və coğrafi yer nümunələrini öyrənməklə cinayəti 90 faiz dəqiqliklə proqnozlaşdıran yeni alqoritm hazırlayıblar.
👍3
Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Bu dəfə missiyanın iki aylıq deyil, azı iki illik müddətə göndərilməsi nəzərdə tutulur.
👍4