AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🫣🇫🇷 Notr-fallos kilsəsi: Bricit Makronun arzusu ürəyində qalıb
🕍 ...Bricit Makronun Mədəniyyət Nazirliyinə təqdim etdiyi maket hamını şoka salıb. Əvvəlcə bunun zarafat olduğunu düşünüblər. Çünki maketin zirvəsini ereksiya vəziyyətində olan kişi cinsiyyət orqanı və qızıldan iki ədəd "yumurta" bəzəyirdi. “Mən bu “müasir” baxışa dərhal etirazımı bildirdim. Birinci xanımın sözündən çıxdığıma görə əsla peşman deyiləm”,- mədəniyyət naziri yazır.
👉 https://azvision.az/news/317257
🤣4👍1
🇺🇲 Nyu-Yorkda NATO-nun genişlənməsinə qarşı aksiya keçirilib.

Aksiya iştirakçıları ABŞ büdcəsinin NATO ölkələri üçün deyil, ABŞ vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün olduğunu bildirib.
👍6
🗺️Orta ümumtəhsil məktəbləri üçün çap edilən yeni coğrafi atlasın üz qabığında Azərbaycan ərazisi Rusiya imperiyasının tərkib hissəsi kimi göstərilib.

‼️✍️Maraqlı məqamsa ondan ibarətdir ki, sözügedən atlasın kim tərəfindən hazırlandığı və hansı nəşriyyat tərəfindən çap edildiyi məlum deyil. Lakin atlasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin adı açıq şəkildə qeyd olunub. Bununla yanaşı, nəşrin Bakı Dövlət Unversitetinin “İqtisadi coğrafiya” kafedrası tərəfindən bəyənilib, çapa tövsiyə olunduğu da öz əksini tapıb.
🤬4👍1
🇷🇺🚓Rusiya sülhməramlılarına məxsus avtomobillər dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
👍2
🐕‍🦺 "İt" demə, dəxi o sizin biriniz...
// Kinoloqdan it saxlayanlara məsləhət
🐶 "İti elə böyütməlisən ki, danlamağa, cəzalandırmağa yer qalmasın. İstənilən düzgün hərəkətə görə tərif münasibətinizə ən etibarlı sərmayə olacaq. Köpəyinizi lap kiçik vaxtlarından tərifləməyə başlayın, beləliklə o, hansı davranış xəttinə ehtiyac olduğunu başa düşəcək".
👉 https://azvision.az/news/317275
🤣3
🤖💥Müharibələrdə yeni mərhələ: Robotlar döyüşəcək
...Çox güman ki, vizual olaraq robot bir insana bənzəməyəcək, döyüş meydanında daha çox silahları və güclü özünüməhvetmə vasitələri olan (rus hərbçilərinin əlinə keçməməsi üçün) tırtıl, gəzinti və ya təkərli döyüş platforması görünəcək.
👉https://azvision.az/news/317278
🇮🇱🤖 Divarların arxasındakı insanları və əşyaları aşkarlayan İsrail istehsalı hərbi cihaz

İsrail şirkəti "Camero-Tech" tərəfindən istehsal olunan və divarların arxasını müşahidə edə bilən "XAVER-1000" cihazı ilk dəfə Fransanın paytaxtı Parisdə keçirilən "Eurosatury 2022" sərgisində nümayiş etdirilib

"Camero-Tech" bildirib ki, yeni "XAVER-1000" cihazı ordular, hüquq-mühafizə orqanları, kəşfiyyat bölmələri, axtarış və xilasetmə qrupları üçün vacib sistemdir.
👏2😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇹İtaliyada “Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri olan Matteo Messina Denaro 30 illik axtarışdan sonra həbs edilib

📰“Forbes” jurnalının məlumatına görə, mafiya lideri dünyanın ən çox axtarılan cinayətkarları siyahısında altıncı yerdə idi.
👍1😁1
🎛️🎚️"Amazon" şirkətinin süni intellekt dəstəkli səsli assistenti "Alexa" artıq ölmüş birinin səsi ilə də danışa biləcək. Bunun üçün lazım olan tək şey isə ölmüş şəxsin 1 dəqiqəlik səsyazmasıdır.
👍21🤯1🤨1
🇯🇵🇮🇳Yaponiya və Hindistan bu gün Tokio yaxınlığında tarixdə ilk dəfə olaraq birgə hərbi təlimlərə başlayıb

Keçirilən təlimlərdə Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus dörd "Su-30MKI" qırıcısı, iki "C-17" nəqliyyat təyyarəsi və bir "İl-78" yanacaq dolduran təyyarə, Yaponiya HHQ-dən isə dörd "F-2" qırıcısı və dörd "F-15" qırıcısı iştirak edir.
👍4
🇸🇪🗣İsveçin Baş naziri Ulf Kristersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib:

İsveçin nə zaman NATO-ya üzv olacağını təxmin etmək doğru olmaz. Amma inanıram ki, tez və ya gec biz NATO-nun üzvü olacağıq. Biz iyunda Madriddə imzaladığımız memoranduma sadiqik və öhdəliklərimizi yerinə yetiririk. Əlbəttə, bu prosesin tez bir zamanda tamamlanmasını istərdik. Ancaq bildiyiniz kimi, alyansa bütün üzvlər bu barədə qərar verməli, ratifikasiya etməlidir. Bu, müttəfiq kimi Türkiyənin də parlamentində müzakirə olunmalıdır və biz Türkiyənin bu hüququna hörmət edirik”.
👍1
🇧🇬Bolqarıstan Ukraynaya "Su-25" qırıcıları verəcəyi barədə xəbəri təkzib edib

Qeyd edək ki, Bloomberg agentliyi Bolqarıstanın 14 ədəd "Su-25" qırıcı təyyarəsini Ukraynaya göndərmək planları barədə yazmışdı.
👍1
🇫🇷🇮🇳Hindistan və Fransa Ərəbistan dənizində birgə hərbi dəniz təlimlərinə başlayıb

Fransanın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi “Charles De Gaulle”, “Forbin” və “Provence” freqatları və Atlantik sinifli patrul təyyarəsi “Varuna” kod adlı beşgünlük təlimdə iştirak edir. Hindistan manevrlərdə ən son “Çennai” raket esminesi, “Teg” raket freqatı, dəstək gəmisi, "P-8I" sualtı qayıq əleyhinə təyyarə və "MiQ-29" qırıcılarından istifadə edir.
👍5
🇯🇵Kamboca Yaponiyanın texniki dəstəyi ilə ukraynalı minaaxtaranların təlimlərinə başlayıb

“Khmer Times” nəşri yazır: "Kamboca Milli Minatəmizləmə Agentliyinin (CMAC) mütəxəssisləri ölkəyə gələn ukraynalılara ərazilərin minalardan təmizlənməsi, həmçinin partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün ən son texnologiya avadanlıq və alətlərdən istifadə qaydalarını öyrədəcəklər.Kamboca Yaponiyanın texniki dəstəyi ilə ukraynalı minaaxtaranların təlimlərinə başlayıb".
👍3
🇪🇪🏷Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇺🇦Ukrayna hərbçiləri "Patriot" hava hücumundan müdafiə sistemləri üzrə təlimlərdə iştirak etmək məqsədilə ABŞ-a gedib.
👍4
🇺🇦💥Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri Ukraynada 455 uşaq ölüb, 897-si yaralanıb.
😢5😭1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤖 "AI Stable Diffusion" süni intellekti tərəfindən hazırlanan insan təkamülü videosu:
🤯6
Avropada qazın 1 kubmetri 600 dollardan aşağı düşüb. Lakin Medvedev öncədən iddia edirdi ki, qışda qazın 1 kubmetri 10000 dollaradək bahalaşacaq.

Görünən odur ki, evdəki hesab bazara uymadı.
🤣5👍2