AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺🇺🇦Soledarı tutmaq ruslara nə verəcək – ŞƏRH
// NATO "şərq cinahı"nı niyə gücləndirir?

‼️...Ötən həftə ruslar ağır döyüşlərdən sonra Soledar qəsəbəsini tutduqlarını bildirdilər. Soledar o qədər kiçik bir yaşayış məntəqəsidir ki, hətta döyüş meydanındakı vəziyyəti göstərən operativ xəritələrdə belə nəzərə çarpmır. Bəs nə üçün onun uğrunda bu qədər şiddətli döyüşlər getdi və bəzi məlumatlara görə, hər iki tərəfdən 700-ə yaxın itki var?
👉https://azvision.az/news/317217
😢1
🩺🦠Adı qədər qorxulu deyil: “Kraken” ilə bağlı nələri bilməliyik
...Oktyabrda ABŞ-da peyda olan “Kraken” artıq bütün Avropaya yayılıb, Azərbaycanın qonşu ölkələrində - Rusiyada, Gürcüstanda da qeydə alınıb. Virusun yoluxuculuq qabiliyyəti o qədər yüksəkdir ki, Avropada yoluxanların sayı hər gün iki dəfə artır. Bir otağa “Kraken”ə yoluxmuş insan daxil olsa, oradakıların hamısı mütləq yoluxacaqlar. Amma xoşbəxtlikdən, qorxulu tərəfi elə bununla da yekunlaşır.
👉https://azvision.az/news/317218
👍1
.📺🗺️Kataloniya televiziya kanalı “TV3” yayımladığı xəritədə “Dağlıq Qarabağ”-ı müstəqil formada göstərib.
🤬6👍2💩2🖕1
🕊️📝“Bu il sülh müqaviləsi imzalana bilər”
// Azay Quliyev: “Ermənistan əsas "kozır"larından istifadə etdi”
‼️...Ermənistan özünün havadarlarına güvənərək danışıqları uzatmaq taktikasını seçdi və bununla da, düşdüyü çətin və məğlub durumdan çıxmağa, mövcud reallığı öz xeyrinə az da olsa, dəyişməyə uğursuz cəhdlər etdi. 2022-ci ildə Azərbaycanın əleyhinə bütün vasitələri və arsenalında olan kozırları diasporanı və lobbi qruplarını da cəlb etməklə tam gücü ilə istifadə etdi. Ermənistanın əsas ümidləri və ya "kozır"ları nə idi?
👉https://azvision.az/news/317235
🇦🇿İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edir.
👍4
🇦🇿SOCAR-ın Dneprdə olan yanacaqdoldurma məntəqəsi dağılan binada xilasetmə işləri ilə məşğul olan şəhər xidmətinin əməkdaşlarının sutkanın istənilən vaxtında dincəlmək və pulsuz yeməklə təmin olunmasını həyata keçirir.

Yanvarın 14-də faciə baş verən gündən şəhər xidmətinin əməkdaşları SOCAR-ın humanitar aksiyasından yararlanırlar.

‼️Qeyd edək ki, “SOCAR Energy Ukraine” müharibə başlayandan bəri Ukraynada təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib. Məktəblilərə tibbi dəstlər üçün 1 milyon qrivna (25 min dollar) toplayıb.
👏3
🖥 "Q-day" yaxınlaşır: Bütün parollar çözüləcək
// "Kvant qiyaməti"nə nə qədər qalıb?
‼️...“Kvant Apokalipsisi” internet bankçılıqdan tutmuş, dövlət sirlərinə qədər hər şeyi məhv edə bilər. Faktik olaraq, dünyada sındırıla bilinməyən parol qalmayacaq.
👉https://azvision.az/news/317241
👍1
📸🎞️Vətən Müharibəsində çəkilən ilk kadr
// Hər şey belə başlamışdı...
...Bu, 2020-ci il sentyabrın 27-də Vətən Müharibəmiz başlayan gün media tərəfindən çəkilən ilk fotodur. Onu hadisə yerində olan xüsusi reportyor saat 9:45-də lentə alıb və məxsusən AzVision.az -a təqdim edib
👉https://azvision.az/news/317245
👍3
🫣🇫🇷 Notr-fallos kilsəsi: Bricit Makronun arzusu ürəyində qalıb
🕍 ...Bricit Makronun Mədəniyyət Nazirliyinə təqdim etdiyi maket hamını şoka salıb. Əvvəlcə bunun zarafat olduğunu düşünüblər. Çünki maketin zirvəsini ereksiya vəziyyətində olan kişi cinsiyyət orqanı və qızıldan iki ədəd "yumurta" bəzəyirdi. “Mən bu “müasir” baxışa dərhal etirazımı bildirdim. Birinci xanımın sözündən çıxdığıma görə əsla peşman deyiləm”,- mədəniyyət naziri yazır.
👉 https://azvision.az/news/317257
🤣4👍1
🇺🇲 Nyu-Yorkda NATO-nun genişlənməsinə qarşı aksiya keçirilib.

Aksiya iştirakçıları ABŞ büdcəsinin NATO ölkələri üçün deyil, ABŞ vətəndaşlarının ehtiyaclarını qarşılamaq üçün olduğunu bildirib.
👍6
🗺️Orta ümumtəhsil məktəbləri üçün çap edilən yeni coğrafi atlasın üz qabığında Azərbaycan ərazisi Rusiya imperiyasının tərkib hissəsi kimi göstərilib.

‼️✍️Maraqlı məqamsa ondan ibarətdir ki, sözügedən atlasın kim tərəfindən hazırlandığı və hansı nəşriyyat tərəfindən çap edildiyi məlum deyil. Lakin atlasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin adı açıq şəkildə qeyd olunub. Bununla yanaşı, nəşrin Bakı Dövlət Unversitetinin “İqtisadi coğrafiya” kafedrası tərəfindən bəyənilib, çapa tövsiyə olunduğu da öz əksini tapıb.
🤬4👍1
🇷🇺🚓Rusiya sülhməramlılarına məxsus avtomobillər dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
👍2
🐕‍🦺 "İt" demə, dəxi o sizin biriniz...
// Kinoloqdan it saxlayanlara məsləhət
🐶 "İti elə böyütməlisən ki, danlamağa, cəzalandırmağa yer qalmasın. İstənilən düzgün hərəkətə görə tərif münasibətinizə ən etibarlı sərmayə olacaq. Köpəyinizi lap kiçik vaxtlarından tərifləməyə başlayın, beləliklə o, hansı davranış xəttinə ehtiyac olduğunu başa düşəcək".
👉 https://azvision.az/news/317275
🤣3
🤖💥Müharibələrdə yeni mərhələ: Robotlar döyüşəcək
...Çox güman ki, vizual olaraq robot bir insana bənzəməyəcək, döyüş meydanında daha çox silahları və güclü özünüməhvetmə vasitələri olan (rus hərbçilərinin əlinə keçməməsi üçün) tırtıl, gəzinti və ya təkərli döyüş platforması görünəcək.
👉https://azvision.az/news/317278
🇮🇱🤖 Divarların arxasındakı insanları və əşyaları aşkarlayan İsrail istehsalı hərbi cihaz

İsrail şirkəti "Camero-Tech" tərəfindən istehsal olunan və divarların arxasını müşahidə edə bilən "XAVER-1000" cihazı ilk dəfə Fransanın paytaxtı Parisdə keçirilən "Eurosatury 2022" sərgisində nümayiş etdirilib

"Camero-Tech" bildirib ki, yeni "XAVER-1000" cihazı ordular, hüquq-mühafizə orqanları, kəşfiyyat bölmələri, axtarış və xilasetmə qrupları üçün vacib sistemdir.
👏2😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇹İtaliyada “Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri olan Matteo Messina Denaro 30 illik axtarışdan sonra həbs edilib

📰“Forbes” jurnalının məlumatına görə, mafiya lideri dünyanın ən çox axtarılan cinayətkarları siyahısında altıncı yerdə idi.
👍1😁1
🎛️🎚️"Amazon" şirkətinin süni intellekt dəstəkli səsli assistenti "Alexa" artıq ölmüş birinin səsi ilə də danışa biləcək. Bunun üçün lazım olan tək şey isə ölmüş şəxsin 1 dəqiqəlik səsyazmasıdır.
👍21🤯1🤨1