AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇸🇦 Səudiyyə Ərəbistanı tısbağa şəkilli üzən şəhər tikməyi planlaşdırır. 8 milyard dollara başa gələcək şəhərdə 60 min insan yaşayacaq. Gəmi-şəhər dalğaların və Günəşin enerjisindən istifadə etməklə daim hərəkətdə olacaq. Şəhərdə bütün lazımi infrastruktur - mağazallar, mollar, çimərliklər, klublar və s. yaradılacaq.
Belə şəhərdə yaşamaq istərdinizmi?..
👌5👍3🖕1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇺🇸🇮🇷2002-ci il. İsrailin o vaxtkı (həm də indiki) baş naziri Benyamin Netanyahu CİA əməkdaşlarına İrana necə qalib gəlməklə bağlı tövsiyələr verir:
- Böyük antennalar qurub, “Melrouz Pleys” və “Beverli Hillz”i ora translyasiya edin. Qoy gənclər bunu görsünlər. Onlar buna baxandan sonra o cür qəşəng geyimlər, evlər, hovuzlar, bir sözlə, belə həyat istəyəcəklər...
👍6
🌎💰 Dünyanın ən böyük iqtisadiyyatlarını müqayisə etməyə imkan verən inoqrafika. Göründüyü kimi, dünya iqtisadiyyatının tən yarısı ABŞ, Çin + Yaponiya, Almaniya, Hindistan beşliyinə məxsusdur. Qalan yarısı isə digərlərinə... İkinci beşlikdə Fransa, Britaniya, Kanada, Rusiya və İtaliya gəlirlər.
👍3
🇮🇷🇮🇱İsrailin mümkün hava hücumlarından qorunmaq üçün İran Suriya ərazisində "Bavar-373" HHM sistemləri yerləşdirib. Bundan əlavə, Suriya Ordusuna da yüz milyonlarla dollar dəyərində zenit kompleksləri verilib
AzVision @ "Newsweek"
👍1
🇮🇷🇦🇲 “İran müdaxilə etsə, Qərb Azərbaycanı dəstəkləyəcək” – Erməni politoloq
❗️ “İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinə icazə verməyəcəyi ilə bağlı xəbərdarlıq etsə də, Qərbdən belə açıqlamalar gəlməyib. Əksinə, İranın Qafandakı Baş Konsulluğunun açılışından sonra ABŞ Tehranın Qafqazda sabitliyi pozmağa imkan verməyəcəyini bəyan edib”.
👉 https://azvision.az/news/317188
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇦🇿🇦🇿 Xankəndi yolunda keçirilən aksiya meydanındakı bayrağımız yenisi ilə əvəzlənib.
👍6🥰2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇲🪧Ermənilər yenidən Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının qarşısında aksiya keçirib.
😁7
🩺 "Google"dan tibbi söhbət botu: “Med-PaLM”

"Google"un süni intellektə yönəlmiş törəmə şirkəti olan "DeepMind" yeni bot üzərində işləyir. "Med-PaLM" adlanan bu botun tibbi suallara 92,6 faiz düzgün cavab verdiyi bildirilir.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Ukrayna ordusunun tərkibində döyüşlərə başlayan Turan batalyonunun qırğız komandiri video yayımlayıb: "Yaşasın Turan"
🫡6👍32🥰1
🇫🇷🇩🇪Alman-Fransız çəkişməsi Avropa İttifaqını zəiflədir – ŞƏRH
❗️ ...Məhz bu səbəbdən hələ noyabr ayına nəzərdə tutulan Almaniya-Fransa birgə sammitini indiyə qədər keçirmək mümkün olmayıb. İki ölkə bir-birini eqoist siyasət yürütməkdə, ancaq öz maraqlarını güdməkdə qınayırlar. Şolts həmçinin Makronun Avropa İttifaqı adından Çinə birgə səfər təklifini də rədd edib.
👉 https://azvision.az/news/317200
👍2
🇦🇿🪧Avropa Parlamentinin qarşısında erməni ekoloji terroruna etiraz əlaməti olaraq dinc aksiya keçirilib.
👍5
💔Bir çox böyük dövlətlərin maraqları, məqsədləri, ambisiyalarının nəticəsi olaraq Suriyada, İraqda, Əfqanıstanda, Qarabağda, Ukraynada və s. bölgələrdə münaqişələr, müharibələr nəticəsində milyonlarla uşaqların həyatı alt üst olub... - olmağa da davam edir.
😢5👍1
🇿🇲 Zambiya futbol liqasında oyunun ən yaxşısı seçilən Kennedi Musondaya mükafat kimi 5 list yumurta verilib.
😢4👍3😁1
🇦🇲🗺İtaliyanın "İnter" futbol klubunun rəsmi səhifəsində futbolçu Henrix Mxitaryanın vətəni Ermənistanla tanışlıq videosu paylaşılıb. Videoda Mxitaryan ölkəsinin xəritəsini çəkərkən "Qarabağı"da Ermənistan ərazisi kimi göstərib.
🤬6👍1
Xankəndidən İrəvana gizli yol varmı?
❗️“Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxır. Nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilirlər. İstisna deyil ki, separatçıların rəhbərləri həmin yollarla Xankəndidən İrəvana gedib-gəlirlər..."
👉 https://azvision.az/news/317190
🤨3
🇷🇺🇺🇦Soledarı tutmaq ruslara nə verəcək – ŞƏRH
// NATO "şərq cinahı"nı niyə gücləndirir?

‼️...Ötən həftə ruslar ağır döyüşlərdən sonra Soledar qəsəbəsini tutduqlarını bildirdilər. Soledar o qədər kiçik bir yaşayış məntəqəsidir ki, hətta döyüş meydanındakı vəziyyəti göstərən operativ xəritələrdə belə nəzərə çarpmır. Bəs nə üçün onun uğrunda bu qədər şiddətli döyüşlər getdi və bəzi məlumatlara görə, hər iki tərəfdən 700-ə yaxın itki var?
👉https://azvision.az/news/317217
😢1
🩺🦠Adı qədər qorxulu deyil: “Kraken” ilə bağlı nələri bilməliyik
...Oktyabrda ABŞ-da peyda olan “Kraken” artıq bütün Avropaya yayılıb, Azərbaycanın qonşu ölkələrində - Rusiyada, Gürcüstanda da qeydə alınıb. Virusun yoluxuculuq qabiliyyəti o qədər yüksəkdir ki, Avropada yoluxanların sayı hər gün iki dəfə artır. Bir otağa “Kraken”ə yoluxmuş insan daxil olsa, oradakıların hamısı mütləq yoluxacaqlar. Amma xoşbəxtlikdən, qorxulu tərəfi elə bununla da yekunlaşır.
👉https://azvision.az/news/317218
👍1
.📺🗺️Kataloniya televiziya kanalı “TV3” yayımladığı xəritədə “Dağlıq Qarabağ”-ı müstəqil formada göstərib.
🤬6👍2💩2🖕1