AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🛒🏷Qarabağdakı separatçı rejim yanvarın 20-dən ərzaq məhsullarının satışını talon sisteminə keçirəcək.
👍4🤣2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷Türkiyədə 155 mm çaplı “Arpan-155” özüyeriyən artilleriya qurğularının istehsal prosesi son mərhələyə çatıb.

Atəşə nəzarət sistemi ASELSAN şirkəti tərəfindən hazırlanmış “Arpan-155” oxşar atəş gücünə malik sistemlərlə müqayisədə yüksək strateji, əməliyyat və taktiki mobillik təklif edir, həmçinin aşağı ilkin alış dəyəri və aşağı istismar, texniki xidmət xərcləri ilə üstünlüklər təmin edir.
👍11
🔥🇵🇰Pakistanda insanlar tarlada üst səthə çıxan təbii qazı torbalarla evlərinə daşıyırlar.
😨6🔥1
🇺🇦Ukrayna əsgərinin jiletinin üzərində yazılmış sözlər: "Allahım, əgər cavan ölsəm məni cənnətinə apar, çünki artıq cəhənnəmi gördüm".
😢11👍3
🚁🇷🇺Rusiya Silahlı Qüvvələrinə modernləşdirilmiş "Ka-52M" hücum helikopterlərinin ilk partiyası təhvil verilib

İlk partiyada 10 helikopter olub. Helikopterlərin modernləşdirilməsi prosesinin 2023-cü ildə də davam edəcəyi gözlənilir. Həmin helikopterlərdən Ukrayna müharibəsində fəal istifadə olunur.
😐2👍1🤮1
🇷🇺Rusiyanın yüngül silah istehsalçısı olan “Kalaşnikov” şirkəti Ukrayna müahribəsindən əldə edilən təcrübə ilə Rusiya ordusu üçün hazırladığı AK-12 avtomatını yeniləyib.

Rusiyanın Ukraynaya hücumunda istifadə etdiyi AK-12 silahlarında böyük problemləri var idi. Bu problemlər əsasən istehsalın keyfiyyəti ilə bağlı idi. Silah döyüş meydanından gələn rəylər əsasında kosmetik cəhətdən təkmilləşdirildi, lakin silahın lüləsi, tətiyi dəyişməz qaldı.
😐2👍1
🇺🇦🇷🇺🇺🇸ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanın hava hücumuna qarşı mübarizə üçün Ukraynaya verilmiş “Patriot” qurğularının texniki xidmətinə “Raytheon Technologies” şirkətini cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, sözgedən şirkət məsləhət, planlaşdırma, tətbiq və təmir işlərini həyata keçirəcək.
👏6
🇺🇦🇩🇪Almaniya Ukraynaya hərbi yardım (4 minatəmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil, 120 mobil istilik sistemi) göndərib.

Yaxın vaxtlarda Ukraynaya daha 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır.
👍5
🇫🇷🇮🇳2023-cü ilin mart ayında Fransa ilə Hindistan arasında “Rafale-M” döyüş təyyarələrinin alınması üçün müqavilə imzalanacaq

İki ölkə arasında rəsmi müqavilənin Fransa prezidenti Emmanuel Makronun 2023-cü ilin mart ayında Hindistana səfəri zamanı imzalanması gözlənilir.
👍2
AzVision
🚨🇺🇦Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.
🇺🇦💥🇷🇺Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 9 nəfər ölüb, onlarla yaralı var.
😢5👍2
🇦🇿🪧Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz beş gündür davam edir. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
10👍1
🚑Səhər saatlarında aksiya ərazisindən sərbəst keçməklə Xankəndidən Laçın istiqamətində hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus beş avtomobil geri qayıdıb.
👍5