AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇫🇷🇺🇸ABŞ-nin Avropa kiberməkanında artan iştirakı Fransa hərbçilərini narahat edən məsələdir.

📰“Le Monde” qəzeti yazır: "Fransanın kibermüdafiə komandanlığının rəhbəri, general Emerik Bonmezonun sözlərinə görə, ABŞ hərbi kibertəhlükəsizlik üzrə mütəxəssis qruplarının Avropada Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlamasından sonra “Rusiyanın mümkün müdaxiləsini izləmək” məqsədilə həyata keçirdiyi texniki dəstək əməliyyatları narahatlıq doğurur".
👍2
🗣🇺🇦Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak: “Soledar şəhərində çox ağır və qanlı döyüşlər gedir. Şəhəri ruslar ələ keçirməyib. Heç kəsin nəzarəti altında deyil. Təəssüf ki, heç Ukrayna da tam şəkildə nəzarət etmir. Orada təmas döyüşləri gedir. Mahiyyət etibarilə şəhər qalmayıb”

Xatırladaq ki, daha öncə Rusiya şəhəri tam ələ keçirdiyini açıqlasa da, Ukrayna Ordusu bunu təkzib edib.
5
🇺🇸🇯🇵Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ Prezidenti Cozef Baydenə Tokionun ABŞ-nin “Tomahawk” qanadlı raketlərini almaq niyyətini çatdırıb

Güman edilir ki, bu raketlər Yaponiya Özünümüdafiə Qüvvələrinin düşmən bazalarına cavab zərbələri endirmək qabiliyyətini artırmaq proqramının bir hissəsi olmalıdır.
👍4
🇺🇸🇯🇵ABŞ və Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək və Ukraynaya əlavə dəstək vermək niyyətindədir

İki ölkənin birgə bəyanatında qeyd edilib: "Biz birmənalı şəkildə bəyan edirik ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi heç bir şəkildə bəraət qazana bilməyən bəşəriyyətə qarşı düşmənçilik aktı olacaq”.
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📺 "AzVision"un bugünkü buraxılışında toxunulan mövzular:
▪️ Fransız deputatların ermənilərə dəstəyi niyə artıq heç bir əhəmiyyət daşımır?!
▪️ Parislə Berlinin rəqabəti Avropa Birliyinin gələcəyinə təhlükə yaradırmı?
▪️ Soledarı tutmaq ruslar üçün niyə vacib idi və sonrakı addım nə olacaq?
▪️ Adı qorxuludur, özü yox: Dünya koronavirusun “Kraken” subvariantından nə gözləyir.
🕰 Bu axşam 21.00-da Real TV-də.
👀 Baxmamaq məsləhət deyil.
3👍2
🇦🇿🇫🇷Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini Prezident Emmanuel Makrona təqdim edib.
👍5
📄Krımın Baxçasaray bölgəsində türk dilində yazılmış vərəqələr peyda olub

Vərəqələrdə Krım tatarları döyüşməməyə və Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün səfərbər olunduqları təqdirdə dərhal təslim olmağa çağırılır. Həmçinin USQ ilə birlikdə Krımın azad edilməsi uğrunda döyüşməyə çağırışlar yer alıb.
👍5
🇸🇦🇫🇷Fransa PSJ-si ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu arasında keçiriləcək oyununun biletləri bir neçə dəqiqə ərzində satılıb

Qeyd edək ki, matç yanvarın 19-da paytaxt Ər-Riyadda oynanılacaq.
👍5
🇹🇷🇮🇷🇷🇺Rusiya, İran və Türkiyə nümayəndələri arasında taxılın dünya üzrə ədalətli paylanması üçün həll yollarını araşdırmaq və mövcud maneələri aradan qaldırmaq məqsədilə Moskvada görüş və konfrans keçiriləcək.

3 ölkə ərzaq böhranının qarşısını almaq üçün bir-biri ilə əməkdaşlıq edəcək.
👏4👍1
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺☪️ Çeçenistanda "İmam batalyonu" yaradılıb.

İki həftə sonra Çeçenistanın baş müftisi Salah Mejiyev və komandası dini fəaliyyətlə məşğul olmaqdöyüşlərdə iştirak etmək üçün Ukraynaya yollanacaq.
😐5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺🇺🇦Ukrayna tərəfi bu videonu yayaraq Soledar şəhərinin Qərb hissəsinə hələ də onların nəzarət etdiyini bildirib və rusların şəhəri tam tutmasını təkzib edib.
👍5
📰"The Times" nəşri yazır: "Rusiya 500 min insanı səfərbər etməyə hazırlaşır

Qərb kəşfiyyatının məlumatları göstərir ki, bir neçə həftə ərzində Putin yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır. Bu halda aprel ayına qədər yeni səfərbər olunanlar hazırlanıb cəbhəyə göndərilə bilər. Kiyev isə buna qədər Qərbi bir araya gətirməyə çalışır. Tərəfdaş ölkələr müharibənin gedişində ilk dəfə olaraq Ukraynaya tank göndərəcəklər".
👍5👎1🤬1
🇬🇧Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli: "Böyük Britaniya İran Baş prokuroruna sanksiya tətbiq edib. Bu gün ona sanksiya tətbiq edilməsi Əlirza Əkbərinin edamından qəzəblənməyimizi göstərir. İranın ölüm hökmündən istifadə etməsinin mərkəzində Baş Prokuror dayanır. Biz İran rejiminin insan haqlarının dəhşətli pozuntularına görə cavab verməsini tələb edirik"
👍3
🚨🇺🇦Ukraynanın hər yerində hava xəbərdarlığı elan edilib.
👍2😢1
🇮🇶🇹🇷🇮🇷İraq İran və Türkiyə ilə sərhəddə daxili qoşunların 6000-dən çox hərbçisini yerləşdirib.
🤬4👍1
🇮🇷🇬🇧Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Ona İran İslam Respublikasının ölkənin milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.
👍5
🇬🇧🇺🇦Britaniya Ukraynaya “Challenger 2” tankları tədarük etmək niyyətindədir.
👍7
🛒🏷Qarabağdakı separatçı rejim yanvarın 20-dən ərzaq məhsullarının satışını talon sisteminə keçirəcək.
👍4🤣2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷Türkiyədə 155 mm çaplı “Arpan-155” özüyeriyən artilleriya qurğularının istehsal prosesi son mərhələyə çatıb.

Atəşə nəzarət sistemi ASELSAN şirkəti tərəfindən hazırlanmış “Arpan-155” oxşar atəş gücünə malik sistemlərlə müqayisədə yüksək strateji, əməliyyat və taktiki mobillik təklif edir, həmçinin aşağı ilkin alış dəyəri və aşağı istismar, texniki xidmət xərcləri ilə üstünlüklər təmin edir.
👍11