AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇿🪧Xarici jurnalistlər Xankəndi-Laçın yolunda keçirilən aksiya yerinə gediblər.
👍4🔥1🏆1
AzVision
🇸🇪 İsveçdə PKK terror təşkilatının sərsəm dəstəkçiləri Stokholm şəhərinin meriya binasının qarşısında Ərdoğanın maketini ayağından asaraq, edamla təhdid ediblər. İsveç polisi aksiyaya müdaxilə etməyib. Bu səbəbdən Türkiyə XİN İsveçə nota verib.
🇸🇪🇹🇷 İsveçin NATO-ya üzv qəbul olması prosesi yenidən bloklanacaq.

"İsveç PKK-ya təslim oldu. Bir də heç vaxt Türkiyə dövlət rəsmilərindən həmsöhbət tapa bilməyəcəksiniz" - prezidentin müşaviri Ayhan Oğan bildirib.
👍6
🇲🇫🇺🇦Fransanın müdafiə naziri Sebastyen Lekornyu: "Fransa iki ay ərzində Ukraynaya "AMX 10-RC" tanklarını tədarük etməyə hazırlaşır".
👍1
🇫🇮🇺🇦Finlandiya Ukraynaya 160 milyon avroluq hərbi yardım göndərib
‼️Finlandiya hakimiyyəti yeni hərbi paketə hansı silah-sursatların daxil olduğunu açıqlanmamasını xahiş edib.
👍1
📢🇷🇺Rusiya Müdafiə Nazirliyi: “Yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən ələ keçirilib”.
👉https://azvision.az/news/317053
💩5👏1
🇲🇫🇦🇲İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının Prezidenti Yael Braun-Pivet Ermənistan Parlamentinin spikeri Alen Simonyanla birgə keçirdiyi məbuat konfransında : "Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq normalarına uyğundur".
👍1
AzVision
🇲🇫🇦🇲İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının Prezidenti Yael Braun-Pivet Ermənistan Parlamentinin spikeri Alen Simonyanla birgə keçirdiyi məbuat konfransında : "Fransa Qarabağın müstəqilliyini tanımır və bu, bizim sadiq olduğumuz beynəlxalq hüquq…
🇲🇫🗣️Fransa Milli Assambleyasının prezidenti Yael Braun-Pivet Azərbaycana hər hansı sanksiyanın tətbiqi ilə bağlı sualı cavablandırarkən: “Ən başlıcası, dialoqun bərpası və sülh yolu ilə həlldir, bütün səylərimiz buna yönəlib. Bu gün biz hesab edirik ki, mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə, bununla bağlı hər şeyi sınamamışıqsa, başqa tədbirləri tətbiq etmək yersizdir. Enerjimiz 100 faiz bu istiqamətdə yönəlib”
👍1
🕌 İran bu kadrlara diqqətlə baxsın: Ermənilərin murdarladığı daha bir məscid – FOTOLAR
🇦🇿
Füzulinin Qarğabazarı kəndinin təpəlik hissəsində yerləşən bu balaca memarlıq abidəsi xalq arasında “Şah Abbas məsçidi” kimi tanınır. Məscid 1683-1684-cü illərdə Hacı Qiyasəddin tərəfindən tikilib. İşğal dövründə ermənilər məsçidi donuz və mal-qara saxlamaq üçün tövləyə çevirərək, təkcə bizim yox, bütün dünya müsəlmanlarının müqəddəs hisslərini təhqir ediblər.
👉 https://azvision.az/news/317055
🤬3
AzVision pinned a photo
AzVision
📢🇷🇺Rusiya Müdafiə Nazirliyi: “Yanvarın 12-də axşam saatlarında Soledar şəhəri Rusiya qoşunları tərəfindən ələ keçirilib”. 👉https://azvision.az/news/317053
🇺🇦🗣️Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Rusiya Müdafiə Nazirliyinin Soledar qəsəbəsinin ələ keçirilməsi ilə bağlı iddialarını təkzib edib: “Amma ərazidə durum ağırdır. “Vaqner” muzdlu hərbi təşkilatının döyüşçüləri Soledarda ciddi itki veriblər”.

O.Reznikov vurğulayıb ki, “Vaqner”çilərin rəhbəri Yevgeni Priqojin muzdlularının Rusiya ordusundan daha effektiv olduğunu göstərməyə çalışır: “Priqojini ancaq pul maraqlandırır. Buna görə də onun yaraqlıları inadla Avropanın ən böyük duz mədənlərinin yerləşdiyi Soledarı ələ keçirməyə çalışırlar”.
👉https://azvision.az/news/317060
👍4😁1
🇧🇬🇨🇿Bolqarıstan Hərbi Hava Qüvvələrinin inventarında olan 2 Çexiya istehsalı olan "L-39ZA" təlim təyyarəsi modernləşdiriləcək.
👍1
🇪🇺🇮🇷Avropa İtifaqına üzv dövlətlər İran İnqilab Keşikçiləri Qvardiyasını (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil edilməsi məsələsini nəzərdən keçirir.
👍2
🇦🇲🇷🇺🇮🇳Ermənistan Rusiyadan aldığı "Su-30" qırıcılarının modernizasiyası və pilotların hazırlanması üçün Hindistandan kömək istəyib.
👍1
🇵🇱🇫🇮Almaniya hökuməti Polşa və Finlandiyadan Ukraynaya "Leopard" döyüş tankının tədarükü ilə bağlı rəsmi müraciət almayıb

🇩🇪Almaniya hökumətinin sözçüsü deyib ki, Polşanın Almaniyanın icazəsi olmadan "Leopard" tankını Ukraynaya təhvil verəcəyi şübhə doğurmur, lakin bu, təkrar ixrac qaydalarını pozur.
👍3
🇹🇷🚁TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi AŞ) şirkəti tərəfindən istehsal edilən ilk "T-70" tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təslim edilib.
5👍1
🇦🇿Xocavənddə partlayış olub, ölən var
👉https://azvision.az/news/317066
😢2
🇺🇦🗣️Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak: “Vəziyyət çətin, hətta deyərdim çox çətindir, hazırda Baxmut və Soledarda baş verənlər 21-ci əsrin Verden döyüşüdür. Aylardır şiddətli döyüşlər gedir, lakin əsgərlərimiz öz mövqelərini qoruyub saxlaya bilirlər. Ruslar cinayətkarları həbsdən azad edib, müharibəyə göndərir və onlar cəbhə xəttinə çatan kimi ölürlər. Onların meyitləri yerdə qalıb, hətta bu meyitləri yığmırlar. Rusiya tərəfində çoxlu insan itkisi var, bizdən qat-qat yüksəkdir. Biz açıq şəkildə əsgərlərimizin həyatına daha çox dəyər veririk. Ancaq qarşımızda dayanmadan hücum edən bir insan kütləsi var.

‼️Soledarda küçə döyüşləri gedir, heç bir tərəf şəhərə nəzarət etmir. Orada ruslar var, amma nəzarət etmirlər. Vəziyyət çətindir, lakin bizim bu müharibədə məqsədimiz dəyişmir, bu, öz ərazilərimizi azad etmək, Ukraynanın ərazi bütövlüyünü tam bərpa etməkdir”.
7👍1
🏴‍☠️ Pəhləvi sülaləsinin nümayəndələrinin ardınca Qacar ​​və Əfşar nəslindən olanlar bəyan edirlər ki, İran hökuməti onların nəzarətində olmalıdır!

Onlar İran İslam Respublikası devriləcəyi təqdirdə hökuməti ələ keçirəcək yeni müxalifət qrupları yaradıblar!
👍5