AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇹🇷İstanbulda Ərdoğanın muzeyinin açılması planlaşdırılır.
👍4
🇦🇿Kimsəsiz dəfn edilən şəhidin anası tapıldı
...Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır.
👉https://azvision.az/news/316971
👍2
🇲🇩🇩🇪Almaniya Moldovaya 19 ədəd “Piranha” pulemyotsuz zirehli transportyor bağışlayıb. Texnika pulsuz olaraq ölkəyə göndərilib və Moldova tərəfi həmin zirehli texnikanın üzərinə pulemyot quraşdıracaq.
👍1
🇩🇪🇺🇦Almaniya Ukraynaya 40 ədəd "Marder" piyada döyüş maşınları (PDM) göndərməyi planlaşdırır.
👍1
🇫🇮Finlandiya Prezidenti Sauli Niinistö Ukraynaya "Leopard" tanklarının tədarükü barədə danışıb

🗣Dövlət başçısı bildirib ki, əgər tankların tədarükü ilə bağlı Avropa ölkələri tərəfindən hər hansı koalisiya, təşəbbüs yaradılarsa, o zaman Finlandiyanın da bu təşəbbüsə töhfə verməsi lazım olacaq, ancaq hərbi texnika müəyyən şərtlərlə Ukraynaya verilə bilər. Tədarük olunacaq "tankların sayı çox ola bilməz, çünki Finlandiya Rusiyanın sərhəd qonşusudur və hələ NATO üzvü deyil".
👍1
🗣🇦🇲Erməni politoloq Yervand Bozoyan: “Eyni gündə həm İlham Əliyevin həm də Paşinyanın mətbuat konfransı keçirməsi simvolik idi. Belə bir təəssürat yarandı ki, onların mətbuat konfranslarını koordinasiya edən ümumi koordinatorları var. Amma ən maraqlısı o idi ki, bütün mənalarda, o cümlədən Ermənistanın gələcək taleyi ilə bağlı İlham Əliyevin mesajları Paşinyanın bəyanatları ilə ziddiyyət təşkil etmirdi.

Laçın yolunun bir aydan artıqdır bağlanmasına gəlincə, hazırkı vəziyyətə Nikol Paşinyanın davranışı səbəb olub. Bəlkə də belə olmasını istəmirdi, amma belə alındı, çünki savadsız küçə adamları hakimiyyətə gələndə belə olur. Erməni xalqı bilməlidir ki, öz qərarının bədəlini ödəyir”.
👍3
"Soledarda ağır döyüşlər davam edir, düşmən böyük itki verir". - Şərqi Qüvvələr Qrupunun sözçüsü Sergey Çerevatı.
👍3
🇺🇦🇦🇿Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin paytaxtı Ankarada Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə görüşüb.

Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. S.Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib.
👍3
🇬🇪💥Dostluq bitdi? Gürcüstan Ukraynanın “Buk” sistemini niyə geri qaytarmaq istəmir?
..."Böyük biabırçılıqdır ki, Gürcüstan hakimiyyəti Ukraynanın ən çox ehtiyac duyduğu vaxtda bu ölkənin "Buk" sistemlərini qaytarmaqdan imtina edib. 2008-ci ildə biz həmin "Buk"lar sayəsində Rusiyanın 14 təyyarəsini, o cümlədən, “TU-22” strateji bombardmançı təyyarəsini vurduq"...
👉https://azvision.az/news/316979
👍1
📺“TRT World” telekanalı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı reportaj hazırlayıb

🎤Telekanalın mitinq yerində olan müxbiri xəbər verir ki, aksiya iştirakçıları pankartlar tutaraq və şüarlar səsləndirərək, Azərbaycanın azad edilmiş ərazilərində təbiəti qorumağa, yataqların ətraf mühitə ziyanlı və qanunsuz istismarına son qoymağa çağırırlar.

🗣Müxbir vurğulayıb ki, aksiyaya baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının avtomobilləri Laçın yolu ilə dəfələrlə maneəsiz hərəkət edib.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📽🎞Gənclər və İdman Nazirliyi “Heydər Əliyev İli” ilə bağlı videoçarx hazırlayıb
👍2
🇺🇳BMT Baş katibi Antonio Quterreşin vasitəçiliyi ilə Ukrayna sülh sammitinin fevralın 24-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilməsi planlaşdırılır

🇺🇦Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Rusiyanın bu zirvə toplantısında iştirak etməyəcəyi ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib:“Sülhü sevməyən bir ölkəni sülh konfransına necə dəvət edərsiniz? Birincisi, bu, təbii deyil. İkincisi, bu, bütün fikrə (sülhlə bağlı) qarşı qəddar bir hərəkət olardı. Çünki sülhü pozan ölkə Rusiyadır və Ukraynanın torpaqlarının işğalı ilə müharibəni davam etdirmək istəyir”.
👍1
🇩🇪🇫🇷Almaniya ilə Fransa arasındakı narazılıq böyüyür - “Modern Diplomacy”
...Hər iki ölkədə Avropada hökm sürən enerji böhranı və öz müdafiə siyasətlərilə bağlı fikir ayrılıqları var. Rusiya-Ukrayna müharibəsinin qızğın çağında, Avropanın əməkdaşlığa daha çox ehtiyacı olduğu bir zamanda artan fikir ayrılıqları Avropa İttifaqı üçün nə demək olacaq?
👉https://azvision.az/news/316992
👍1
🇺🇦🛰Maxar Technologies şirkəti Rusiya və Ukrayna arasında şiddətli döyüşlərin getdiyi Soledar şəhərinin peyk görüntülərini dərc edib.
Avqust 2022 - Yanvar 2023
😢2