AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇦🇲😂Erməni deputat Vigen Xaçatryan Nikol Paşinyanın və Ruben Vardanyanın iddialarını ifşa edib.

🗣️Deputat Vigen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib.

Maraqlı məqam isə ondan ibarətdir ki, daha əvvəl həm Paşinyan, həm də Vardanyan açıqlamalarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə 120 min erməninin yaşadığını bildirirdilər.
👍1
🛩️Cənubi Koreya tərəfindən hazırlanmış "KF-21" qırıcı təyyarəsinin üçüncü prototipinin ilk uçuşu həyata keçirilib.
👍1
🤝ABŞ Misirə 12 ədəd CH-47F “Chinook” helikopterinin satılmasına razılıq verib.
👍1
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿❗️ Xankəndi yolundakı aksiyanın 1 ayı tamam oldu. Nəticələr nədir?..
👍1
🇹🇷İstanbulda Ərdoğanın muzeyinin açılması planlaşdırılır.
👍4
🇦🇿Kimsəsiz dəfn edilən şəhidin anası tapıldı
...Atası və anasının Əmrah kiçik olanda öldüyü deyilsə də, hər ikisi sağ imiş. İki gün əvvəl bir şəhid yaxını zəng etdi, Əmrahın anasının sağ olduğunu və mənimlə danışmaq istədiyini dedi. Bu gün danışdıq, həyatını qısaca anlatdı. Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə yaşayır. Əslən türkmənistanlıdır.
👉https://azvision.az/news/316971
👍2
🇲🇩🇩🇪Almaniya Moldovaya 19 ədəd “Piranha” pulemyotsuz zirehli transportyor bağışlayıb. Texnika pulsuz olaraq ölkəyə göndərilib və Moldova tərəfi həmin zirehli texnikanın üzərinə pulemyot quraşdıracaq.
👍1
🇩🇪🇺🇦Almaniya Ukraynaya 40 ədəd "Marder" piyada döyüş maşınları (PDM) göndərməyi planlaşdırır.
👍1
🇫🇮Finlandiya Prezidenti Sauli Niinistö Ukraynaya "Leopard" tanklarının tədarükü barədə danışıb

🗣Dövlət başçısı bildirib ki, əgər tankların tədarükü ilə bağlı Avropa ölkələri tərəfindən hər hansı koalisiya, təşəbbüs yaradılarsa, o zaman Finlandiyanın da bu təşəbbüsə töhfə verməsi lazım olacaq, ancaq hərbi texnika müəyyən şərtlərlə Ukraynaya verilə bilər. Tədarük olunacaq "tankların sayı çox ola bilməz, çünki Finlandiya Rusiyanın sərhəd qonşusudur və hələ NATO üzvü deyil".
👍1
🗣🇦🇲Erməni politoloq Yervand Bozoyan: “Eyni gündə həm İlham Əliyevin həm də Paşinyanın mətbuat konfransı keçirməsi simvolik idi. Belə bir təəssürat yarandı ki, onların mətbuat konfranslarını koordinasiya edən ümumi koordinatorları var. Amma ən maraqlısı o idi ki, bütün mənalarda, o cümlədən Ermənistanın gələcək taleyi ilə bağlı İlham Əliyevin mesajları Paşinyanın bəyanatları ilə ziddiyyət təşkil etmirdi.

Laçın yolunun bir aydan artıqdır bağlanmasına gəlincə, hazırkı vəziyyətə Nikol Paşinyanın davranışı səbəb olub. Bəlkə də belə olmasını istəmirdi, amma belə alındı, çünki savadsız küçə adamları hakimiyyətə gələndə belə olur. Erməni xalqı bilməlidir ki, öz qərarının bədəlini ödəyir”.
👍3
"Soledarda ağır döyüşlər davam edir, düşmən böyük itki verir". - Şərqi Qüvvələr Qrupunun sözçüsü Sergey Çerevatı.
👍3
🇺🇦🇦🇿Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin paytaxtı Ankarada Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə görüşüb.

Görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. S.Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan Respublikası vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib.
👍3