AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺Rusiyanın “Kalaşnikov” konserni ötən il silah istehsalını əvvəlki illərlə müqayisədə 40 faiz artıraraq son 20 ilin rekord nəticəsini göstərib. Konsern dövlət sifarişləri üzrə 45 müqavilə və 24 hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb.
👍1🥱1
🇹🇷💥Türkiyə yerli istehsal olan qırıcı təyyarələrlə bağlı xaricdən ilk sifariş alıb
‼️Hələ ki, sifarişçinin adı açıqlanmayıb. Mətbuatın məlumatına görə, Türkiyə istehsalı olan qırıcıların ilk müştəriləri Pakistan, İndoneziya, Malaziya və digər dost ölkələr ola bilər.
👍10
🇺🇦🇳🇴Ukrayna Dövlət Sərhəd Xidməti: "Norveç Ukrayna sərhədçilərinə 100-dən çox generator göndərib".
👍7
🦠🇬🇪 "COVİD-19"un "Kraken" adlanan ştammı artıq Gürcüstanda aşkarlanıb. Bu ştamm əvvəlkilərdən 140% daha yoluxucudur.
⚡️"Əgər "Kraken"lə yoluxmuş adam otağa girsə, orada olanların hamısı mütləq yoluxacaq",- Gürcüstanlı səhiyyə eksperti Georgi Pxakadze deyib. Onun sözlərinə görə, ölkəsi pandemiyanın daha bir dalğasına hazır deyil.
👍1
AzVision
🇦🇲🗣️Paşinyan: “Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, əksinə, bizim üçün təhlükələr yaradır”.
🇷🇺🗣️Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın mətbuat konfransında verdiyi bəyanata münasibət bildirərkən deyib:
Rusiya qoşunlarının mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhlükə yaradır bəyanatı absurddur. Onilliklərdir ki, bizim hərbçilərimiz, sərhədçilərimiz Ermənistanın təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, onun sərhədlərini qoruyur. Bu obyektiv reallığı inkar etmək mümkün deyil”.
👏2🖕1
AzVision
🇦🇲🗣Paşinyan : “Ermənistan 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Hazırkı vəziyyətdə KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimlərinin Ermənistanda keçirilməsi məqsədəuyğun deyil".
🇷🇺🗣️Mariya Zaxarova: "Ermənistan ötən il də KTMT-nın Qazaxıstanda keçirilən birgə təlimlərinə qoşun kontingenti ayırmamışdı. Bu, sözsüz ki, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır, hərbi qurumların xətti ilə artıq razılaşdırılmış planı yenidən formalaşdırmağa məcbur edir. Güman edirik ki, yekunda optimal həll tapılacaq”.
👍1
🇺🇦🇹🇷🗣️Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar: “Türkiyə müharibənin ilk günlərindən sülh danışıqlarında Ukraynaya kömək edir, bəzi praktiki məsələlərin həllində vasitəçilik edir və faktiki olaraq təklif olunan və rəsmiləşdirilən məsələləri həyata keçirir. Məsələn, qida təhlükəsizliyi ilə bağlı”.

‼️BMT və Türkiyənin təşəbbüsləri ilə imzalanan Taxıl Dəhlizi Sazişinin əhəmiyyətinə toxunan Bodnar qeyd edib ki, Türkiyə və Ukrayna hazırda dünyanı aclıqdan xilas edir.
😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🌪️Antalyada küləyin sürəti saniyədə 70 metrədək artıb.

🌊Məşhur Konyaaltı çimərliyi yaxınlığında sahildə dalğaların hündürlüyü 6 metrə çatıb, kurortun bir çox bölgəsində ağaclar aşıb, onlarla avtomobilə ziyan dəyib.
😢2😨1
🇨🇳Çində 22 yaşlı manyak pulu küçəyə səpib, daha sonra maşınla insanların üstünə çıxıb.

5 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
👍2😱2🤬2
🇦🇿🇮🇹Azərbaycan və İtaliya müdafiə nazirləri təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıblar.
👉https://azvision.az/news/316965
👍6👏1
🇦🇿📝Bu gün Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək
...Novruz bayramı ərəfəsində əfv olur. Müraciətlərə baxılacaq və Prezident İlham Əliyevə təqdim olunacaq. Onun imzalayacağı sərncamla əfv olacaq
👉https://azvision.az/news/316955
👍1
🇷🇺🗣️Peskov: “Putin çağırış yaşının artırılması ideyasını konseptual olaraq dəstəkləyib, lakin arqumentasiyanı Müdafiə Nazirliyi təqdim etməlidir”.

‼️Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hərbi çağırış yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.
👍1
🇭🇺 Macarıstanın Baş naziri Aparatının rəhbəri Gergey Qulyaş: "Ukrayna hücuma məruz qalan ölkə olduğu üçün heç kim silah təchizatının mənəvi əsasını şübhə altına ala bilməz. Macarıstan təkcə öz təhlükəsizliyinin deyil, həm də Zakarpatyadakı etnik macarların təhlükəsizliyini təmin etmək üçün, Ukraynaya silah tədarük etməyi və onu başqa ölkələrdən öz ərazisi ilə daşımağı planlaşdırmır".
👍1
🇮🇷⚡️İranın Yəmənə göndərdiyi 2000 "Kalaşnikov" avtomatı daşıyan gəmini Amerika hərbi dənizçiləri yolda yaxalayıblar.
👍8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷⚡️İranda etirazçılar hökumət qüvvələrilə mübarizədə bu cür kustar üsulla düzəldilmiş silahlardan istifadə edirlər.
👍2
🇦🇿💣 ANAMA birinci Qarabağ müharibəsi dövründən qalma minalar və partlamamış hərbi sursatlar aşkarlayıb.
👍1
🇦🇿🪧Aksiya keçirilən yerdən Rusiya sülhməramlı qoşunlarının hərbçilərinin piyada keçidinə şərait yaradılıb. Laçından Xankəndiyə getmək istəyən 50 nəfərə yaxın şəxsi heyət yoldan maneəsiz keçid edib.
👍2