AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇺🇦Ukrayna NATO ərazisində 82 mm-lik minaatanların istehsalına başlayıb

Qeyd olunub ki, yeni mərmilər indiyə qədər istifadə edilənlərdən daha yaxşıdır. Düşmənin canlı qüvvəsini 4,5 kilometrə qədər məsafədə məğlub etmək gücünə malikdir. Yeni minaların ilk tədarükünün nə həcmi, nə də vaxtı barədə məlumat verilmir.
👍1
🇺🇸🇺🇦Bu gün Niderlandın Vlissingen limanına ABŞ-ın Bradley piyada döyüş maşınları gətirilib.

Onlar NATO-nun şərq sərhədlərini gücləndirmək məqsədi ilə Polşa və Litvaya yerləşdiriləcək. Ümumilikdə Şərqi Avropaya 1250-yə yaxın hərbi texnikanın yerləşdirilməsi nəzərdə tutulub. Yeni gətirilən hərbi texnikanın Ukraynaya göndəriləcəyi də gözlənilir.
👍2
🗣🇺🇦Zelenski bu gün Lvovda keçirilən mətbuat konfransında rəsmi Kiyevin NATO-dan daha çox şey gözlədiyini bildirib: “NATO ölkələrinin dəstək bəyanatları Ukrayna üçün kifayət deyil. Bizə irəliyə doğru addımlar lazımdır. Yayda Vilnüsdə NATO-nun sammiti keçiriləcək və biz o görüşdən çox ciddi qərarlar və addımlar gözləyirik".
👍1
🇬🇪Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb: “Ukraynaya “Buk” sistemlərini verməkdən imtina etmək ayıbdır! Prezident Yuşşenkonun köməyi ilə biz onları o zaman ən aşağı qiymətə aldıq. Yanukoviç Ukraynaya gələndə hətta “Buk”un Gürcüstana verilməsinə görə Yuşşenkoya qarşı iş də açdırdı və bunu Rusiyanın göstərişi ilə etdi. Üstəlik, bizə “Buk”dan istifadə etməyi öyrədən təlimatçı polkovnik Mamçur 2017-ci ildə Rovnoda rus agentləri tərəfindən öldürülüb.

İndi amerikalılar Ukraynaya “Buk” üçün çoxlu sayda raket veriblər. Ən əsası, bu addımla biz təkcə ukraynalıların deyil, Ukraynaya amerikalıların da “Javelin”lərini borc verməkdən imtina etdik. Bu, xəyanətdir və belə xəyanət epizodları Gürcüstan və Ukrayna münasibətlərinin tarixində ağır ləkə olaraq qalacaq”
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇱🇺🇦 Polşa prezidenti Anjey Duda Lvovda bu cür qarşılandı.
👍1
🇨🇳Çin dünyada ilk ekoloji təmiz sərnişin qatarını istifadəyə verib.

Maksimum sürəti 160 km/saat olan dörd sürətli vaqondan ibarət və quraşdırılmış hidrogen enerji sisteminə malik qatar bir dəfəyə 600 kilometr yol qət edə bilir. Qatar müxtəlif “smart” monitorinq sistemləri və sensorlar, eləcə də yüksək sürətli 5G bağlantısı ilə təchiz edilib.
👍3
🇷🇺🇺🇦Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Ukraynada olacağını, bundan sonra Rusiyaya səfər planlaşdırdığını açıqlayıb.
👍1🖕1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ağacları kəsdiyi iddia edilir.
🤬2
🇦🇿🪧Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 32 gündür ki, davam edir.

Hava temperaturunun -10 ; -12 dərəcə olmasına baxmayaraq aksiyada iştirakçılar etirazlarını davam etdirirlər.
👍4
🚛🚓Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
👍3👏1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇦☪️Ukrayna müsəlmanlarının müftisi Səid İsmayılov aylardır şiddətli döyüşlərin getdiyi Baxmut şəhərində ruslar tərəfindən bir hissəsi dağıdılan məscidin önündə Quran kitabından Fəth surəsini oxuyub.

Donetskdə anadan olan 44 yaşlı Şeyx Səid İsmayılov əslən Volqa tatarlarındandır və hal-hazırda Ukrayna ordusunun tərkibində Baxmutun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edir.
😍7👍5👏1
🇺🇦Zelenski: "Ukraynada yaşayan ruslar vətəndaşlıqdan məhrum edilməlidir. Bizim vəzifəmiz bu gün dövlətimizə siyasi, yaxud mənəvi təsir göstərmək imkanı olan və Rusiya Federasiyası vətəndaşlığına malik bütün ikili, üçlü vətəndaşların yalnız bir vətəndaşlığının qalmasını təmin etməkdir - Rusiya Federasiyası vətəndaşlığı. Mənə elə gəlir ki, bu, tamamilə ədalətlidir”
👍51🥰1
📰“The Wall Street Journal” nəşri yazır: "ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir, neft məhsullarına qiymət həddi tətbiq etmək niyyətindədirlər".

‼️Məhdudiyyətlər fevralın 5-dən qüvvəyə minməlidir.

📝Nəşr onu da vurğulayır ki, Rusiya neft məhsulları üçün iki qiymət həddinin tətbiqi planlaşdırılır: biri yüksək qiymətli ixrac mallarına, xüsusən dizel yanacağına, digəri isə mazut kimi aşağı qiymətli mallara təsir edəcək.
👍3👏1
🇲🇫Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu Parisdə qəbul edəcəyinə ümid bəsləyir.

🗣️Makron: “Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”.

‼️Qeyd edək ki, Fransanın Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib. Dəhşətli qətliam Əlcəzairin 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.
💩7👍2
🇺🇸📰🇩🇪 “Politico” nəşri yazır: "Co Baydendən əks təklif olmasa, Almaniya kansleri Olaf Şolts Ukraynaya döyüş tanklarının tədarükü ilə bağlı tərəddüdlü mövqeyini dəyişməyəcək"

‼️Nəşr keçən həftə hər iki liderin artıq piyada döyüş maşınları və "Patriot" sistemlərinin tədarükü ilə bağlı birgə bəyanat yaydıqlarını xatırladaraq, Şoltsun mövqeyinin öz hərəkətlərini yaxından əlaqələndirdiyi ABŞ prezidenti Co Baydendən çox asılı olduğunu vurğulayıb.
👍2🤔1
🇦🇲🇬🇪Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistana işgüzar səfərə gedib.

🤝Paşinyan və İrakli Qaribaşvilinin rəhbərliyi ilə Ermənistanla Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
👍1
🇦🇲🗣️Paşinyan: "Qarabağda ərzaq çatışmazlığı səbəbindən uşaq bağçaları tam fəaliyyət göstərə bilmir. İş yerləri də bağlanmağa başlayıb".
👉https://azvision.az/news/316932
👍1
🇷🇺🇦🇲Rusiya XİN Ermənistan hakimiyyətini ittiham edib: "Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü 2022-ci il dekabrın 23-də Moskvada keçirilməli idi. İki ölkənin liderləri buna razılıq vermişdilər. Bunun üçün hər şey hazırlanmışdı. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv edən Ermənistan rəhbərliyi olub. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane oldu".
👍1
🇷🇺T-90M “Prorıv” tanklarının yeni partiyası Rusiya Müdafiə Nazirliyinə göndərilib.
😐2
🇷🇺Rusiyanın “Kalaşnikov” konserni ötən il silah istehsalını əvvəlki illərlə müqayisədə 40 faiz artıraraq son 20 ilin rekord nəticəsini göstərib. Konsern dövlət sifarişləri üzrə 45 müqavilə və 24 hərbi-texniki əməkdaşlıq sazişi imzalayıb.
👍1🥱1