AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🚓🇦🇿Dövlət Yol Polisi əməkdaşları tərəfindən Respublikamızın bütün bölgələrində yol kənarlarında olan Şəhidlərimizin Xatirə Lövhələri və yol nişanları qardan və buzdan təmizlənmişdir.
👍1
🇮🇱"İsrail İrandan Livana silah tədarükü kanallarını bağlamaq və İranın Suriyadakı mövqelərinin güclənməsinin qarşısını almaq üçün tədbirlər görəcək" - İsrailin müdafiə naziri Yoav Qalant
👍2
🗣Microsoft” cəmi üç saniyəlik nümunə əsasında istənilən şəxsin səsini təqlid edə bilən "VALL-E" adlı mətni nitqə çevirən neyron şəbəkəsini yaradıb.

🎚️"VALL-E"nin yaradılması zamanı EnCodec audio sıxılma texnologiyası və ümumi müddəti təxminən 60 min saat olan 7 mindən çox insanın səs yazıları kitabxanasından istifadə edilib.

🎛️Microsoft” şirkəti hesab edir ki, yeni neyron şəbəkə mətn əsasında audio məzmunun yaradılması zamanı faydalı olacaq. Xüsusilə, "VALL-E" tamamilə orijinal məzmun yaratmaq üçün GPT-3 mətn generatoru ilə birlikdə istifadə edilə bilər.
👍2👏1
📰 “Forbes” dərgisi Bakını bu il səyahət üçün dünyanın ən yaxşı yerlərinə aid edib.

Məqalənin müəllifi Anna Kartaşova: “Qafqazın Dubayı adlandırılan Bakı təzadlar şəhəridir”.

Məqalədə Azərbaycan paytaxtının memarlıq özəllikləri xüsusi vurğulanır. Eyni zamanda müəllif Bakıda “Formula 1” yarışlarının mərhələsinin də keçirilidiyini xatırlatmağı unutmur.
👍1🥰1
❄️ Uşaqların və böyüklərin nəzərində qar…
3🖕1🤗1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺Putin hökumət üzvləri ilə görüşdə sənaye və ticarət naziri Denis Manturova 2023-cü il üçün təyyarə sifarişlərinin təmin edilməsi üzrə işləri bir ay ərzində və bundan gec olmayaraq başa çatdırmağı tapşırıb.

🗣️Denis Manturovun vəziyyəti izah etmək cəhdinə Vladimir Putin belə cavab verib: “ Siz doğurdanda nə gicləyirsiniz?

💬Vaxt çox gecikir. Xahiş edirəm bu işi sürətləndirəsiniz. Yaxşı, müəssisələrdə 2023-cü il üçün müqavilə yoxdur, buna nə deyirsiniz? Siz dediniz ki, pasport yoxdur. Yaxşı, nə vaxt olacaqlar? Və hələ ki, heç bir müqavilə yoxdur”, - deyə Putin bildirib.
👉 https://azvision.az/news/316887
👍1
🇷🇺🚛Sülhməramlılara məxsus avtomobillər Laçın-Xankəndi yolundan maneəsiz hərəkət edib.
👍1👎1
🇦🇫💥Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
🤬1😢1
🇵🇱Polşa prezidenti Andjey Duda Polşanın Ukraynaya Alman "Leopard" tanklarını təhvil verəcəyini açıqlayıb.
👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦🇵🇱🇱🇹Vladimir Zelenski Lvovda Polşa və Litva prezidentləri ilə görüşüb.
👍21
🇺🇦🇵🇰Pakistan Ukraynaya 159 konteyner sursat göndərməyi planlaşdırır...

🛳Onun tərkibində "155 mm-lik" mərmi, "M4A2" yanacaq doldurucuları, "M82" artilleriya primerləri və "PDM" qoruyucuları olacaq.

Bunun müqabilində Ukrayna Pakistana "Mi-17" helikopterlərini və "T-80UD" tanklarını modernləşdirməyə kömək edəcək.
7👍1
🇹🇷Türkiyənin terrorçulardan təmizlədiyi ərazilərə 550 minə yaxın suriyalı geri dönüb

Ərdoğan: "Türkiyə Suriyada sabitlik və sülh mühiti yaranana qədər qardaşlıq və insanlıq öhdəliklərini yerinə yetirməyə davam edəcək".
👏6
🇬🇧🇯🇵Britaniya və Yaponiya bir-birinin ərazisində qoşun yerləşdirməyə icazə verən müqavilə imzalayacaq.
👍2🤔1
Media is too big
VIEW IN TELEGRAM
🇺🇦Zelenski Lvovda müharibədə həlak olan Ukrayna əsgərlərinin xatirəsini yad edib.

Zelenski: “Azadlığımız və dövlətimizin müstəqilliyi uğrunda canlarından keçənlərin hamısına eşq olsun! Yaşasın Ukrayna!”.
4
🇹🇷Ərdoğan: Türkiyə Ukraynada yaralı şəxslərin təxliyəsi üçün humanitar koridorun yaradılmasını dəstəkləyir.
1👍1
🛩🇺🇦Varşavanın meri Rafal Trzaskovski, Praqanın meri Zdenek Hrib, Bratislavanın meri Matus Vallo və Budapeştin meri Qerqeli Karacsoni Kiyevə səfər edib.
👍2👏1
🇺🇦🇵🇱Polşa Prezidentinin mətbuat katibi Yakub Kumoç: "Prezidentlərin Lvovda görüşündə Polşa və Litvanın Ukraynaya dəstəyi ətraflı müzakirə olunub. Polşa öz növbəsində "Leopard" tanklarının tədarükü üçün beynəlxalq koalisiya yaradacaq və koalisiya çərçivəsində bu tipli ilk tankları Ukraynaya təklif edəcək".
👍1👏1
🇺🇦🇵🇱🇱🇹Ukrayna, Polşa və Litva dövlət başçıları birgə Lyublin üçbucağı bəyannaməsi imzalayıblar.

📝Qeyd edək ki, Lyublin üçbucağı üç ölkə arasında siyasi, iqtisadi və sosial əməkdaşlıq üçün üçtərəfli regional ittifaqdır. Məqsəd ölkələr arasında dialoqu gücləndirməkdir. Üçbucaq Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını dəstəkləyir. Üçtərəfli format üç ölkənin ənənələrinə və tarixi bağlarına əsaslanır. Müvafiq ümumi bəyannamə 2020-ci il iyulun 28-də Polşanın Lyublin şəhərində nazirlər tərəfindən imzalanıb.
👍21