AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
AzVision
🇦🇿Dövlət başçısı: “Avqustun 25-də Laçın şəhəri və iki kənd boşaldıldı. Avqustun 26-da biz Laçına girdik və o unudulmaz anları, unudulmaz hissləri bir daha yaşadım. Bu, doğurdan da həm çox emosional bir gün idi, həm də qürurverici bir gün idi. Natamam qalmış…
🇦🇿İlham Əliyev: “Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.
👍3
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Prezident müharibə dövründə paylaşdığı tvitlərdən danışdı:
👍2
🇨🇦🇺🇦 Kanada Müdafiə Naziri: "Kanada Ukrayna üçün ABŞ-dan daha bir "NASAMS" batareyası alacaq"
👍2
🇲🇩Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko Ağdam şəhərinə səfər edib.
👍2
🇺🇦🇩🇪Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya əlavə 40 milyon avro ayrılacağını açıqlayıb.

Onun sözlərinə görə, Kiyevin ehtiyacı olduğu müddətdə Almaniya Ukraynanı dəstəkləyəcək.
👍2
🇸🇪🇮🇷İsveç İranda etiraz aksiyası iştirakçılarının edam edilməsini pisləyib.
👍2
💣🇲🇩Moldovada İkinci Dünya Müharibəsindən qalma bomba zərərsizləşdirilib.

Hərbi istehkamçılar Dnestryanı bölgədə Puqaçeni kəndi yaxınlığında torpaq işləri zamanı tapılan iki aviabombanı partladıblar.
👍2
🇺🇸ABŞ Nümayəndələr Palatasında respublikaçılar Prezident Cozef Baydeni vitse-prezident olduğu vaxtda məxfi sənədləri oğurlamaqda ittiham edirlər.
😁2👍1
🛩🇨🇦Kanada hökuməti Amerikanın “Lockheed Martin” korporasiyasından 88 müasir F-35 təyyarəsi alacaq.
👍2
🇦🇿🇦🇿 İlham Əliyev: "Natamam qalmış işləri biz gərək başa çatdıraq. Bizim əvəzimizə kim bunu edəcək? Biz etməliyik bunu. Natamam qalmış işlər hələ var, onları da biz tədricən yoluna qoyuruq".
6👍1
🇷🇺🛢G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) Rusiya neft məhsullarına iki qiymət həddi təyin etməyi planlaşdırır.

Fevral ayından etibarən xam neftə nisbətən endirimlə satılan məhsullar (məsələn, dizel, kerosin) üçün qiymət həddi variantı tətbiq oluna bilər. Endirimlə satılan neft məhsulları (məsələn, mazut) üçün digər qiymət həddi müəyyən edilə bilər.
👍2
🇺🇦🇬🇧Böyük Britaniya Ukraynaya 10 ədəd "Challenger 2” tankı verə bilər, lakin hələlik yekun qərar verilməyib.

💥"Challenger 2" ilk dəfə 1994-cü ildə Britaniya ordusunun sıralarına daxil edilib və əsas döyüş tankıdır.
👍3
🇺🇸ABŞ-da Soyuq müharibənin ən təhlükəli casusu 21 il sonra azadlığa çıxdı

Ana Montes - 17 ilini ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsində işləyərkən Kuba hakimiyyətinə məxfi məlumatları ötürməyə sərf edib. Montes 2001-ci ildə həbs edilib. Texas ştatının ağır rejimli həbsxanasında 21 il keçirib.
👍3😱1
🇸🇪İsveç Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğularını tədarük etmək niyyətindədir, lakin çatdırılma tarixi hələ məlum deyil.
👍2
🇺🇦📃Ukraynanın deputatı, “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçukun və daha 3 deputat – Andriy Derkaç, Taras Kozak, Renat Kuzminin vətəndaşlığı əlindən alınıb.

‼️Onlar, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayından isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🪧Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir, yüksək əhval-ruhiyyə hökm sürür.
12
🇦🇿🖼️🇦🇲Laçın-Xankəndi yolunda erməni vəhşiliklərini əks etdirən fotoların yer aldığı plakatlar quraşdırılıb.
👍4💔2