AzVision
2.74K subscribers
38.9K photos
17.5K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Prezident Laçın yolunda etiraz aksiyası keçirənlərə təşəkkür etdi.
5👍2
🇹🇷Hulusi Akar: “Bütün dünya Türkiyə ilə Azərbaycanın bir ananın iki oğlu olduğunu gördü. Bundan sonra Türkiyəyə, Azərbaycana hər hansı bir şəkildə planl olan varsa, bu addımı atmadan əvvək iki dəfə düşünəcək”.
👍8❤‍🔥4🤨1
🇩🇪🇺🇦Almaniyanın xarici işlər naziri Annalena Berbok Xarkova səfər edib.
👍5
🇦🇿Prezident İlham Əliyev Azərbaycanın Transxəzər layihəsi ilə bağlı mövqeyini şərh edib

“Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir”, - deyə dövlət başçısı qeyd edib.
❤‍🔥2👍2
💱📈Niderlandda inflyasiya 47 ilin ən yüksək səviyyəsinə çatıb

🇳🇱2021-ci ildə 2,7 faiz olan illik inflyasiya enerji və ərzaq qiymətlərinin artması səbəbiylə keçən il 10 faizə yüksələrək 1975-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
🌪🇺🇸ABŞ-nin Kaliforniya əyalətində şiddətli yağış və fırtına səbəbiylə 14 nəfər həyatını itirib, 10 minə yaxın insan üçün təxliyə əmri verilib.
🇺🇦🇺🇸ABŞ və NATO Ukrayna münaqişəsində dolayısı ilə iştirak edir.

🇷🇺Peskov: "Dolayısı ilə həm NATO, həm də ABŞ, sözsüz ki, bu münaqişədə iştirak edirlər. Baxmayaraq ki, bütövlükdə NATO, yəni Brüssel və Vaşinqton müxtəlif hakimiyyət səviyyələrində heç bir şəkildə münaqişənin tərəfi olmağa hazırlaşmadıqlarını vurğulayırlar. Amma onlar Ukraynaya silah, texnologiya, kəşfiyyat məlumatları verməklə artıq de-fakto bu münaqişənin tərəfinə çevriliblər. Onların bu münaqişədə iştirakı göz qabağındadır”.
👍1
🗣🇷🇺Rusiya müdafiə naziri Sergey Şoyqu: “2023-cü ildə Müdafiə Nazirliyi vətəndaşların təşəbbüslərinə reaksiya mexanizmlərini təkmilləşdirəcək. RF Silahlı Qüvvələrinin döyüş hazırlığı xüsusi hərbi əməliyyat zonasında və Suriyada qoşunların təcrübəsinə əsaslanaraq təkmilləşdiriləcək. Rusiya 2023-cü ildə Hava Kosmik Qüvvələrinin döyüş qabiliyyətini artıracaq”
👍1
🇺🇸🌪2022-ci ildə ABŞ-a dəyən böyük təbii fəlakətlərdən dəyən ziyan 165 milyard dollar təşkil edib.
👍2
🇳🇱Niderland İranda insan hüquqlarının pozulmasına görə sərt sanksiyaların tətbiqini zəruri hesab edir

Ölkənin Baş naziri Mark Rutte: "İran rejiminin qeyri-insani hərəkətləri cəzasız qala bilməz. Niderland Avropa İttifaqı tərəfindən sərt sanksiyaların tərəfdarıdır. Narahatlığımızı açıq şəkildə bildirmək üçün bir daha İran səfirini çağırırıq".
👍3
🇮🇱İsrail ordusu yanvarın 11-də ölkənin şimal bölgələrində Livan sərhədi yaxınlığında təlimlər keçirəcək. Təlimlər Qaliley zirvəsi ərazisində baş tutacaq. Manevrlər zamanı Dov dağı bölgəsində artilleriya atəşi aparılacaq.
👍3
💷🇹🇷Ərdoğan AK Partiyanın Sakarya rayonu üzrə Millət vəkili Kənan Sofuoğlu və oğlu Zayn Sofuoğlu ilə görüşüb.

Türkiyə liderinə böyük maraq göstərən Zeyn onun əlini öpüb. Ərdoğan isə bu hərəkətə cavab olaraq Zeynin əlini öpərək ona cib xərcliyi verib.
👍1😍1
🔖🛢Separatçılar sovetin “kartoçka” sisteminə keçdilər
//Talonunu gətir, 1 litr yağ al!

📃...Uzun illərdir təbii sərvətlərimizi talan edən qondarma rejim indi maliyyə böhranını, ticarətdə yaranmış iflasın qarşısını almaq üçün qədimdən qalma sistemə keçib. Bu, qıtlığın və xaosu önləməyə hesablanmış qayda isə hələ Birinci dünya müharibəsi və Böyük Vətən Müharibəsi illərində tətbiq olunmuş kart-talon sisteminin oxşarıdır...
👉https://azvision.az/news/316769
👍2
🇦🇲💥Erməni zabitlərə qadağa: Sovet generalından uzaq durun!
🗣..."Hakimiyyət əslində ordunu parçalayır. Onlar silahlı qüvvələri gücləndirmək, peşəkar ordu qurmaq, zabitlərin sosial problemlərinə diqqət yetirmək görüntüsü yaradır. Azərbaycan Türkiyənin dəstəyi ilə tələsik şəkildə öz ordusunu NATO standartlarına uyğunlaşdırır və onu dişinə qədər silahlandırır, Papikyan isə bu şanlı generalları ordudan uzaq tutaraq hərb sistemimizi həddindən artıq siyasiləşdirir"...
👉https://azvision.az/news/316773
👍2
🇺🇦📞🇪🇺Zelenski ilə Şarl Mişel arasında telefon danışığı olub.

🗣Zelenski Avropa Şurasının prezidentinə “döyüş meydanındakı vəziyyət və Ukraynanın silaha təcili ehtiyacı haqqında” məlumat verib.
👍2
🇦🇿Prezident: "Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar. Orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib.

Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər".
👍2
🇺🇦🇵🇰Pakistan gəmiçilik və broker şirkəti "Project Shipping" yanvarın ikinci yarısında Karaçi limanından Polşanın Qdansk limanına Ukrayna üçün nəzərdə tutulmuş 159 konteyner sursat göndərməyi planlaşdırır.

"BBC Vesuvius" adlı gəmi 155 mm-lik haubitsa mərmiləri, M82 kapsülləri və PDM partlayıcıları daşıyacaq. Bundan əvvəl, Pakistan Böyük Britaniyanın Ukraynaya silah ötürülməsində mühüm rol oynayıb.
👍4