AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇷🇺💥"Azovstal" Müdafiəçilərinin Ailələri Assosiasiyasının həmtəsisçisi Qalina Klempous: "İki minə yaxın "Azovstal" müdafiəçisi hələ də Rusiya əsirliyindədir. Məhkumlar arasında kişilər və qadınlar da var".
🤬1
🇺🇦🇺🇸””ABŞ” “Stryker” zirehli döyüş maşınlarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi imkanını nəzərdən keçirir. Ukraynalıların zirehli transportyorlara ehtiyacı var və onları təmin edən digər ölkələri nəzərə almasaq, bizim xidmətimiz budur. Tank döyüşü üçün "Bradley" qədər yaxşı deyil, lakin yaxın döyüşlərdə piyadaları qorumaq üçün yaxşıdır", - deyə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib.

‼️Qeyd edək ki, “Strykers” tankları o qədər güclü olmasa da, “General Dynamics Land Systems” tərəfindən inşa edilən səkkiz təkərli zirehli döyüş maşını qarda, palçıqda və qumda işləyə bilər.
👍1
🇷🇺🚘2022-ci il Rusiya avtomobil bazarı üçün ən pis illərdən biri olub. İl ərzində 626,3 min yeni minik avtomobili satılıb ki, bu da 2021-ci illə müqayisədə 59% azdır.
👍1
🇺🇦🇸🇪İsveç Hərbi Təchizat İdarəsi və Silahlı Qüvvələri hazırda “Archer” artilleriya qurğularını Ukraynaya göndərmək imkanlarını araşdırır.
👍1
🇺🇦🚀Pentaqon Ukraynaya “VAMPIRE” raket sistemlərinin tədarükü üçün 40 milyon dollarlıq müqavilə imzalayıb.
👍2
🇷🇺📺Rusiyalıların 44%-i Putinin Yeni il müraciətini izləyib ki, bu da son üç ilin ən aşağı göstəricisidir.
👍2
🌾🇹🇷Mövlud Çavuşoğlu: “Afrikaya taxıl ixracı üçün Rusiya və Ukrayna ilə danışıqlar aparılır. Türkiyə bununla bağlı Afrikaya təmənnasız şəkildə taxıl ixracı həyata keçirə bilər”.
👍1
🇷🇺Rusiya 2022-ci maliyyə ilini 3,35 trilyon rubl kəsirlə başa vurub.

Bu, ölkə tarixindəki ən böyük kəsirlərdən biridir.
👍1
🪞💇‍♀️ Əfqanıstanda gözəllik salonları bağlanır

‼️
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının rəhbərliyi ölkədəki qadın gözəllik salonlarının bağlanması barədə göstəriş verib.
👍1
🇦🇲Paşinyan: "Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”.

❗️
O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər.
🤩3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿Prezident: "2023-cü ilin uğurlu olması üçün biz hamımız fəal çalışmalıyıq".
3👍2
🇦🇿 İlham Əliyev: "Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.

İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik".
❤‍🔥3👍2
🇦🇿Prezident: "Böhranlı vəziyyəti xalqımız üçün sosial layihələr və sosial proqramlarla yüngülləşdirməyə çalışırıq. Dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq.

Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bir daha bunu göstərir. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir”.
3👍1
AzVision
🇦🇿 İlham Əliyev: "Bu gün Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. İkinci Qarabağ…
🇦🇿Dövlət başçısı: “Mən bunun canlı şahidiyəm ki, müharibədən sonra onsuz da Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı, yəni, bizə olan rəğbət daha da artdı. Çünki dünyanın siyasi elitası yaxşı başa düşür ki, biz bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq. Yəni, müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır”.
❤‍🔥3👍3
🇦🇿Ermənistan istəyindən asılı olmayaraq, Zəngəzur dəhlizinin işə salınması qaçılmazdır. Ermənistan bu gün faktiki olaraq bu dəhliz üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır", - dövlət başçısı bildirib.

İlham Əliyev əmin edib ki, dəhlizin açılması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən layihədir.
👍2
🇦🇿İlham Əliyev: “Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb”.
👍2
🇦🇿Prezident: “Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır.

Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.
👍2
🇦🇿Prezident: “Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək.

Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda, biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq, görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.
👍3
🇦🇿İlham Əliyev: “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qazla bağlı 10-dan çox ölkə müraciət edib”.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prezident o anı xatırlayıb gülümsədi “Özümü güclə saxlayıram”.
👍3