AzVision
2.74K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
🇸🇪🇺🇦İsveçin Baş naziri bildirib ki, ölkəsi Ukraynaya “Archer” özüyeriyən silahlarını verməyə hazırlaşır. Bu növdə onlar dünyanın ən yaxşılarından hesab olunur.
👍2
🇦🇿🇮🇷🇹🇷 Türkiyə, İran və Azərbaycan parlamentlərinin sədrləri Asiya Assambleyasının iclası çərçivəsində üçtərəfli görüşdə bir araya gəliblər.
👍3
⚫️ Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Vüsal Akif oğlunun 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
😢2
🇷🇺“Kalibr” raketlərinin yaradıcısı Pavel Kamnev vəfat edib

Onun 85 yaşı var idi. Kamnev bir çox raket sistemlərinin hazırlanmasında fəal iştirak edib və Silahlı Qüvvələrin müxtəlif qolları üçün raket silahlarının nümunələrinin yaradılması işinə rəhbərlik edib.
👍2
🇹🇷Ərdoğan: “Azərbaycanla münasibətlər və əməkdaşlığımız tariximizin ən üst pilləsinə yüksəlib”.
👏8👍1
🇦🇿🇵🇰Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına 7 milyon dollar ayırıb.
👍5
🇮🇱İsrailin baş naziri Benyamin Netanyahu: “İsrail, ABŞ və digər ölkələrin İrana münasibətdə birgə mövqe tutmasının vaxtı çatıb”.
👍2
🇫🇷🇩🇪🇬🇧 Fransa, Almaniya və İngiltərənin İrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
3👍2🔥1
🇦🇿🪧Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz gündür davam edir.
6
🇨🇿🇺🇦Çexiya Ukraynaya “T-72” tankların yeni partiyasını təhvil verməyə hazırlaşır. Ukraynaya, həmçinin“TREVA 3” evakuasiya avtomobili də veriləcək.
👍2
🇺🇸🗣️ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays: ”ABŞ administrasiyası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır”.
👏4👍1
🇷🇺💥🇺🇦 Rusiya Soledara genişmiqyaslı hücuma başlayıb.
👍1
AzVision
🇺🇸🗣️ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays: ”ABŞ administrasiyası İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığın qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır”.
🇺🇸Ned Prays: “Rusiya ilə İran arasında təhlükəsizlik, hərbi sahədə sıx tərəfdaşlıq mövcuddur. İran Rusiyaya lazım olan hərbi yardımın ən mühüm təchizatçısına çevrilib. Biz buna görə İranı məsuliyyətə cəlb etmək üçün mövcud olan bütün müvafiq alətlərdən istifadə edəcəyik”
👏3👍2
🚑BQXK-ya məxsus avtomobillərin aksiya ərazisindən keçidinə şərait yaradılıb.
👍2
🇷🇺🚓Sülhməramlılara məxsus iki minik avtomobilinin Laçın-Xankəndi yolundan keçidi təmin olunub.
👍2
🇫🇷📒Nəsiminin fransız dilində ərsəyə gətirilmiş “Les Nous divins s’ourrent sur ton visage – Imadeddin Nassimi” (“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi”) kitabı Fransada nəşr olunub.

📇Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında çap olunmuş kitaba dahi şairin 200-dən çox qəzəli, tuyuq və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.
👍2🏆2
🇦🇲🚑BQXK-nə məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün 3 xəstə aparılıb

Aksiya başlayandan bu günə qədər ümumilikdə 16 xəstənin Ermənistana təxliyə olunmasına şərait yaradılıb.

Bu, bir daha onu sübut edir ki, aksiya dinc xarakter daşıyır, yol humanitar məqsədlər üçün açıqdır.
👍2
🇹🇷🛩Türkiyənin “Baykar” şirkəti “Bayraktar-DİHA” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib.
👍4👏1
🗣🇦🇲Paşinyan Laçın yolundakı duruma görə Rusiya sülhməramlılarını günahlandırıb: “Biz tərəfdaşlarımızla ultimatum dilində danışmalı deyilik. Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.
💩5
🇬🇧🚀Britaniya ərazisindən ilk kosmik peyklərin buraxılışı uğursuz olub. Amerikanın Virgin Orbit şirkətinin "LauncherOne" hava daşıyıcısı nəqliyyat vasitələrini orbitə çıxara bilməyib.
👍3