AzVision
2.75K subscribers
38.9K photos
17.6K videos
10 files
24.5K links
Xəbər çox yox, lazımlı olmalıdır!
Download Telegram
ABŞ Ukraynayaya "Bradley" döyüş maşınının (PDM) M2A2-ODS modifikasiyasını verəcək.

Bu, sözü gedən maşının "Səhrada fırtına" əməliyyatı zamanı aşkar edilmiş bəzi çatışmazlıqları aradan qaldırılaraq, modernizə edilmiş variantıdır. Döyüş texnikasının rəqəmsal sistemi və proqram təminatı yenilənib, maşına müasir məsafəölçənlər və termal görüntü kameraları quraşdırılıb.
👍3
🇦🇿🇹🇷🇮🇷Antalyada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf: "Türkiyədə 44 ölkədən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq. Həmçinin Azərbaycan, Türkiyə və İran Parlament sədrlərinin üçtərəfli görüş keçiriləcək".
👍1
🇫🇮Finlandiya xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya NATO-ya daxil olduqdan sonra ölkə ərazisinə nüvə silahı idxal etmək niyyətində deyil. Həmçinin ölkə ərazisində nüvə silahı yerləşdirilməyəcək.
👍1
🇺🇦Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, ruslar strateji obyektlərin yeri barədə məlumat toplamaq üçün ukraynalı uşaqları mobil oyun vasitəsilə özlərinə cəlb ediblər.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇩🇪⚡️🇮🇷Almaniyada iranlı terrorçular yaxalandı – FOTOLAR+VİDEO
❗️Versiyalardan birinə görə, zəhərli maddələr birbaşa Almaniyanın deyil, qonşu ölkələrdən birinin - məsələn, Fransa və ya Belçikanın ərazisində tətbiq etmək üçün əldə oluna bilərdi. Bu ehtimalın fonunda istər-istəməz “Charlie Hebdo” jurnalının İranın ali dini rəhbəri haqda dərc etdiyi karikaturalar yada düşür...
👉 https://azvision.az/news/316578
👍1
AzVision
ABŞ Ukraynayaya "Bradley" döyüş maşınının (PDM) M2A2-ODS modifikasiyasını verəcək. Bu, sözü gedən maşının "Səhrada fırtına" əməliyyatı zamanı aşkar edilmiş bəzi çatışmazlıqları aradan qaldırılaraq, modernizə edilmiş variantıdır. Döyüş texnikasının rəqəmsal…
🇺🇸🇺🇦Yanvarın sonlarında Pentaqon ukraynalı hərbçilərə "Bradley" döyüş maşınını idarə etməyi öyrədəcək.

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuperin sözlərinə görə, 500 ukraynalı hərbçi üçün nəzərdə tutulan kurs bir ay davam edəcək.
👍1
🇷🇺🇺🇦Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdiriblər

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib ki, əsir mübadiləsi “50-nin 50-yə prinsipi” ilə baş tutub. Qaytarılan Ukrayna hərbçilərindən 33-ü zabit, 17-si sıravi çavuşdur.
👍1
🇮🇹🗣İtaliyanın xarici işlər naziri Antonio Tajani : “Kiyevə altıncı hərbi yardım paketi hələ də müzakirə olunur və parlamentdə müvafiq hesabata qədər heç bir silah göndərilməyəcək. Biz Roma və Parisin birgə işlərinə əsaslanan hava hücumundan müdafiə sistemlərinin göndərilməsini müzakirə edirik”.
👍1
🇷🇸🏅🇷🇺Vladimir Putin bazar günü Serbiyanın milli bayramı münasibətilə keçirilən mərasimdə Bosniya Serblərinin lideri Milorad Dodik tərəfindən mükafatlandırılıb.
👍1
🇦🇲Paşinyan yanvarın 10-da mətbuat konfransı keçirəcək

Ermənistanın Baş naziri bu dəfə əvvəlcədən verilən sualları yox, jurnalistlərin birbaşa verdiyi sualları cavablandırmağa çalışacaq
🤣2
🇺🇦🚨🇷🇺Ukrayna ordusu Baxmut yaxınlığında rusların əsas məntəqəsini ələ keçirib. Nəticədə 18 rus əsgər öldürülüb, 24 nəfər isə yaralanıb.
🔥4👍2
💡Yanvarda qeydə alınan isti hava Avropa ölkələrini enerji böhranından xilas edib

📰Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, hazırda Fransa və Almaniyada temperatur normadan bir neçə dərəcə yuxarıdır ki, bu da istilik istehlakını azaltmağa kömək edir.

Əlverişsiz hava külək enerjisi istehsalını artıracaq. Nəticədə yanvarda Avropada isitmə tələbatı son on il ərzində orta səviyyədən aşağı olacaq. Bununla yanaşı enerji böhranı hələ bitməyib.
👍3
🪖🇷🇺Rusiya Sovet dövründən qalma "T-34" tanklarını Ukraynaya göndərməyə davam edir.
👍1
🇺🇦Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Rusiya Ordusunun hücum etdiyi Soledar şəhərində hazırda vəziyyətin çox ağır olduğunu bildirib

Qeyd edib ki, Donetsk vilayətinin bəzi ərazilərində Ukrayna Ordusu addım-addım irəliləyir, bəzi ərazilərində isə Rusiya Ordusu, o cümlədən özəl hərbi birləşmələr hücum edir: “Hazırda Soledarda vəziyyət çox ağırdır”.
👍1
🇮🇷🇹🇷 Türkiyənin Boru Xətləri ilə Neft Nəqli Anonim Şirkəti (BOTAŞ): "Bu il yanvarın 1-dən Gürbulak-Ağrı giriş nöqtəsindən Türkiyəyə İran təbii qazının nəqli 70 % azalıb.

Problemin qısa müddətdə aradan qaldırılması üçün iranlı həmkarlarımızla əlaqə saxlanılıb və məsələni diqqətdə saxlayırıq. Bunun ölkədə təbi qaz istehlakına mənfi təsir etməməsi üçün lazımi tədbirlər görülüb, əlavə qaz tələbatımız qaz anbarlarından qarşılanılır”.

Qeyd edək ki, azalmaya səbəb İranın qazötürücü sistemində yaranan nasazlıqdır.
👍2
🇧🇷Braziliyada yeni prezident Luiz İnasio Lula da Silvaya qarşı etirazlar başlayıb

Keçmiş prezident Bolsonaronu dəstəkləyən minlərlə insan Braziliya Konqresinin binasına basqın edib.
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇧🇷Etirazçılar Braziliya bayrağının rənglərində geyinib, bəziləri isə Bolsonaronun portretlərini daşıyıb. Polis onların qarşısını ala bilməyib.
👍2
🇦🇲Ruben Vardanyan: "Hazırda imkanlı ailələr Yeni il tətili keçirir, istirahət edir, dincəlir, bəziləri isə tonlarla benzin alıb və “dar gün üçün” saxlamaq və yaxud ehtiyacı olan məhsula dəyişməklə məşğuldur. Bir çox mağaza sahibi malları nisyə və yaxud pulsuz verməkdən imtina edir".

😂Onun fikrincə, guya mağaza sahibləri tanışlarına ərzaq və digər məhsulları pulsuz verməlidirlər. Nədənsə, milyarder Ruben həmin məhsulları özü alıb, pulsuz paylamaq haqda düşünməyib
💩11🖕1